Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl!(3)
Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl!(3)
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2434
Səs ver:

 

 

 

AZAN 
və ya ƏBƏDİ QURTULUŞA ÇAĞRI
 
İstər İslam kimi haqq din olsun, istər batil bir din, fərq etməz bütün dinlərdə "ibadətə dəvət" üsulu var: ya dumanla, ya atəşlə, ya dəflə, ya insan səsi və ya hərəkəti ilə, ya zənglə... 
Müsəlmanlarda bu dəvət"Azan"ladır. Azan, İslamın Quran və Sünnətlə sabit olan ən vacib atributlarından biridir.
Peyğəmbərlərin sonuncusu olan Allah Rəsulu Məkkədəki ağrılı və acılı dönəmdən sonra Mədinəyə hicrət etmiş, İslamı təbliğə orada davam etmişdir. İslami təbliğin Mədinə dönəmi Məkkə dönəmindən fərqli idi. Baxmayaraq ki, hədəf eyni idi, bununla belə təbliğ üsulları bir qədər dəyişmişdir. Bu fərqliliklərin çoxu Mədinə dönəmində yaranan İslam Dövlətinin qruluş və imkanlarından qaynaqlanırdı. Hz. Peyğəmbər Mədinədə İslam Dövlətini qurunca İslami təbliğ də "dövlətləşdi". Bu Dövlət, Allah davasını hər yerdə, hər bölgədə təbliğ etmək üçün quruldu, dinin təbliğ əraziləri də genişləndi. 
Məkkə dönəmində hakimiyyətdə olan müşriklər bütün imkanlarını səfərbər edərək İslam dininin təbliğinə mane olurdular. Məhz buna görə də orada müsəlmanların birlikdə namaz qıla biləcəkləri məscidləri yox idi, Kəbəyə isə buraxılmırdılar. Daha doğrusu o dövrdə Məkkədəki "Dövlət teroru" elə həddə çatmışdır ki, müsəlmanlar birlikdə toplanmaqdan çəkinirdilər. Onlar ya elm almaq üçün toplandıqları Ərkamın evində, ya da Əbu Bəkirin evinin bir köşəsində camaatla namaz qıla bilirdilər. 
Hicrətdən sonra Dövlət başçısı olan Hz. Rəsulullah (sas) Mədinədə ilk olaraq Dövlətin mərkəzini təşkil edəcək Məscidi tikdirməyə başladı. "Nəbəvi Məscid" adlanan bu məscid ibadət yeri olduğu kimi, İslam təbliğçilərinin yetişdiyi bir Universitet ("Suffa məktəbi"), ordu qərargahı və ən əsası Dövlətin mərkəzi funksiyasını icra edirdi. Müsəlmanların bütün problemləri burada həll olunur, ən önəmli qərarlar burada alınırdı. 
Müsəlmanlar bütün namazlarını, Rəsulun imamlığı ilə bu məsciddə qılırdılar. Mədinənin ən uzaq məhəllələrində yaşayan müsəlmanlar da namaz qılmaq üçün Peyğəmbər Məscidinə gəlirdilər. Namaz vaxtını bildirən saat olmadığı üçün onlar məscidə ya çox tez gəlir, ya da ki, camaat namazına gecikirdilər. 
Belə bir vəziyyət isə çox böyük bir problemlər yaradırdı. Rəsulullah bu məsələni Dövlətin ən önəmli işlərindən biri olaraq qəbul etdiyi üçün də problemi həll etməyə çalışırdı. 
Azandan öncə Müsəlmalar heç bir çağrı olmadan  camaatla namaz qılmaq üçün Məscidə gəlirdilər. Müsəlmanlar ilk öncə insanları namaza çağırmaq üçün Yəhudilərinkinə bənzər bir boru düzəltmək istədilər, lakin Rəsulullah bu təkliflə razılaşmadı [2]. Daha sonra xristianlarınkına bənzər naqus (zəng) düzəldilməsi təklif olunmuş, Rəsulullah bu təklifi də qəbul etməmişdir.
Ənəs b. Malikdən gələn bir rəvayətə görə  o zamana qədər namaz vaxtını bildirmək üçün müsəlmanlardan biri küçələri dolaşaraq "əs-Salatə, əs-Salatə!" deyə qışqırırdı. Bunun çox da effektli olmadığını görüncə namaza belə çağırışı dayandırdılar. Daha sonra Hz. Peyğəmbər namaz vaxtlarını bildirmək üçün bəzi səhabələri bu iş üçün ayırdı. Onlar şəhər evlərinin damlarına çıxıb bəzi əl-qol işarələri edir, onları görən müsəlmanlar məscidə gəlirdilər. Onları görməyənlər isə yenə də camaat namazına gecikirdilər. Belə çağırış da özünü doğrultmadı. Rəsulullah və səhabələri başqa yol axtarmağa başladılar. 
Bu araşdırmaların aparıldığı günlərə dair belə bir Hədis var:
"...Müsəlmanlar Mədinəyə gəldiklərində bir yerə toplanıb namaz vaxtından danışırdılar. O vaxtlar heç kim namaza çağrılmırdı. Bir gün belə danışarkən aralarından biri "Xristianlarınkı kimi zil çalaq" dedi. Bir başqası "Yəhudilərinki kimi edək" dedi. Ömər isə "Aranızdan biri çıxıb öz səsi ilə çağırsa olmazmı?" deyincə Hz. Pyğəmbər (sas) Bilala, "Qalx namaza çağır" dedi. 
Azan təsbit edilənə qədər Bilal hər səhər Mədinədə bir qadına aid olan evin damına çıxaraq "Ya Rəbbi Sənə həmd edir, Qureyişin Sənin dininə gəlmələri üçün yardım diləyirəm" deyə müsəlmanları səhər namazına çağırırdı. Təəssüf ki, əlimizdə Bilalın bu şəkildə namaza çağırışını ona Rəsulullahın öyrətdiyini, ya özünün ideyası olduğunu bildirən heç bir rəvayət yoxdur. Yəqin ki, bu hadisə Hicrətdən həmən sonra olduğu üçün Bilal Qureyişin hücumundan qorxur və elə ona görə də Allaha sığınaraq belə dua edirmiş. Doğrusunu Allah bilir. 
Yuxarıda da söylədiyimiz kimi "Namaza çağrı üsulu" haqqında Rəsulullaha bəzi təkliflər verirdilər. Lakin o, bu təkliflərdəki üsulların başqa dinlərinkinə bənzədiyinə görə onları qəbul etmirdi. Onun niyə imtina etdiyi haqqında əlimizdə dəqiq heç bir rəvayət yoxdur. Bildiyimiz həqiqət odur ki, Mədinədə həm Yəhudilər, həm də Xristianlar yaşayırdı. Onların dinindəki çağrıya bənzər bir çağrı üsulu olsa arada anlaşılmamazlıqlar ola bilərdi. 
Namaza çağrı üzərində bu qədər düşünüldüyü ərəfədə səhabələrdən biri olan Abdullah b. Zeyd bir yuxu gördü. Abdullah b. Zeyd başqa səhabələrin də rəvayət etdikləri bu hadisəni belə danışır:
"Rəsulullahın Namazın camaatla qılına bilməsi üçün "naqus" (zəng) çalınmasını əmr etdiyi ərəfələr idi. Yuxuda əlində naqus olan birini gördüm. Ona: 
- Ey Allahın qulu bu naqusu satarsanmı? dedim.
- Nə edəcəksən? deyə soruşdu.
- Bununla insanları namaza çaığrarıq! dedim.
- Sənə daha xeyirlisini göstərsəm olmazmı? dedi.
- Olar! dedim Bundan sonra o, 
- Belə deyərsən! dedi. 
Allahu Əkbər, Allahu Əkbər
Allahu Əkbər, Allahu Əkbər
Əşədu ən la ilahə illallah
Əşədu ən la ilahə illallah
Əşədu ənnə Muhəmmədən Rəsulullah
Əşədu ənnə Muhəmmədən Rəsulullah
Hayyi alas-Salat
Hayyi alas-Salat
Hayyi ala'l Fəlah
Hayyi ala'l Fəlah
Allahu Əkbər, Allahu Əkbər
la ilahə illallah

Rəvayət davam edir:
"Bunları söyləyən adam geri çəkildi, sonra yenə mənə dönüb;
- Namaza qalxacağın zaman isə belə deyərsən!  dedi
Allahu Əkbər, Allahu Əkbər
Əşədu ən la ilahə illallah
Əşədu ənnə Muhəmmədən Rəsulullah
Hayyi alas-Salat
Hayyi ala'l Fəlah
Qad qamətis-Salatu, Qad qamətis-Salatu
Allahu Əkbər, Allahu Əkbər
la ilahə illallah

Rəvayət davam edir:
"Səhər açılınca Rəsulullahın (sas) yanına gəldim və gördüyüm yuxunu ona danışdım. "İnşallah haqq röyadır  dedi. Bilal ilə bərabər qalx və gördüyünü ona öyrət, azanı oxusun; çünki səsi səninkindən daha gurdur" buyurdu. Bilal ilə bərabər qalxdıq; mən ona öyrətdikcə o oxudu. Bunu Ömər ibnul-Xəttab evindən eşitdi. Paltarını sürüyərək tələsik Rəsulullahın yanına gəldi və; 
- Ya Rəsulullah! səni haqq ilə göndərən Allaha and içirəm ki, Bilalın söylədiklərini mən yuxuda görmüşəm! dedi. 
Rəsulullah:
- Elə isə Allaha həmd və sənalar olsun!  İnşallah bu gördüyün haqq röyadır" dedi. 
İbn Hişamda  keçən rəvayətə görə isə bu röyalardan öncə Azan Rəsulullaha vəhylə bildirilmişdir. 
İstər Abdulla b. Zeyd və Hz. Ömərin yuxuları ilə olsun, istərsə də şəxsən Hz. Peyğəmbərə gələn vəhylə olsun, Azan bu şəkildə təsbit edilmiş və bu günə qədər gəlib çıxmışdır.
Əz-Zuhrinin rəvayətinə görə Bilal da Sübh azanına iki dəfə olmaq üzrə Əs-Salatu hayrun minə'nnəvm (namaz yuxudan xeyirlidir) ifadəsini əlavə etmək istəmiş və Rəsulullah da qəbul etmişdir. Hətta Rəvayətə görə Bilal sübh azanını oxumağa icazə almaq üçün Rəsulullahın yanına getmiş, lakin ona Allah Rəsulunun yatdığını söyləmişlər. Bunun üzəridə də Bilal, Əs-Salatu hayrun minə'nnəvm demiş və yuxudan oyanan Peyğəmbərə də bundan sonra sübh azanında bu ifadəni əlavə etməsini xahiş etmişdir. 
Yuxarıda söylədiyimiz kimi, Bilal əvvəlcə yüksək bir evin damına çıxar azanı orda oxuyardı. Daha sonra Peyğəmbər Məscidinin arxa tərəfində Azan oxumaq üçün yer ayrıldı. Bilal azanı oxuduğunda barmaqlarını qulaqlarına qoyar və dönərək azanı oxuyardı. [
Şiə məhzəbində Azan
Əhli-Sünnət məhzəbində azan yuxarıda söylədiyimiz şəkildədir. Şiə məhzəbində isə azana iki əlavə var.
Bunlardan biri /Əşədu ənnə Muhəmmədən Rəsulullah deyildikdən sonra /Əşədu ənnə Aliyyən Vəliyullah (Şəhadət edirəm ki, Əli Allahın dostudur). İkincisi isə /Hayyi ala'l Fəlah söyləndikdən sonra / Hayyi ala hayril aməl (əməllərin xeyirlisiniə qaçın) kəlməsidir 
Bundan başqa şiə məhzəbində azan sadəcə məsciddə camaat namazına çağırmaq üçün deyil, münfərid (tək) qılınan namazlarda da oxunur. Bir şiə qaynağı bu barədə belə deyir:
"Əhli Beyt fıkhına görə istəyir münfərid qılınsın, istəyir camaatla; istəyir səfərdə olsun, istəyir evdə; istəyir namaz qılan kişi olsun, istəyir qadın; istəyir sağlam olsun, istəyir xəstə; istəyir əda olaraq qılınsın, istəyir qəza gündəlik fərz namazlarda azan və iqamə oxumaq müstəhəbdir"
AZAN NƏDİR?
Kəlmə mənası olaraq Azan, yüksək səslə bir şeyi bildirmək deməkdir. Bu kəlmə qurani Kərimdə "Bir də Allah və Rəsulundan Böyük Həcc günü insanlara çağrı..." (Tövbə, 3), "...Və aralarında bir müəzzin, "Allahın lənəti zalımların üzərinədir" deyə bildirdi (Əraf, 44), "...Sonra da bir çarçı "Ey ticarət qafiləsi! Şübhəsiz ki, siz oğrusunuz" deyə sələndi" (Yusuf, 70) şəklində keçir.
İstilahda (termin) isə Azan, müsəlmanları məscidə camaat namazına çağırmaq felidir.
Azan bir çağırışdır və o da bütün çağırışlar kimi insanları bir hərəkətə dəvət edir.
İctimai/toplum hərəkətlərinin demək olar ki, hamısı bir çağırışa bağlıdır. Lakin bəzən bu çağırışlar bir-birilərinə zidd ola bilir, bir-biriləri ilə mücadilə edirlər...
"Azan" dediyimiz çağrı da, insanları Yaradıcıdan uzaqlaşdıran bütün çağrılara qarşı gəlmişdir. Azan, başqa heç bir çağrının insanları apara bilməyəcəyi mənzilə çatdırmaq üçün vəsilədir; və həqiqətən də insan onu dinlədiyi zaman o çağrı insanları özünə yaraşan ən üst məqamlara çıxara bilir. 
Azan, insanları zülmdən qurtarmaq çağırışıdır...
Azana zidd olan bütün çağırışlar isə insanı özündən uzaqlaşdırır, şəxsiyyətini alçaldır, onu aşağı varlıqlara əsir edir, zalımlaşdırır...
İnsanlıq tarixi iki zidd "çağrı" üzərində bərqərar olur:
1. Haqq çağrısı: yəni ədalət çağrısı. Bu çağrı Fironlara, Nemrudlara "durun!" deyən ülvi və ilahi çağrıdır; Peyğəmbərlər çağrısıdır...
2. Haqq-Hüquq tanımayan, özündən başqasına insan gözü ilə baxmayan, insanların ona qulluq etmələrindən zövq alan... şeytanın çağrısı...
Haqq dediyimiz dəvətin ən son və mükəmməl sədası on beş əsrə yaxındır insanların qulaqlarındakı pambıqları deşən Azan çağırısıdır. //Azerislam.com
 

 



Şərhlər:
Baxılıb: 2434
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz