Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl!
Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3872
Səs ver:

 

Salam əziz müsəlman bacilarim.Bu lahiyede dini məlumatlar,namaz haqqinda məlumat,qilinma qaydasi və bir çox dini yazilar paylaçacam.Bildiklərimizi təkrarliyacaq bilmədiklərimizi men də sizinlə birgə oyrənəcəyik.Sizə təqdim edəcəyim bir cox məqalələr azerislam.com saytından götürülüb.

Bütün ibadətlərin tacı olan namaz simvollar mənzuməsidir. Namazın simvolları haqqında nə qədər danışsaq da deyiləcək söz bitməz. Lakin  namazın rukunları, onların simvollaşdırdığı həqiqətlər haqqında bir neçə söz qeyd edəcəm:
1.Başlanğıc təkbiri: Allahu Əkbər kəlməsində ifadə olunan təkbir, Allahı hər cür nisbətdən təmizlənmiş olaraq böyük, ən böyük, yeganə böyük kimi anlamaq və bilməkdir. İnsan təkbir gətirərkən dünyasını əllərinin tərsi ilə arxaya itələyər. Önündə sadəcə Rəbbinə uzanan bir yol qalar. O yol sıratı müstəqimdir.
2. Qiyam: Allaha duyulan ehtiramı simvollaşdırır. Qiyam, ayağa qalxmaq, ayaqda durmaq, dik dayanmaqdır. Qiyam kəlməyi tövhidin ilk yarısıdır. La ilahə illallahın qulluq edilməyə layiq heç bir varlıq yoxdur mənasını verən "la ilahə” hissəsini təmsil edir. Bu şirkə, küfrə, üsyana, tüğyana qarşı olan qiyamdır. Namazın hər qiyamı da belədir. Mömin qiyamda dağları təmsil edər. Dağlar təpələrindən bəslənərlər. Onları bəsləyən rəhmət buludlardan enər. 
3. Qiraət: Quranın namaza daşınmasıdır. Namaz vəhyin bədənidir, vəhy namazın ruhudur. Qiraəti tilavətdən ayıran şey mənadır. Oxuyanın anlamaq cəhdi tilavəti qiraətə çevirər. Məqsəd yaşamaqdır. Anlamadan yaşanılmaz. Qiraətin qəlbi Fatihədir. Fatihə, Rəsulullahın hədisində də deyildiyi kimi "Allah ilə qulun dialoqu"nu təmsil edər. Yəni Fatihə, namazı Allahla qul arasındakı söhbətə çevirər. Bunun üçün Fatihəsiz namaz, namaz deyil. Qiyam dağları təmsil etdiyi kimi qiraət də, möminin qəlbini bəsləyən rəhmət buludunu təmsil edir. Çünki vəhy rəhmətdir. Vəhy eyni zamanda qiyamın xəbərçisidir [beyyinat].
4. Ruku: Ehtiramla boyun əyməyi ifadə edir. Qiyamdakı ehtiramın sonrakı mərhələsidir. Ruku tək başına ictimai təslimiyyəti, Səcdə isə fərdi təslimiyyəti ifadə edir. Çünki "Ruku edənlərlə birlikdə ruku et!" ayəsi var, lakin "Səcdə edənlərlə birlikdə səcdə et!" ayəsi yoxdur. Ruku, qiyam ilə səcdə arasında bir dayanacaqdır. Rukuda qul dörd ayaq üzərində yürüyən bütün canlıları təmsil edər. Bu yönü ilə namaz, insanın varlığı təmsil edərək Allahın hüzuruna çıxaraq verdiyi xəlifəlik hesabatıdır. Ruku səcdə ilə birlikdə la ilahə illallahın ikinci yarısı olan qulluq edilməyə layiq yalnız Allah var mənasındakı illallahı təmsil edir. Ruku həmdin bədən dilinə əks olunmasıdır. Onun üçün Rukudan qalxan qul, "Allah həmd edəni eşidər" deyir. Allah Rəsulu camaata namaz qıldırarkən bu cümləni söyləmiş, bunun üzərinə Rəsulullahın ardında ilk dəfə namaz qılan bir bədəvi, "madam ki, eşidir o zaman mən də Ona həmd edim düşüncəsi ilə: "Ən gözəl, sonsuz, ən mübarək həmd Ona olsun; göylər və yerlər dolusu həmd Ona olsun!...” deyə yüksək səslə həmd etməyə başlayar. Allah Rəsulu namazdan sonra "o qardaşınızın sözlərini yerə düşməyə qoymamaq üçün səmadan mələklərin hücum etdiyini gördüm" buyurmuş və o bədəvinin həmd sözlərini özü də namazlarına daşımışdır. 
5. Səcdə: Ehtiramın son nöqtəsini və zirvəsini təmsil edir. Huşu duyan qəlb əvvəl sahibini ayağa qaldırar, sonra boyun əydirər, ən sonunda səcdəyə vardırar. Səcdə insanın Allah qarşısındakı qulluğunu təmsil edir. Səcdə insanın insanlığını Allahın hüzurunda yerə qoymasıdır. İnsanlığımızı təmsil edən alınımızı Allahın hüzurunda yerə qoymağımız, insanlığımızı borclu olduğumuz Rəbbə şükr nişanəsidir. Səcdə Allaha qurban olmaqdır. "Səcdə et və yaxınlaş" [Ələq 96/19] ayəsi bunu ifadə edir. Səcdə ana qarınındakı saf hala dönməkdir. Ona görə səcdədəki duruş dölün ana qarınındakı duruşuna bənzəyir.
6. Oturmaq: Oturuş, yolçuluğun sonunu təmsil edir. Bu Namazın içində duanın ən çox olduğu hissəsidir. Dua yalnız ibadətlərin beyni deyil, namazın da beynidir. 
7. Salam: Salam mirac yolçuluğunun sonunu təmsil edir. Sağınız və solunuzdakı bütün varlığı salamlayaraq, varlığı təmsil edərək bu miracı bitirdiyinizi söyləmiş olursunuz. Namaz təslimiyyətinizin əlaməti, salam və salamatlıq təslimiyyətinizin mükafatı, təslimiyyətiniz İslamınızın əlamətidir. Salam verməklə, təslimiyyətinizin mükafatını bütün varlıqlarla paylaşmış olursunuz. 

 

Hədis:Hər işin başı İslam, dirəyi Namaz, zirvəsi isə Cihaddır! 

Ey insan! Qiyamət günü soruşulan ilk əməl namazdır! 

Ey insan! Kafir ilə müsəlmanı ayıran əməl namazdır! 

Ey insan! Namaz qılmayanın dini də yoxdur! 

Ey insan! Namaz qılmayıb, qəlbim təmizdir deməklə özünü aldatma! 

Ey insan! Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl! 

Ey insan! Bu ola bilsinki sənə son xatırlatmadır!



Şərhlər:
Baxılıb: 3872
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz