Qadınlar.biz
Qadın və Din
27 oktyabr 2011
79350
4

Ayətul-kürsü duasının oxunuşu və tərcüməsi

Ayətul-kürsü duasının oxunuşu və tərcüməsi



Oxunuşu:
Bismillahir – rəhmanir – rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz ,mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum,və la yuhitunə bişəyin min ilmihi illa bima şəə ,vəsiə kursiyyuhus-səmavati vəl-ərz,və la yəuduhu hifzuhuma,və huvəl-Əliyyul-Əzim.La ikrahə fid-din,qəd təbəyyənər-ruşduminəlğəyy ,fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil=urvətil-vusqa,lən-fisamə ləha,vəllahu Səmiun Əlim.Əllahu vəliyyul-ləzinə amənu yuxricuhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.

 



Tərcüməsi:

 

Bağışlayan və mehriban Allahın adı ilə!Allahdan başqa heç bir Tanrı yoxdur.(Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən ,bəndələrini dolandıran və onların işlərini yoluna qoyan )Əbədi ,əzəli varlıq Odur. O,nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa ,hamısı Onundur.Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?!O,bütün yaranmışların keçmişini və gələcəyini bilir.Yaranmışlar Allahın elmindən ,Onun özünün istədiyindən başqa,heç bir şey qavraya bilməzlər.Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca ,ən böyük varlıq da Odur!Dində məcburiyyət yoxdur.Artıq doğruluq azğınlıqdan ayırd edildi.Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artöq qöröla bilməyən ipdən yapışmış olur.Allah eşidəndir,biləndir.Allah ona iman gətirənlərin dostudur,onları zülmətdən çıxardıb işığa tərəf yönəldər.Kafirlərin dostu isə Şeytandır.Onları işıqdan ayırıb ,zülmətə salarlar.Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.


P.S: Bu duanı oxuyursunuzmu?Yoxsa vaxtınız yoxdu?

 

Şərh yaz
Şərhlər