Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnternet vasitəsilə mənimsənilə biləcək 17 qeyri-adi peşə
İnternet vasitəsilə mənimsənilə biləcək 17 qeyri-adi peşə
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 368
Səs ver:
Çox insan peşə seçimində tərəddüd edir və ya seçdiyi peşənin ona uyğun olmadığını düşünür. Hər şeyi yenidən başlamaq üçün heç vaxt gec deyil. Arzu etmədiyiniz bir sahədə təhsil almağınız sizə heç bir səmərə qazandırmayacaq. İnternet vasitəsilə bütün, hətta çox nadir rast gəlinən ixtisasları tapa və bu sahələr haqqında məlumat əldə edə bilərsiniz. Bu həmin ixtisasın sizə uyğun olub-olmadığını başa düşmək üçün çox böyük kömək olacaqdır. Hətta hər hansı bir sahədən başqa sferaya keçmək imkanı da əldə edəcəksiniz. Aşağıda sizin üçün, bəlkə də, heç eşitmədiyiniz 17 qeyri-adi ixtisası təqdim edirik:

1. Kosmobioloq
Nə işlə məşğul olur: Kosmonavtların, heyvanların, bitkilərin, ümumən canlıların kosmik stansiyalar və başqa planetlərdə həyatlarını necə davam etdirə biləcəkləri ilə bağlı həll yolu tapır. "İnsan boşluqda kökələ bilər?” və ya "Vakumda cəfərini necə yetişdirmək olar?” kimi suallarla əlləşib-vuruşur. Kosmobiologiyanın digər bir sahəsi: ksenobiologiyadır. Bu sahə başqa planetlərdə həyatın olub-olmadığına cavab axtarır. Onlayn kurslara müraciət biologiya ixtisası üzrə təhsil alan şəxslərə məsləhət görülür.

2. Kinokritik
Nə işlə məşğul olur: Kinonu hədsiz dərəcədə sevir və kino sahəsi üzrə məlumatsız olan insanlara kömək göstərir. Zvyaqintsevi tərifləyib, Mixalkovu tənqid edir, və ya tərsinə. Nolanın "İnterstellar” filmində nə demək istədiyini və Marseplas Uoplesin çantasında nə olduğunu tam olaraq bilir.

3. Zoopsixoloq
Nə işlə məşğul olur: Bizim balaca dostlarımızın nə düşündüyünü və hiss etdiyini bilir. Vəhşi heyvanların əhliləşdirilməsi zamanı yaxşı nəticə əldə etməyə və onlarla dostlaşmağa kömək edir. Bir iti aqresivlikdən azad edə bilir. İnsanlara uyğun olan növləri ayırd etməkdə mütəxəssisdir.

4. Paleontoloq
Nə işlə məşğul olur: Uşaqlıq arzusunu gerçəkləşdirir, axı uşaq olarkən, demək olar ki, hər üç oğlandan biri paleontoloq olmaq istəyir. Bəşəriyyətin mövcudluğundan milyon illər əvvəl var olan və bizim planetdə yaşamış nəhəng dinozavrlar dövründən günümüzə qədər gəlib çatan qalıqları tədqiq edir. Kurslar bu sahədə özünü inkişaf etdirmək və bu sahənin sizə nə dərəcədə maraqlı olduğunu başa düşmək üçün çox effektivdir. İlkin təhsilin hansı sahədə olmasının heç bir önəmi yoxdur.

5. Kavist
Elit şərablar üzrə mütəxəssis. Somelyerdən fərqli olaraq, təkcə hansı şərab növünün hansı qidaya uyğun gəldiyi deyil, eyni zamanda şərabların hansı şəraitdə saxlanmalı olduğunu da bilir. Onlayn kurslar başlanğıc üçün uyğundur. Lakin, dequstasiya və şərab seçimi prosesini canlı öyrənməlisiniz.

6. Filosof
Nə işlə məşğul olur: Belə bir ifadə var: "Əsl filosof hər şeyi mühakimə etməkdən başqa heç nə bacarmır”. Bəli, bacarmır. Lakin, bütün bəşəriyyətə xeyirli bir iş görür. Məşğul olanlar üçün çox vacib suallara cavab tapır: "Mən kiməm?”, "Dünya nədir?”, "Həyatın mənası nədədir?”. Bəzən vacib olmayan suallara da toxunur: "Niyə bazar səhərləri tez-tez baş ağrayır?”, "Əgər mən şampunamsa, nə etmək olar?”. Onlayn kurslardan sonra diplomlu filosof olmaq çətindir. Lakin özünü inkişaf və bu sənətin sizə uyğun olub-olmadığını başa düşmək üçün bu əvəzsizdir.

7. Kartoqraf
Xəritə və qlobuslar hazırlayır. Hər şey artıq çoxdan tərtib olunub? Əlbəttə ki, yox. İqlim, ekoloji və tarixi xəritələrə ehtiyac hələ də var. Yeni dövlətlər yaranır. Məs: Eritreya və ya Şərqi Timor haqqında eşitmisiniz? Ulduzlu səmanın xəritəsi də lazımdır, daha sonra isə digər planetlər. Bu bir sıra bilik və bacarıqlar tələb edən və kursla kifayətlənməyəcək dərəcədə çətin olan bir peşədir. Kurslar sadəcə ixtisasınızı təkmilləşdirmək və ya özünüzü bu sahədə sınamaq üçün yararlıdır.

8. Multiplikator
Nə işlə məşğul olur: Uşaqların şüuruna ağıllı olmaq, mehribanlıq, əbədiyyət toxumları səpmək və ya böyüklər üçün cizgi filmlərindəki qara yumoru inkişaf etdirməklə vəzifəlidirlər. Yeni "Kirpi dumanda” və ya "Cənub parkı” cizgi filmləri buna misal ola bilər.

9. Kriptoqraf
Vacib məlumatları başqaları tərəfindən əldə olunmaması üçün riyazi və kompüter metodları vasitəsilə şifrələyir. Kurslar daha çox riyaziyyat və ya proqramlaşdırma ixtisasları üzrə təhsili olanlara uyğundur.

10. Şərqşünas, eqzotik Asiya ölkələri üzrə mütəxəssis: Vyetnam, Kamboca, Laos, Tayland
Nə işlə məşğul olur: Asiya ölkələrinin dilləri, tarixi və mədəniyyəti ilə bağlı hər şeyi bilir.

11. Artıq çəkidən azad olmaq üzrə məsləhətçi
Nə işlə məşğul olur: Ət və makaronun birgə tabu olduğunu, brokolinin 34 lazımsız kilokalori və çoxlu faydalı maddələrlə zəngin olduğunu əzbər bilir. Aclıqdan əziyyət çəkmədən artıq kilolardan azad olmağa və sağlam, düzgün qida rejimi seçməyə kömək edir.

12. Hipnozçu
Nə işlə məşğul olur: Tamaşaçılar üçün çıxış edir. Bundan əlavə, hipnoz psixoterapiyanın ən yaxşı istiqamətidir. Onun vasitəsilə psixoz və zərərli vərdişlərdən xilas olmaq olar.


13. Kalliqraf
Nə işlə məşğul olur: Əgər Vikipediyaya inansaq, "işarələri bacarıqlı, ahəngdar və ifadəli şəkildə əks etdirmək” sənətidir. Sadə dillə desək, əl ilə gözəl yazı sənətidir. Yaponiya və Çində kalliqrafiya ən vacib incəsənət sahələrindən biridir, rəsmin incə növüdür.

14. Fashion-illustrator
Nə işlə məşğul olur: Jurnal və kitablarda zövqlü geyimi olan ucaboy gözəlləri əks etdirir. Keçən əsrin əvvəllərində yüzlərlə moda jurnalının üz qabığını akvarel boya ilə çəkilmiş rəsmlər bəzəyirdi. Zaman keçdikcə bu ənənə öz yerini fotoşəkilə verdi. Lakin, feşn-illüstrasiya öz əhəmiyyətini itirmədi. Bunu hətta Salvador Dali də nəzərdən qaçırmamışdır, "Vogue” və "Harper`s Bazaar” jurnallarında başında çələng olan gözəllər çəkmişdir. Yaxşı əl qabiliyyətinə malik olanlara məsləhət görülür.

15. Reluker
Nə işlə məşğul olur:  İnsanın keçmiş imicini nəzərdən keçirib, onun hədəflərinə uyğun olaraq yeni imic yaratmaqda kömək olur. Məs: prezident olmaq, milyonçu olmaq, "Mançester Yunayted” oyunçusu ilə ailə həyatı qurmaq. Gənc, hörmətli, stil sahibi olmağın yollarını və bu yollardan istifadəni çox yaxşı bilir.

16. Komiks yaradıcısı
Nə işlə məşğul olur:  Oxumağı sevməyənlər üçün əhvalatları şəkillərdə vizual olaraq əks etdirir. İlk komikslər XVI əsrdə İspaniyada meydana gəlmişdir. Hal-hazırda isə bu məşhur incəsənət sahələrindən biridir və onun çoxlu janrları var. Bu janrlara manqadan ədəbiyyat klassiklərinin adaptasiyası, siyasi satiraya qədər geniş məfhumları aid edə bilərik.

17. Pilotsuz təyyarə mühəndisliyi
Nə işlə məşğul olur:  Uzaqdan idarə olunan fərdi pilotsuz təyyarələrin hazırlanması. Bu cihazlar bəşəriyyət üçün təhlükə yaradan hər bir sahədə istifadə olunur. Məs: Somalidə dəniz quldurları ilə mübarizədə və ya yüksəklikdən əsrarəngiz şəkillərin çəkilməsində. Onların köməyi ilə meşə yanğınlarını söndürülür, ölkələrin sərhədləri qorunur, idman oyunlarında birbaşa çəkiliş göstərilir (Soçidə keçirilən olimpiadada olduğu kimi). Hətta məşhur "Amazon” şirkəti bu qurğulardan sifarişlərin çatdırılması üçün də istifadəni planlaşdırır. Onlayn kurslar texniki sahədə təhsili olan insanlar üçün çox faydalı olacaq.


Şərhlər: 7
Baxılıb: 368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Sitat: YalniZ-ArZu
Her birin oxudum,hec biride menim yiyelene bileceyim bir senet olmadi.)))
Mence indiki zemanede internet o qeder heyatimiza daxil olubki,bunun sayesinde her bir senete yiyelnmek olar.Bir qiz taniyiram hec oxumayib,kurslara da getmeyib amma You tube da videolara baxaraq super tortlar biwirir evde,hem pul qazanir,hemde zovq alir.Yeni qadinlar,qizlar isteseler,istedikleri senete internet vasitesiyle yiyelene bilerler.Vizajist,kulinar,derzi ve s.

Mende ele duwunuremm...bu peweler hec menlik deyil))

Sitat: YalniZ-ArZu
Her birin oxudum,hec biride menim yiyelene bileceyim bir senet olmadi.)))
Mence indiki zemanede internet o qeder heyatimiza daxil olubki,bunun sayesinde her bir senete yiyelnmek olar.Bir qiz taniyiram hec oxumayib,kurslara da getmeyib amma You tube da videolara baxaraq super tortlar biwirir evde,hem pul qazanir,hemde zovq alir.Yeni qadinlar,qizlar isteseler,istedikleri senete internet vasitesiyle yiyelene bilerler.Vizajist,kulinar,derzi ve s.

Mende ele duwunuremm...bu peweler hec menlik deyil))
1 avqust 2016 00:33
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
Mrs.Pianist
Maraqli iwlerdi.
31 iyul 2016 22:54
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
Cindrella
Maraqli peselerdir.
31 iyul 2016 19:19
# 5
YalniZ-ArZu
Her birin oxudum,hec biride menim yiyelene bileceyim bir senet olmadi.)))
Mence indiki zemanede internet o qeder heyatimiza daxil olubki,bunun sayesinde her bir senete yiyelnmek olar.Bir qiz taniyiram hec oxumayib,kurslara da getmeyib amma You tube da videolara baxaraq super tortlar biwirir evde,hem pul qazanir,hemde zovq alir.Yeni qadinlar,qizlar isteseler,istedikleri senete internet vasitesiyle yiyelene bilerler.Vizajist,kulinar,derzi ve s.
31 iyul 2016 18:54
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
maraqli sahelerdir her bir pesenin ozunun maraqli terefleri vardir
31 iyul 2016 18:29
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Maraqli ve qeyri adi pesedir. Bezileri haqda melumatim yox idi
31 iyul 2016 17:58
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Xebere gore tewekkurler
31 iyul 2016 16:22
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz