Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü kiçik görmə!
Özünü kiçik görmə!
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 356
Səs ver:
Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış qəbullanma... Düşüncələrinizi öz inamla yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.
• Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
• Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.
• Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.
• Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.
• Motsartın konsert verməyə başladığında 6 yaşı var idi.
• Corc Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı.
• Frensis Bekon şah əsəri "Noum Orqanum"u 15 yaşında yazmışdı. 
• "Dell" şirkətini təsis edərkən Maykl Dellin 19 yaşı var idi.
• "Google" elektron şirkətinin qurucuları Laurens E. Peyc və Serqey M. Brin bu təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar.
• Dünyanın ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında idi.
Düşüncələri bulandıran bir başqa vahimə qabilliyyətlərinizə baxışınızdan doğar. Digərlərində gördüyünüz üstün xüsusiyyətlər ideallarınızı iflic vəziyyətə salar və inamsızlıq bütün gücüylə mənliyinizə hökm etməyə başlayar. "O, məndən daha qabiliyyətlidir", "Ondakı qabiliyyətlər məndə olsaydı,...", "Heyf ki, bu işlər mənlik deyil", "Çox istərdim, amma...", "Real fikirləşmək lazımdır, mən bu işlərin adamı deyiləm". Varlığınızı davam etdirsəniz belə, düşüncə platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər kiçik görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların belə sahib olduqlarından daha azına sahib olaraq müvəffəqiyyətə imza atan minlərlə insan yaşamışdır.
• İngilis şairi Con Milton "İtirilmiş cənnət" adlı abidəvi əsəri yazarkən tamam kor idi.
• Franklin D. Ruzvelt gəncliyində uşaq paraliçi olduğundan gəzə bilmirdi. O, bunu əngəl bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ prezidenti seçilmişdi. 
• Bethoven 9-cu simfoniyasını bəstələyərkən tamam kar idi.
• Motsart ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi.
• Böyük alman dramaturqu Şiller ən böyük tragediyalarını dözülməz ağrılar içində yazmışdı.
Ya siz?.. Qəbul edin, müvəffəq olmaq üçün daha şansınız. Bu digər şəkildə sizə özünüzü kiçik göstərən bütün fikirlər sadəcə yanlış tərəhhümdən ibarətdir. Riçard Bernediki "Bir insanın özünə edəcəyi ən böyük pislik özünü kiçik görməsidir", - deyir. Nə qədər böyük yaradıldığımızın fərqində belə deyilik. Yaradıcımız Kitabında biz insan ən gözəl biçimdə yaratdıq", - buyurur. [53:4] Ən gözəl biçimdə yaradılan insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə başçısı sizi şəxsən tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan sizi tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?


Şərhlər: 5
Baxılıb: 356
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: BARBI
Hec vaxt ozumu ve qabiliyyetlerimi kicik gormemisem. Her zaman ozume inamli olmusam.
24 iyul 2016 23:08
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fialka
Özünü kiçik görmə deyə qeyd edilib amma özünü həddindən artıq qiymətləndirmədə düzgün hal deyil bu ətrafına yansayınca kənardan heç də xoş görünmür ) mövzuya gəlincə əlbəttə ağıl yaşla deyil insan gənc yaşlarından da hansısa uğuru əldə edə bilər yetər ki, əzmi, iradəsi və səbri onunla olsun ən əsası isə inamı..
24 iyul 2016 21:42
# 4
HAPPY_EYES
insan birinci ozune deyer vermelidi ki,sonra basqasi onualcaldib kicik gormesin
24 iyul 2016 20:20
# 3
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
BARBI
Hec vaxt ozumu ve qabiliyyetlerimi kicik gormemisem. Her zaman ozume inamli olmusam.
24 iyul 2016 17:07
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
cox gozel melumat oldu insan ozune gucune inanirsa eliye bilmediyi hec ne qalmaz
24 iyul 2016 16:39
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz