Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən gərgin peşələrlə tanış olun
Ən gərgin peşələrlə tanış olun
Göndərən: my_angel
Şərhlər: 2
Baxılıb: 273
Səs ver:
ABŞ-da İnsan Resursları Təşkilatı ən gərgin və əksinə, stressdən uzaq olan 10 peşəni müəyyən edib.
 
Qadınlar.Biz xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da insan resursları sektorunda fəaliyyət göstərən "Careercast" təşkilatı 200 iş arasında bu siyahını tərtib edib.
 
Təşkilatın internet saytında yer alan siyahıya görə, orta hesabla il ərzində 27 min 936 dollar gəlir qazanan hərbçilər ən gərgin işlə məşğul olur. Tədqiqatda xüsusilə cəbhə xəttində xidmət edən əsgərlərin 30 faizinin zehni problem yaşadığı qeyd olunub.
 
Siyahıda ikinci yerdə orta hesabla il ərzində 45 min 970 dollar gəlir qazanan yanğınsöndürənlər durur. Araşdırmada göstərilir ki, ABŞ-da ötən il 80 yanğınsöndürən vəzifəsini yerinə yetirərkən həyatını itirib.
 
İl ərzində orta hesabla 103 min 390 dollar qazanc əldə edilən pilotlar ən stressli peşələr siyahısında üçüncü yerdə qərarlaşıblar.
 
Siyahının 4-cü pilləsində polislərin adları çəkilib. Tədbir təşkilatçılığı ilə məşğul olan insanlar isə siyahıda 5-ci yerdədir.
 
Siyahının altıncısı ictimaiyyətlə əlaqələr şöbəsində çalışanlar, yeddincisi şirkət idarəçiliyi, səkkizinci yerdə isə televiziya və radioda canlı yayın aparan aparıcı və işçiləridir.
 
Qəzet müxbirliyi ən gərgin peşə siyahısında 9-cu yerdədir. Tədqiqatda göstərilib ki, qəzetlərin reklam gəlirləri azaldığı və xəbər portallarının sayı durmadan artdığı üçün işdən çıxarılanların və işçilərin əmək haqları gündən-günə aşağı düşür. Amerikada jurnalistlərin orta hesabla illik qazancı 37 min 200 dollardır.
 
Sonuncu yerdə isə sürücülər qərarlaşıb.
 
Ən stressiz peşələr
Təşkilatın müəyyənləşdirdiyi ən stresssiz və ən rahat peşələr siyahısında müvafiq  olaraq UZİ mütəxəssisi və təhsil sahəsinə aid olan peşələr  gəlir.
 
Araşdırmaya görə, saç stilisti, zərgərlik, diyetoloq və kitabxanaçılıq ən stressiz peşələr siyahısına daxildir. 


Şərhlər: 2
Baxılıb: 273
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
butun peselerde gerginliklerde stresde vardir
11 may 2016 13:06
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Opolis sənəti xoşuma ggəlir arzum idi
10 may 2016 23:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz