Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyarder olmanın yolları
Milyarder olmanın yolları
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 429
Səs ver:
Sahibkardan milyarderə çevrilmək üçün itkidən qorxmamaq, vaxtında dayanmağı və hissləri idarə etməyi bacarmaq lazımdır.

İyirmi il bundan əvvəl uğurlu insanların həyatını təhlil etməyə başlayanda düşünürdüm ki, hər kəs sahibkar və ya böyük və hətta qlobal layihələrin və sistemlərin meneceri ola bilər. Lakin aydın oldu ki, bu heç də belə deyil.

İçimdə "daxili ağacdələn” adlandırdığım, məni daima uğur qazanmaq üçün, hər bir uğurun isə yenisinə yol açması üçün tətikləyən anadangəlmə bir hiss var. Bu hiss kimlərinsə və ya nələrinsə təsiriylə və ya kortəbii şəkildə də özünü büruzə verə bilər. Lakin belə bir "daxili ağacdələn” olmadan daimi uğur mümkün deyil. Əvvəllər müvəffəqiyyətli insanların əsas üstünlüyünün İQ olduğunu hesab edirdim. İndi isə onun yalnız üçüncü və ya dördüncü yerdə olduğunu düşünürəm. 

Heç də böyük analitik məntiqə sahib olmayan bir çox insan çox əhəmiyyətli nəticələr əldə edə bilər. İQ –bu ekspert keyfiyyətidir və onu həmişə "kirayələmək” mümkündür. Amma emosional zəkanın(EQ) əsasını təşkil edən xarizma, ünsiyyətcillik, liderlik bacarıqlarını "kirayələmək” artıq mümkün deyil. 

Emosional zəka, eləcə də, "daxili ağacdələn” ya var, ya yoxdur. Hər iki keyfiyyət təxminən eynidir və birlikdə fəaliyyət göstərir. İstənilən böyük layihələr çoxsaylı insanların- podratçılar, subpodratçılar, kreditorlar, tənzimləyiciləri və başqalarının cəlb olunmasını tələb edir. Onların effektivliyi nə dərəcədə düzgün ruhlandırılmalarından asılıdır. Emosional zəka –belə bir motivasiya ilə çıxış edir.

Bu prosesin iştirakçıları məmnun və xoşbəxtdirlərsə, deməli, nəticə də müvəffəqiyyətli olacaq. Duyğular ən güclü drayver və insanlığın yeganə universal valyutasıdır. Məhz buna görə də əgər hisslərinizi idarə etməyi bacarırsınızsa, deməli, hər şeyi idarə edə bilərsiniz.

Emosional zəka tərbiyə olunur. Bəziləri onla doğuşdan mükafatlandırılır, bəzilərində isə bir sıra əlamətlər nəzərə çarpır. Məşq-ən etibarlı və bəlkə də yeganə düzgün yoldur. Özünütəhlillə məşğul olmaq və ya gərəkli ədəbiyyatı oxumaq mümkündür, lakin əhəmiyyətli təcrübə əldə etmək üçün canlı nümunələrdən istifadə etmək daha yaxşıdır.

Uğurlu biznesmenləri fərqləndirən daha hansı xüsusiyyət var? Analitik təhlili yaradıcılıqla birləşdirmə bacarığı. Bütün milyarderlərin oxşarlığı onların hamıya yaxşı məlum olan şeyləri digərlərindən daha yaxşı etmələrindədir. Çox azları yeni bir şeyə imza atmışdır. Hətta, Stiv Cobs yeni heç bir şey kəşf etməmişdir.

Sahibkarlıq risksiz mümkün ola bilməz. Ticari qərarlar – gündə bir neçə dəfə riskli qərarlar almaq deməkdir. Risk-təkamül metodudur, bütün bəşəriyyət riskli addımlar səbəbiylə inkişaf etmişdir. Rəqabətsiz insanlar keçinə bilməz, bu təməl instinktdir. Amma zərər riski olmadan rəqabət də mövcud ola bilməz.

Biznes tez-tez qumar oyunlarıyla da müqayisə edilir. Kazinoda mütləq qalibiyyətə imkan verən ideal oyun strategiyası mövcuddur. Məlumdur ki, orta hesabla oyunçunun etdiyi 36 gedişdən bir onun rəqəmi çıxır. Əgər bəhsi (iddianı) ikiyə vursan, onda bütün pulları qaytarmaq mümkün olar. Lakin oyunçu öz fəndini həyata keçirmək üçün kifayət qədər maliyyə bazasına malik olmalıdır. Bu bazanın həcmini isə proqnozlaşdırmaq mümkün deyil. Eləcə də, kazino qaydalarına görə belə oynamaq olmaz.

Səbr. Emosional zəkanın ən mühüm əlamətlərindəndir. Hər vəziyyətdə gözləmə bacarığı. Təsəvvür edin: sizin çox vacib görüşünüz var və siz tıxaca düşmüsünüz. Bu zaman iki seçim ortaya çıxır: nələrisə dəyişməyə cəhd etmək və ya sakitcə oturub heç nəyi dəyişmək bacarığına malik olmadığını anlamaq. Şəxsən mən, birincinin heç bir nəticə verməyəcəyini nəzərə alsaq, ikinci seçimin tərəfdarıyam. Şərq döyüş sənətlərində öz hisslərini idarə etmək – "su ruhu” qaydası var. İnsan öz ruh güzgüsündə əks olunanları göl səthində olduğu kimi görür. Hisslər dalğa axınıdır. Əgər həyəcanlısansa bütün dünyanı təhrif olunmuş şəkildə görürsən. Belə vəziyyətdə sən nəinki qalib gələ, hətta mübarizə apara bilməzsən.

Səbr-həmçinin itkilərin öhdəsindən gəlmə bacarığıdır. Statistikaya görə itki və zərər qaçılmazdır. Meydançada on oyunçu varsa onların hamısının qalib gəlmə ehtimalı yoxdur. Kimsə mütləq məğlub olacaq.

Böyük pullar təsadüf nəticəsində də ələ keçirilə bilər, lakin insan idarəçilik qabiliyyətinin zəifliyindən bu pulları əldə saxlaya bilmir. Bu, qondarma Şura Balganov adlı effektdir. Təsəvvür edin ki, bütün ömrünüz boyu velosiped sürürsünüz və qəfildən yarış avtomobilin sükanı arxasına keçirsiniz. Bu sizin minik vasitəniz olmadığından onun öhdəsindən gələ bilməyəcək və gec-tez qəzaya düşəcəksiniz.

Böyük pullar, böyük nailiyyətlər insan təbiətinə təsir etmək gücündə deyil. İnsan müəyyən dərəcədə kimyəvi robotdur, o konkret anlarda qan quruluşundan, emosional həssaslığından asılı olaraq hərəkət edir. Böyük pulların varlığı psixoloji gərginliyin artmasına, həll oluna biləcək problemlərin mürəkkəbləşməsinə gətirib çıxarır. 
Əgər siz təsadüf nəticəsində təbiətin sizə verdiyindən daha çox qazanmısınızsa bu artıq yükdür. Nəticədə, siz narahatlıq doğuran vəziyyətə düşür, bir-birinin ardınca yeni səhvlər edir və bütün sərvətinizi itirirsiniz.

Əlbəttə, əgər emosional və analitik zəkaya maliksiznizsə və "daxili ağacdələn” sizi tətikləyirsə bundan yeni nələrsə öyrənə bilərsiniz. Anadangəlmə bir bacarığa sahibəm-məğlubiyyət məni dilxor etmir, tam əksinə, mənə güc verir. Nəticə çıxarır, ”keçid” düyməsinə basır və yoluma davam edirəm. 
Sahibkar üçün yeni və mühüm bir şeyin yaradılması prosesi daha əhəmiyyətlidir.

 Tao–uğura gedən yolu heç kim kəsə bilməz.


Şərhlər: 7
Baxılıb: 429
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
pul cox olmaqin esas yolu pulu duzgun isdifade etmekyi bilmekdir
1 may 2016 21:35
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
bir.g
Milyarder olmaq istemirem. Men belede cox xosbextem
1 may 2016 18:11
# 6
BARBI
Ugura geden yolu hec kes bilmez. Boyuk pulun milyarder olmanin heveskari olmamisam. Pul sadece el cirkidir menim ucun vasitedir
1 may 2016 17:09
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Çox düzgün qeyd olunub,böyük pulların varlığı psixoloji gərginliyin artmasına,həll oluna biləcək problemlərin mürəkkəbləşməsinə gətirib çıxarır.Yəni el dili ilə desək çox pulun çox dərdi var:)Rahat yaşayışımı təmin edəcək qədər pul um olsun o mənə bəsdi,yüksəklərdə gözüm yox.
1 may 2016 16:35
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Kölge
Allah elemesin.hec vaxt milyarder olmaq istemerem
1 may 2016 16:30
# 3
Her şeye gore şukur
zezema
agacdələn? o neyin agacdələni? )) nasil olmush da agackakan olmush)))))))))
zarafat bir yana ishlemeyen dishlemez! calishmaq lazimdi
1 may 2016 16:26
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
___Jasmin___
hec kim yox men milyader olacam amma hec kim gormeyecek
1 may 2016 16:04
# 1
I remained behind now the mother of 14 spring -Big

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz