Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəlbedici səslənir
Cəlbedici səslənir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 513
Səs ver:
Sən müsahibədən keçməyi çoxdan öyrənmisən. Özünü necə təqdim etməli və nə deməli olduğunu yaxşı bilirsən. Amma yalnız danışmaq yox, qulaq asmaq da vacibdir. Gələcək rəhbərin yerinə yetirə bilməyəcəyi təklifləri etməklə sənə yalan danışa bilər.
 
Təklifim var
OFFER – tərəflərin vəzifə və məsuliyyətlərinin qeyd edildiyi, maaş, imtiyaz və kompensasiyalar üzrə razılaşmaların təsbit edildiyi və sənin gələcək rəhbərinin və ya işçi heyəti üzrə direktorun imzaladığı sənəddir. Sənin imzan təkliflə razılaşdığını təsdiq edir. Beləliklə, hər iki tərəfin yazılı razılaşması var və "unutqanlıq”, ya da narazılıq baş verərsə, onlara müraciət etmək olar. Sənə, offerin yalnız yüksək vəzifəli işçilərə və yalnız Avropa şirkətlərində təqdim olunduğunu deyərək bu sənədi qabağına qoymaqdan boyun qaçırtsalar, inanma! Bu, belə deyil! Katibə və ya deyək ki, jurnalistin də bu cür sənəd tələb etməyə tam haqqı var. Odur ki, haqlarını tələb etməyə tələs. Bu sənədin varlığı gələcəkdə bir çox məsələlərdə işinə yarayacaq.
 
Boş vədlər
Bu, oyuna oxşayır: əvvəlcə şirkət özünü yeni işçilərin yığılması ilə bağlı verdiyi elanında tərifləyir, sonra isə yeni iş axtarışında olanlar görüş zamanı öz istedad və bacarıqlarını nümayiş etdirirlər. İşçinin səmimiyyətini elə yerindəcə yoxlamaq mümkün olduğu halda, rəhbərlərin doğru deyib-demədiyini aydınlaşdırmaq daha çətin olur. Həm də bizdə gələcək rəhbərliyi yoxlamaq adəti yoxdur. İnanmaq istəyirsən ki, sənə şəxsi avtomobil təqdim edəcəklər, şəhərlərarası danışığın pulunu ödəyəcəklər və hər səhər kapuçino ilə qarşılayacaqlar.

İlk vaxtlar sənə vacib görüşlərə getmək üçün taksi sifariş edəcəklər, şefin keçirdiyi iclas uzansa, katibə sənə qəhvə süzəcək, müəyyən olunmuş məbləğdən artıq danışmamısansa, danışığın pulunu ödəyəcəklər, hətta havayı nahar da verəcəklər. Amma bir gün görəcəksən ki, telefon hesabı minusa enir, havayı nahar daha verilmir və nəqliyyata xərclədiyin pul sənə qaytarılmır. Deməli, ya şirkətdə maliyyə problemləri yaranıb, ya da səni tovlayıblar, yəni dəyərli işçini əldə etmək üçün səndən həqiqəti gizlədiblər.
 
Qaranlıq yer
İnnant inşaat şirkətinin reklam və PR şöbəsinə işə dəvət edirdilər. Vəzifə elə köhnə işindəki vəzifə, maaş da cəmi 70 dollar artıq idi, ofisə çatmaq üçün isə iki avtobus dəyişmək lazım idi. Amma şirkətin direktoru ilə söhbət zamanı qızın bütün tərəddiidləri heçə endi: ha-vayı yemək, kvartalın nəticələrinə görə mükafatlar, şöbə müdirinin yeri isə hələ boşdur ("Yəni hər şey səndən asılıdır!”), həm də İnna ilə eyni binada, iş yoldaşını böyük məmnuniyyətlə öz maşınında işə aparmağa hazır olan hüquqşünas yaşayır.

Elə ilk iş günündə İnna xəbər tutdu ki, onun işlədiyi şöbənin müdiri vəzifəsinə merin qohumunu təyin ediblər. Ofisə o özü getməli olurdu, görünür, hüquqşünasa onun yeni taksi sürücüsü vəzifəsinə təyin edildiyini deməyi unutmuşdular. İş yoldaşlarından isə o, bu sözləri eşitdi:”Nə mükafat? Yeniilqabağı bizə cəmi 30 dollar payladılar”. Nahar yeməkləri həqiqətən də dadlı idi. Amma İnna yalnız bir ay ərzində onların dadından ləzzət ala bildi, sonra şirkət xərcləri azalt-ınaq, ilk növbədə də havayı nahardan imtina etmək qərarına gəldi. HR-Akademiyanın prezidenti Yuliya Çemerinskaya deyir: "Şirkət rəhbərliyi iş elanında və ya söhbət zamanı namizədi cəlb etmək üçün reallığı şişirdə bilər. Bəziləri bunu səfehlik və məsuliyyətsizlikdən, digərləri isə çıxılmazlıqdan edir. İstehsal yeri və ofisi paytaxtdan 86 kilometr uzaqlıqda olan kənddə yerləşən şirkəti təsəvvür et. Sənin hər gün şəhərdən bu ofisə getməyə razılıq verməyin üçün onlar nə təklif etməlidirlər? Bu zaman bəzəməyə və şişirtməyə məcbursan. Çünki bir qayda olaraq, sosial paketin artırılması büdcədə nəzərdə tutulmur”.

Baş məsləhətçi Anastasiya Petrova əlavə edir ki, bütün bunlara baxmayaraq, heç bir şirkət vədlərə əməl etməməklə özünü məhkəməyə düşmək riski altına salmayacaq. İşə qəbul zamanı, əsasən, ümumi ifadələrdən istifadə edib, "edirik”deyil, "planlaşdırrnq” deyirlər.
Vədləri əməldə gözləyirlər

Nəyi tovlama kimi qəbul etmək olar? Sənədlə təsdiq olunmayan hər şeyi. "Müəssisələrin hüquqi dəstəyi” agentliyinin direktoru Maksim Naymuşin izah edir: "Şirkət rəhbərini şifahi vədləri yerinə yetirməyə məcbur etmək çox çətindir. Buna görə də mütləq fikir ver ki, bütün elan edilən şərtlər əmək müqaviləsində öz əksini tapsın. Qanunvericilikdə "nümunəvi müqavilə” anlayışı mövcud deyil, deməli, rəhbərlə işçi arasındakı razılaşma özündə sənə lazım olan bütün bəndləri əks etdirə bilər”. İşə yalnız işəgötürən tərəfindən edilən bütün düzəlişlərin də əks olunduğu sənədin imzalanmasından sonra çıx. Əks halda, işin faktiki başlanmasından sonra müqavilənin ümumi əsaslarla imzalandı-ğı hesab olunacaq və bütün bonuslar elə sözdə qalacaq.

Qanuna görə, sən rəhbərlə telefon danışığının, mənzil xərclərinin, ezamiyyətlərin ödənilməsi haqqında ayrıca müqavilə bağlamaq hüququna maliksən. Xüsusən də, bonusların verilməsi qaydaları və üsullarına diqqət yetir. Sənədlərdə onlar əks oluna bilər, onların verilməsi şərtləri isə yox. Buna görə də diqqətli olmağa çalış və bütün detalları əvvəlcədən müəyyənləşdir. Sənədləşdirmə dəqiqlik sevir.

İnanmıram!
Boş vədlərə aldanmamaq üçün daha nələr etmək olar? Yuliya Çemerinskaya məsləhət görür…

Tanışlarından maraqlan, bəlkə onlardan kimsə şirkətdəki real vəziyyətdən xəbərdardır. Onların fikri sənə kömək edə bilər.

Şirkət rəhbərliyi namizəd haqqında məlumatlar topladığı kimi, sən də şirkət haqqında hər şeyi öyrənməkdən çəkinməməlisən: oradakı korporativ mədəniyyət necədir, insanlara necə münasibət bəsləyirlər, vədlərə əməl edirlərmi?

Sosial şəbəkələrin inkişafıyla sənin, "Maraqlanıram, məsləhət görün” və buna bənzər status qoymaqla, suallarına hətta tanış olmayan insanlardan cavab almaq şansın var. Müxtəlif forumlarda da bənzər mövzuları araşdır.

Çətini başlamaqdır
Anastasiya Petrova xəbərdar edir ki, bu cür tovlamalar, bir qayda olaraq, azixtisaslı işçilərin və gənc mütəxəssislərin (məsələn, satıcılar, call-center işçiləri) cəlb edilməsi üçün istifadə edilir. Şirkət rəhbərləri başa düşür ki, onların təklif etdikləri şərtlər qaneedici deyil və bu onları müəyyən hiylələrə əl atmağa vadar edir. Yalanın üstü açılanda, adətən, insanlar öz haqlarını tələb etmirlər: onlar qanunla nəyi tələb edəcəklərini bilmirlər, amma bilirlər ki, iş təcrübələri daha sərfəli şərtlər tələb etməyə imkan vermir. Təcrübəli mütəxəssislərlə belə fəndlər işləmir: onların seçilməsinə xərclənən enerji və pul həddən artıq çoxdur və belə bir insanı işə götürəndən bir-iki ay sonra itirmək sərfəli deyil. Yüksəkixtisaslı mütəxəssislər daha ehtiyatlı davranırlar, öz qiymətlərini bilirlər və tez bir zamanda yeni, daha yaxşı iş tapa bilirlər, şirkətlər arasında bu cür işçilər uğrunda çox böyük rəqabət var.

Rəhbərliyin həqiqəti gizlətdiyini anlamaq çox çətin, eyni zamanda da çox asandır. Neçə reklam menecerinin telefon danışığını ödəyirlər? Demək olar ki, hamısının. Bəs, görüşə gedərkən taksi pulunu ödəyirlər? Əgər sən həqiqətən də qiymətli işçisənsə…

Bəzi tovlamalar, onlara diqqət yetirsən, səfeh görünür. Yəni sən şirkətə sadəcə, foyedəki qaçış trenajoru və ya qəhvə bişirən avtomatın yanında qoyulan şirniyyata görə düzəlmək heç istəyərsən? Təklif olunan "imtiyaz”larla öz əhəmiyyətinin obyektiv qiyməti səni sonrakı məyusluqdan sığortalaya, imzalanan müqavilə isə söhbət zamanı vəd olunan hər şeyi həqiqətdə əldə etməyə kömək edə bilər.

Bütün yuxarıda dediklərimizi nəzərə alıb, sənə daha sərf edən tovlamalardan istifadə etməyə çalış. Yəni uzaqdan cəlbedici görünən təkliflər əslində, sadəcə təklif halında qala bilər. Buna görə də işə başlamazdan əvvəl imzaladığın müqavilənin şərtlərinə daha çox diqqət yetir və bir çox məsələləri əməlli-başlı götür-qoy et. Yalnız bundan sonra vacib sənədləri imzalaya bilərsən. Əlbəttə, şərtlərlə razılaşsan.


Şərhlər:
Baxılıb: 513
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz