Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müdirinlə yola getmə üsulları
Müdirinlə yola getmə üsulları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 437
Səs ver:
"Budur, sizin üçün kalorisiz, super-böyük, superistilatte qəhvəsi… və yeni vəzifə mənim üçün?”

"Kell on Earth”un ulduzu Kelly Cutrone iş həyatına yeni atılan işçilərin (və hətta çoxdan çalışan bəzilərimizin) yol verdikləri mühüm səhvləri açıqlayır. Acı həqiqətlərlə üzləşməyə hazır ol.

Bəli, Peoples Revolution adlı ictimaiyyətlə əlaqəsi olan populyar firmanın rəhbəri kimi o, bir az qorxunc təsir bağışlayır, kıkin Kelly Cutrone bizim çoxumuzun boyun qaçırmağa çalışdığı cansıxıcı bir işlə məşğuldur. Bu konkret məsləhətlərin hamısı onun bestselleri olan "Ağlamaq İstəyirsənsə, Çölə Çıx” kitabından toplanmışdır. Onlar sənə qadın və ya kişi müdirinlə münasibətlərdə xeyli müsbət xal qazandıracaq.
Emosiyalarını Qapı Arxasında Qoy
İşləməyə başlayan kimi öyrəndiyim ilk qaydalardan biri budur ki, ağlamaq istəsən, çölə çıxmalısan. İllər ərzində mənim ofisimdə dəfələrlə baş verən hadisəni təsəvvürünə gətir. Yeni işçi 5 min dollarlıq paltarı pilləkənlə yuxarı qaldırdıqda, onun ətəyini 1898-ci ildə vurulmuş və o vaxtdan bəri üzərinə çirk və kir layı hopmuş taxta döşəmə ilə sürüdüyünə fıkir vermir. Gözəl paltarın ətəyi tezliklə qapqara olur və məşhur moda jurnalı üçün çəkilməyin əvəzinə indi o, birbaşa kimyəvi təmizləməyə göndərilir, eyni zamanda da mənim müştərimi böyük fürsətdən məhrum edir. Bu vəziyyətdə mülayimlik nümayiş etdirib, "Ah, eybi yox, canım, bir az daha diqqətli ola bilərsənmi?” deməyə vaxtım yoxdur.

Reaksiyam "Onu bu dəqiqəcə yerdən qaldır!” şəklində olacaq.
İşçilərim səhv buraxan da onların dərhal səhvlərini düzəldib işlərinə davam etmələrini tələb edirəm. Mənim və ya digər bir müdirin eşitmək istədiyi ən axırıncı şey "Oh, mən yalnız kömək etmək istədim. Ah!” ola bilər. Buna görə ağlayanları rəsmi olaraq, küçədəki üzbəüz səkiyə göndərirəm. Mənim ifritə olduğumu fikirləşirsən? Çox yaxşı. Get, küçədə otur, dostunu çağır və ağlaşma qurub, məndən şikayətlən. Təki ofisimdən rədd ol və buraya ciddi olaraq pul qazanmağa gələnlərin işini pozma.

Biz qadın olaraq iş yerində bərabər hüquqlar tələb ediriksə, onda özümüzü müvafiq aparmalıyıq-yəni ağlamamalıyıq. Öz işlərinlə məşğul ol və məni, yaxud digərini iş yerində emosiyalarına hakim ola bilmədiyin anları seyr etməyə məcbur etmə. İş yerinə daxil olandan sonra səni əməkdaşların əhatə edir, dostların deyil. Kişi-müdirin, sevgilin və ya qadın-müdirin sənin terapevtin deyil. O, gördüyün işin əvəzində sənə pul ödəyən insandır. Əgər sən (və ya o) başqa cür düşünürsünüzsə, heç nə alınmayacaq.

Ona Krallara Layiq Münasibət Göstər
Yenə də, dostun da olmasa o insandır, bir az mərhəmət hissi ziyan etməz. Məsələn, mən. Tənha anayam, eyni binada yaşayır, işləyir və günümün hər dəqiqəsi köməkçimdən başlayaraq, müştərilərimin, dayə və qızımın mənə verdiyi suallara cavab verməkdən ibarətdir. Buna görə, adətən, elə iş masamın arxasında qalırlar etməli olur, nadir hallarda binadan çıxıram. İş otaqlarınız yaxındırsa və müdirin qapılarını açıq saxlayırsa, hərdən qapıda peyda olub, "Su almağa çıxıram. Sizin üçün birşey götürüm?” – soruşmaqdan çəkinmə. Müdirinlə kraliça kimi və eyni zamanda, özünəməxsus ehtiyaclan olan, iraq olsun, dustaq həyatı yaşayan birisi kimi davran.

O sənə tapşırıq verəndə, "Axı niyə bu insan 40 dərəcəli isti havada məni özü üçün qəhvə dalınca göndərir?” fıkrinin əvəzinə, bu məsələyə başqa cür yanaş: gör o yazıq nələr çəkir ki, belə günəşli havada heç 20 dəqiqəsi də yoxdur ki, çıxıb gəzə-gəzə özünə qəhvə alsın! İnsanlar çox vaxt "Of, bu nə sərt qış idi!” söyləyir, mən isə cavabında "Doğrudan? Günlərlə heç ofısdən çıxmadım!” deyirəm. Mən də nə vaxtsa köməkçi işləmişəm. Hesabları ödəmək üçün mübarizə və sənin başdan xarab hesab etdiyin biri-sinin mərhəmətindən asılılıq hissi mənə yaxşı tanışdır. Mənimlə çalışan qızlara yazığım gəlir. Onların nə çəkdiyini yaxşı başa düşürəm. Lakin elə vaxtlar da olub ki, onların məvacibini ödəmək üçün, inan ki, özüm qəpiksiz qalmışam. Aşağı təbəqəli işçilər, adətən, fikirləşirlər ki, rəis artıq istədiyi mərtəbəyə çatıb və indi rahatca yaşayır, amma mənə inan: o hələ də işləyirsə, deməli, istədiklərinə tam nail olmayıb.

Qeybətcil Olma
Mən bu sahədə işə başlayanda Facebook kimi əzrail yox idi. Sosial-media şəbəkələri ictimaiyyətlə əlaqələr və digər işlərdə çox faydalı ola bilər özüm də müştərilərlə əlaqə yaratmaq üçün mütəmadi olaraq Facebookdan istifadə edirəm – lakin yeni işə gələn və bu saytları şəxsi məqsədlərlə istifadə edən işçilər üçün onlar çox təhlükəlidir. Özün və ya digərləri haqda onlayn-post yazmaq istəyirsənsə, bu mesajların tək müdirin tərəfindən deyil, həm də iş yoldaşların sandan da necə qarşılanacağını əvvəlcədən bilməlisən. Fərz et ki, onlar sənin yazdığın hər bir postu oxuyurlar, istər Facebook-da, istərsə Twitter-də.

Bu yaxınlarda, ofısimdə iş təcrübəsi keçən bir qız – onu Anna adlandıraq – öz bloqunun oxucularını əyləndirmək məqsədilə mənim şirkətimlə əlaqədar lap "İblis Prada Geyinir” sayağı bir etiraf yerləşdirmişdi. O, "Bu iş təcrübəsi həyatımı cəhənnəmə çevirdi. Biz hamımız sutkanın, ən azı, 11 saatını işləyirik (yalan!); heç əməlli-başlı nahar vaxtı da vermirlər (yalan!); faktiki olaraq, ofisdə yeməyə icazə vermədikdən, xəlvəti arxa otaqda yeməyə məcburuq”, -deyə yazırdı.

Yalan! Yalan! Ağyalan! O davam edirdi: "Xoş xəbərlərdən biri odur ki, Kelly-ni bu gün gördüm – o, gözəl, lakin dəlisov görünürdü. Keçən həftəsonu onu xəstəxanaya apardılar, çünki onun son mtxJel Prada ayaqqabısı bir-birinə ilişdiyindən yıxılmışdı” (razıyam, bu hissəsi doğrudur). Postu oxuyan kimi Annanın əl telefonuna zəng vurdum (həmin gün onun istirahət günü idi). "Salam, Anna. Kelly Cutrone-dur. Necəsən?” – deyə adi səs tonuyla davam etdim. "Universitetdə əsas ixtisasın nə olub? Oh, eləmi? Təsadüfən, hüququ keçməmisən? Yox? Amma gərək keçəydin!” – deyə qışqıraraq, 15 dəqiqə ərzində onun postunu silməli olduğunu  dedim, yoxsa mən onu təcrübə keçməsi haqqında məlumatın yayılmaması barədə imzaladığı öhdəliyi pozduğuna görə məhkəməyə verəcəkdim.

Qalan stajorlarım masamdan 10 addım aralıda duraraq, bu səhnəyə tamaşa edərək qorxudan donmuşdular. Məhz bu səbəbə görə mən kütlə qarşısında "edam” effektinə inanıram (əlbəttə, yeri varsa). Hərəkətlərinin nəticəsini göstərməklə gələcəkdə atıla bilən səhv addımdan çəkindirmək üçün daha yaxşı nə ola bilər ki?

Anna kimi görünməmiş ağılsızlıq etməsən də, yaxşıca düşün – iş yoldaşlarının sənin kefli halda yarıçılpaq qadın klubunun yığıncağı zamanı çəkilən şəkillərini görməsini və ya yaraşıqlı və evli oğlanla ofisdə eşq macərası yaşamağın haqqında bilmələrini istəyirsən? Sən artıq məktəb və ya universitetdə deyilsən; ailə və qrup yoldaşlarınla əlaqə saxlamaq üçün özünü nümayiş etdirsən, bu haqda heyfsilənəcəksən.

Daha bir dərsi yadında saxla: nə qədər çox uğur qazansan – karyeranda, şəxsi həyatında və ümumiyyətlə, həyatının hər bir sahəsində – bir o qədər insan sənin haqqında yalanlar yazıb arxanca danışacaq, hətta dost sandıqların belə. Əldə etdiyin uğurların haqqında qeybət edərkən, onlar öz qorxularını və qərəzlərini ört-basdır edib, görməməyə çalışırlar. Bunu dərk etmək vaxtilə mənim üçün çox acı dərman qəbul etmək kimi olub, lakin mən seyr edib şərhlər yazmaqdansa, seçdiyim həyatı yaşamağa üstünlük verirəm.

Şəxsi həyatında və ümumiyyətlə, həyatının hər bir sahəsində nə qədər çox uğur qazansan bir o qədər ınsan sənın haqqında yalanlar yazıb, arxanca danışacaq”
"Ağlamaq istəyirsənsə, çölə çıx” kitabından çıxarış. Müəllif: Kelly Cutrone. ©2010 Power of The World Productions inc. Harper Collins tərəfındən çap edilmişdir.
 
Müdirinlə bağlı başına gələn 5 gülməli əhvalat
Təzə işə düzəldiyimdə hərdən yaşlı müdirimə adının yerinə çaşıb "əmi” deyə müraciət edirdim.
– Sevinc, 28 yaş
Bir dəfə müdirimi kosmetoloq-da üzündə yaşıl rəngli qorxunc bir maskayla görəndə təəccübdən qışqırmışdım.
– Şükufə, 25 yaş
Müdirim allergiyadan əziyyət çəkirdi. Hər gün antigistamin dərman qəbul etməliydi. Bir dəfə vacib bir iş görüşməsi zamanı onu yuxu tutmuş və o, xoruldamağa başlamışdı. Vəziyyəti masanın altından ona təpik atmaqla qurtarmışdım.
– Çinarə, 26 yaş
Bir dəfə işə gecikdiyimin əsl səbəbini gizlətmək üçün müdirimə evimin qabağının gecə qazıldığını bəhanə olaraq gətirmişdim. Ancaq onunla eyni binada yaşadığımı o an yaddan çıxartmışdım.  – – Vəfa, 24 yaş
Bir dəfə sənədlərin arasına, təsadüfən, qızımın çəkdiyi gülməli rəsmlərlə dolu vərəqləri də salmışdım. İclasda müdir hamıya istedadlı bir uşaq böyütdüyümü bildirərək, məni çətin vəziyyətdən qurtarmışdı.
– Nailə, 30 yaş


Şərhlər:
Baxılıb: 437
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz