Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pul haqqında 7 qanun
Pul haqqında 7 qanun
Göndərən: ALESSANDRA
Şərhlər: 14
Baxılıb: 1012
Səs ver:
Hər bir insanın maliyyə ilə özünəməxsus münasibət vardır. Kim isə onlarla yaxşı yola gedir, kim isə yox, amma demək olar ki, hamı istəyir ki, pulu çox olsun, hətta lazım olduğundan da çox. Bir qayda olaraq pul isə onlar ilə rəftar etməyi bacaran, yəni pul qanunlarına riayət edən insanları sevir. Bu qanunlar elə də çətin deyil. Çoxları onlar boş şey hesab edərək, tamamı ilə məhəl qoymur, amma çox əbəs yerə.

Axı pullar və xüsusən də pul qanunları, özünə qarşı hörmət tələb edir.

1. Seçim qanunu
Onun mahiyyəti sadədir: Hər bir insan varlı olub-olmamağı özü seçir. Biz özümüz özümüzü məhdudlaşdırıcaq yüzlərlə səbəb, amil, mülahizə uydurur –öz qabiliyyətimizə və bizi əhatə edən imkanlara inanmırıq, baxmayaraq ki, eyni zamanda biz özümüzü kifayət qədər ağıllı hesab edirik.

2. Kapital qanunu
Burda isə söhbət heç də puldan getmir. Əsl kapital –sizin qazanmaq qabiliyyətinizdir. Bu gün sizin əldə etdiyiniz məbləğ –sizin özünüzdə nə dərəcə pul qazanmaq qabiliyyəti yetişdirdiyinizin meyarıdır. Öz şəxsi dəyərinizi artırın, öz bilik və bacarıqlarınızı təkmilləşdirin, yeni səriştələr əldə edin. Daha çox deyil, daha yaxşı işəməyə can atın. Ən yaxşı investisiya –insanın özünə etdiyi investisiyadır.

3. Perspektiv qanunu
Maliyyə qərarı qəbul edərkən, öz gələcək addımlarınızı da hesablayın, uzaqgörən davranın. Digər sözlərlə, yeni layihəyə və ya biznesə başlarkən, ani mənfəətə ümid bəsləmək axmaqlıqdır. Ola bilsin ki, indi sizin gəlirləriniz yüksək deyil, amma perspektivdə sizin biznesin gəlirlərinin 10 və hətta 100 dəfə artması gözlənilirsə, bir az səbir toplayın və hazırlanmış plana əməl edin. Varlı insanlar həmişə gələcəyə baxırlar.

4. Əmanət etmə qanunu
Həmişə öz gəlirlərinin 10%-ni saxlamaq lazımdır. İlk baxışda bu məbləğ sizə böyük görünə bilər, düzdür həyatda da hərəmiz ayrı-ayrı situasiyalar ilə üzləşirik –borclar, nəzərə alınmamış gözlənilməz xərclər, həddən artıq dərəcədə cüzi olan gəlir və s. Əgər 10% sizin üçün həddindən artıq böyük məbləğdirsə, onda heç olmasa 1% dən başlayın. Müddət keçdikcə daha çox, 2%, 3% artırıb saxlamağa çalışın və tədricən bu rəqəmi 10%-ə çatdırın. Bu pullar sizin maliyyə ehtiyatınızdır və o sizin özünüzü daha yaxşı və nisbi təhlükəsizlikdə hiss etmənizə səbəb olacaq.

5. İnvestisiya qanunu
Pul haqqında qanunlardan ən vaciblərdən biridir. Heç zaman öz pullarınızdan ayrılmağa tələsməyin və investisiya etməzdən öncə, öz qan-tərinizlə qazandığınız pulu investisiya etmək istədiyiniz işi dərindən araşdırın. Çünki müəyyən mənada pul –sizin həyatınız bir hissəsidir, axı siz onları qazanmaq üçün öz vaxtınızı sərf etmisiniz. Bəs öz əməyinin nəticəsinə laqeyd yanaşmağa dəyərmi?

Həmişə özünüzə sual verin: Əgər sizin qoyduğunu bütün vəsait batarsa, onda nə baş verəcək? Əgər belə bir itki sizin üçün çox ağrılı olacaqsa, onda belə bir investisiyadan imtina etmək daha ağıllıdır, axı sahib olduğunu saxlamaq, hər şeyi itirməkdən daha yaxşıdır.

6. Qənaət qanunu
Sizin maliyyə gələcəyinizin uğuru sizin nə qədər pul qazanmağınızdan deyil, qazanılan pullardan nə qədərinin qaldığından daha çox asılıdır. Sizin əmanət etdiyiniz 190% burda nəzərə alınmır.

7. Təhlil qanunu
Müntəzəm olaraq, öz maliyyə vəziyyətinizi analiz etmək üçün vaxt ayırın. Bunu ildə bir dəfə yox, heç olmasa həftədə bir dəfə etmək lazımdır. Öz pullarınızın gələcək taleyi, onları necə işlətmək barədə mühakimə yürütməyə daha çox vaxt ayırın, onda sizin qərarlarınız daha yaxşı düşünülmüş və məntiqi xarakter kəsb edəcək.

«Hal-hazırda həddindən çox insan, özünün qazanmadığı pulu, onlara lazım olmaya əşyalara xərcləyir, onların xoşu gəlmədiyi insanlarda təəssürat oyada bilsinlər».


Şərhlər: 14
Baxılıb: 1012
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melek5
Sitat: ALESSANDRA
pul cox seyi hell edir
Allah hec kesi pulsuz etmesin elecede meni kivir

amin bizide,deyirler ki pul hec neyi hell etmir eslinde o yalan sohbetdi her seyi hell edir
31 avqust 2015 21:25
# 14
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Catwoman666
Hal-hazırda bir çox problemləri həll edən puldur. Pulu çox sevirəm. Pulgir insanam))

...666...
31 avqust 2015 20:40
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Məktəbdə oxudugum zamanlar iqtisadiyyat müəllimim bizdən soruşdu ki,pul nədi?mən cavab verdim;ölümdən başqa hər məsələni həll edən bir kagızdır.
31 avqust 2015 01:20
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
EsmaNur
Allah bize pul yetirsin xerclemeye yer tapilar
31 avqust 2015 00:54
# 11
Luna-90
Qanunlarini bilmirem allah her kese pul yetirsin bu heyati pulsuz yasamaq olume beraber birseydi
30 avqust 2015 23:50
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Little girl
Sitat: ♥ KaMa ♥
olmayan birşey haqqında danışmaq mənasızdıe)) olanda baxacam bu xəbərə 22

Mən də.İnşallah onda baxaram.
30 avqust 2015 20:59
# 9
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
♥ KaMa ♥
olmayan birşey haqqında danışmaq mənasızdıe)) olanda baxacam bu xəbərə 22
30 avqust 2015 18:44
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
...AdaDunyam``
CIBDE VARSA PUL
LIFE ISE WONDERFULLhihih

Sitat: Harunum
Ozumu lap maliyye kredit dersinde hiss etdim muellum danisir bizde ahzimizi buzuruk ki zeng ne vaxt vurulacaq)))))

122
30 avqust 2015 17:57
# 7
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Dj_Vampir
Pul cox seyi hell ede biler,Ama cox seyide hell ed bilmez.Sevgi,xosbextlik,mehribanliq ve s kimi seyleri pul hell etmir
30 avqust 2015 17:51
# 6
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
İnci
Ozumu lap maliyye kredit dersinde hiss etdim muellum danisir bizde ahzimizi buzuruk ki zeng ne vaxt vurulacaq)))))
30 avqust 2015 17:32
# 5
Her gulusun arxasında bır keder vardır
BARBI
Pul yasamagi asanlasdiran vasitedir. Her seyi hell edir.
30 avqust 2015 17:15
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
pul cox seyi hell edir
Allah hec kesi pulsuz etmesin elecede meni kivir
30 avqust 2015 16:35
# 3
Don't trust anyone ∆
tek umidim sen
Maraqlidi) Indiki zemanede pulsuz cox cetindi yasamaq. Allah hec kese pulsuzduq derdi cekdirmesin. Nece deyerler "Az az olsun,hemise olsun"
30 avqust 2015 16:14
# 2
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
her kes pulu sevir her kes pulunun cox olmasiniisdeyir teki her zaman pulumuz hala coxxxxx kapitalimiz bol olsun
30 avqust 2015 16:05
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz