Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ay Allah, bu müdirdən 5 dənə ver...
Ay Allah, bu müdirdən 5 dənə ver...
Göndərən: Fialka
Şərhlər: 15
Baxılıb: 654
Səs ver:
Biri şirkətin gəlirini işçilərlə bölür, o biri ən bahalı tətillərə zorla göndərir... Dünyanın ən səxavətli müdirləri və onların çılğın jestləri

Nevzat Aydının Türkiyə mətbuatına verdiyi müsahibə ciddi rezonans doğurub. Məlumdur ki, adam öz müsahibəsində necə səxavətli olduğunu açıqlayıb: ”Şirkətin satışından gələn 27 milyon dolları 114 işçimiz arasında bölüşdürdük".
 
Biz Azərbaycanda belə şirkət rəhbərləri ilə qarşılaşmamışıq. Amma iş dünyası olduqca səxavətli olan rəhbərlərlə tanışdır. O siyahıya nəzər salaq və "nə üçün mənim müdirim elə deyil” sualını özümüzə verək... 9 böyük insan... Etdiklərinə və səxavətləri, anlayışları ilə insanları necə təəccübləndirdiklərinə baxaq.
 
Öz məvacibindən vaz keçən müdir
 ABŞ-da, «Seattle»da Gravity adlı bir texnologiya şirkətinin qurucusu və rəhbəri olan Dan Price insan qaynaqları departamentindən gələn "işçilərin bədbəxt olması ilə bağlı” analiz sənədi ilə tanış olandan sonra unikal addım atıb. O, öz məvacibini haradasa sıfıra qədər azaldıb və hər kəsə yüzdə 400-ə qədər məvacib artımı edib. Pricenin bu radikal qərarı nəticəsində şirkətdəki ən aşağı məvacib isə aylıq 18 min, illik 70 min dollar oldu.
"İndi ofisi tərk edib, dərhal istirahətə çıxın”
 
FullContact şirkətinin rəhbəri Bart Lorant isə hər kəsi istirahətə çıxmağa məcbur edir və bunun üçün işçilərinə hər il məvacib xaricində 7 min 500 dollar ödəyir. Amma iki şərti var: birincisi bu tətil, həqiqətən də, yaxşı bir tətil olacaq və işçilər yaxşı tətil keçirdiklərini sübut edəcəklər. İkincisi də, iki həftə boyunca bir dənə də elektron məktuba cavab verməməli, şirkətdən heç kimlə əlaqə qurmamalıdılar. Lorant bir müsahibəsində aşağıdakıları deyib: "Bunu işçilərimin xoşbəxtliyi üçün yox, işimin uğuru üçün etdim. Və gözlədiyim nəticəni də aldım”.
 
"Lazım olmadıqca ofisə getmək qadağandır
Hər şeyi başlayan əslində NetflixE Dijital yayıncılığın lider firması, şirkətin bütün siyasətini "ofissizlik” və "iclassızlıq” üzərində qurub. Bunun ardınca media dünyasının başqa bir nəhəngi olan Virgin Group’un rəhbəri Riçard Branson işçilərinə ofisə gəlməyi qadağan edib. , bildirib ki, təcili bir vəziyyət olmadığı halda, iclas keçirməyəcək və işçilərini də bir araya gətirməyəcək. Hazırda Virgin Group şirkəti işçilərinin 80 faizi evdən işləyir.
 
6 400 nəfər işçisi ilə Fransaya uçub
"Tiens Group Company”nin sahibi, məşhur çinli milyarder Li Jinyuan şirkətinin 6 min 400 nəfər işçisi ilə birlikdə eyni anda Fransaya tətilə gedib. Məşhur iş adamının bu səxavətinə isə şirkətin quruluşunun 20-ci ildönümü səbəb olub. Maraqlıdır ki, 6 min 400 nəfər işçinin Fransa və Monakko tətilinin maliyyəti 15 milyon dollar olub.
 
1700 işçisi ilə gəmiyə minib getdi...
Başqa bir toplu tətil həvəskarı isə məşhur televiziyaçı Oprah Vinfreydir. O isə şirkətin yox, özünün 55-ci ad günündə 15 günlük bir Ağdəniz turu təşkil edib və 1700 işçisini də özü ilə aparıb. Nəhəng bir gəmi ilə Türkiyədən İspaniyaya bütün Ağdəniz sahillərini dolaşan heyətin tək bir əməkdaşının tətilinin maliyyəsi isə 7 min dollar olub.
 
"Təhsil xərcləri məndən...”
"Boxed” adlı oyun şirkətinin rəhbəri Chieh Huangın addımı isə olduqca fərqli olub. Belə ki, o,  işçilərinin daha çox öz uşaqlarının gələcəyi ilə bağlı narahatçılıq keçirdiyini hiss edib. Günlərin bir günü o, 1222 işçisinə heç gözləmədikləri bir anda bu açıqlamanı verib: "Neçə uşağınızın olmasının və onların xərclərinin nə qədər olmasının heç bir önəmi yoxdur. Onların bütün universitet xərcləri mənim üzərimdədir”.
Huang məhz bu hərəkətinə görə 2015-ci ilin ən yaxşı müdiri seçilib.

"100 milyon dolları bölüşün”
Single Platform adlı start-upın qurucusu və rəhbəri Viley Cerilli isə şirkətini sıfırdan qurub, 100 milyon dollara satıb. Özü heç bir pul almadan, bu məbləği işçiləri arasında bölüşdürüb. Bölmə zamanı işçilərin iş stajı, performansları da nəzərə alınıb. Maraqlıdır ki, ən yüksək məbləğ 1 milyon dollar, ən aşağısı isə 10 min dollar olub.
 
"Hər kəsə məndən ev, maşın, almaz...”
Almaz taxanların dünyanın ən varlı adamları, onu çıxaranların isə ən kasıb olmaları iqtisadi ədalətsizliyin ən böyük simvollarından biri sayılır. Ancaq Divalidə vəziyyət fərqlidir. Almaz şirkəti Divali bütün işçilərinə lotoreya ilə 570 maşın, 200 ev və 300-dən çox almazdan hazırlanmış ləl-cəvahirat hədiyyə edib. Üstəlik, bunun üçün xüsusi bir səbəb də olmayıb.
Hər şey pul, tətil deyil hər halda. Önəmli olan niyyətdir. Kiçik bir texnoloji şirkətin qurucusu olan Dan Rice və heyəti bir  Game of Thrones azarkeşi idi. Həm özünün, həm də heyətinin bu aludəçiliyini görüb, o, bazar ertəsi günü yayımlanan verilişi izləmək üçün ildə 10 gün (10 bölüm üçün) işə gəlməyi qadağan edib.


Şərhlər: 15
Baxılıb: 654
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
insAllah menede bele mudir nesb olar dancing
17 avqust 2015 19:52
# 15
Don't trust anyone ∆
vipbetul
ne yaxi demeki her kes hecde pulcun mubarize aparmir hemde butun gunu ilsemklede isleri qurmaq olmaz,gozel fikirlerdi
17 avqust 2015 15:48
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
Nə beş milyonlarla ver belə müdirdən 122 Şaka yapdım belədə yaxşıdır həyat çox puk insanı dəyişir

Sitat: aLoNe AnGeL
Nə beş milyonlarla ver belə müdirdən 122 Şaka yapdım belədə yaxşıdır həyat çox pul insanı dəyişir
16 avqust 2015 23:29
# 13
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
xeyalperest
heqiqeten sexavetliylermis.amma o qeder pul qazanmaq istemerem.yeni qazansamda ozume qalsin istemerem
16 avqust 2015 19:26
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
sadecə mən
Ay Allah bu müdirlərdən n qədər ver.

Ay Allah bu müdirlərdən n qədər ver.
16 avqust 2015 18:21
# 11
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Catwoman666
Allah bu müdirlərin canını sağ və sayını artıq eləsin 122 dua

...666...
16 avqust 2015 18:17
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
teri meri
belə müdirlərdən azərbaycana da vesin Allah düzdü bu böyük bir möcüzə olar
16 avqust 2015 18:03
# 9
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Cox yaxsi mudurlerdi.
16 avqust 2015 18:00
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
AYKA-ISI
bizde nerde....?
16 avqust 2015 17:14
# 7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
guler19
Nə qəşəng müdürlərdi. Sağ əli bizim müdirlərin başına Bizim müdirləri qoyasan elə rüşvət ala gözləri doymur.)))
16 avqust 2015 17:14
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Bu müdürlər fikir verdizsə Azərbaycanda deyil yəni boşuna ümüdlənməyin))) Amma insaflı olanları varsa qismət olar inşAllah))
redaktə edənə təşəkkür.
16 avqust 2015 16:50
# 5
BARBI
Bize bele mudirlerden nesib olmaz. Ancaq xesis mudurler duser bextimize
16 avqust 2015 16:45
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Narın Yağış
Mənim müdirim olmayacaq mən müdir olacam 23 inşAllah.. boş yerə bu şəhəri tərk etmirəm.. dönüşüm möhtəşəm olacaq 23 maraqlı xəbərə görə təşəkkürlər fialka xanım..
16 avqust 2015 16:31
# 3
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
İnci
Bele mudurden 5 dene ver
Goyde ucan quslara ver
Eli goyde qalmislara ver
Hesretini cekmislere ver
16 avqust 2015 16:17
# 2
Her gulusun arxasında bır keder vardır
Seher
Ne yaxsi müdürdü onan menim yoldasimda qismet olsun..
16 avqust 2015 16:14
# 1
1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz