Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli və işləyən qadınlara təkliflər
Evli və işləyən qadınlara təkliflər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 564
Səs ver:
İş həyatı, xüsusilə ənənəvi olaraq ev qadınlığı və analıq rollarını boynuna götürən qadınlar üçün bir var olma sahəsidir.
 
Amma həm iş həm də ev qadını olmaq asan deyil. Evliliyin ilk günlərində alına biləcək bir neçə tədbirlə, həm iş həm də sağlam bir evlilik həyatının reallaşacağına diqqət çəkərək qadınlara bəzi məsləhətlər veririk.

Qadın özünü kəşf etməyə, istedadlarını sınamağa, ictimai əlaqələrini inkişaf etdirməyə və iqtisadi azadlığını qazanmağa, bir işdə çalışaraq başlayır. Bu vəziyyət qadınların mükəmməl bir ev xanımı və ana olmaqlarını göstərmələri baxımından olduqca əhəmiyyətlidir.

Evlilik isə qadının iş həyatındakı mövcud vəziyyətinə, mövqesinə, həyat yoldaşı olmaq, ev qadını olmaq və analıq rollarının sıra ilə daxil olduğu, tam fərqli bir platformadır.

Xüsusilə evliliyin ilk illərində qadınlar, boynuna götürdükləri bütün rolları qüsursuz bir şəkildə "oynamağa" çalışarlar. Bu mövzuda bəzən özlərinə olduqca mərhəmətsiz davranaraq, mükəmməl bir həyat yoldaşı, ev qadını və iş qadını olmağa çalışa bilərlər. Bir müddət sonra, qadın özünə zaman ayıramamaqla, özü ilə əlaqədar istəklərini həmişə təxirə salmış vəziyyətə düşərlər.

İşləyən qadın, ətrafının ona yüklədiyi məsuliyyətləri tam mənası ilə yerinə yetirə bilmədiyinində, özünü bacarıqsız, müvəffəqiyyətsiz, heç kimə çata bilməyən biri olaraq görər. Tükənmiş, bədbəxt və tənha hiss edər. Bu duyğularla evinə və yoldaşına lazım olan marağı göstərə bilməz, iş yerində məhsuldarlığı belə düşər və özünü çarəsiz hiss edə bilər.

  İşləyərkən bir evliliyin reallaşması vəziyyətində, ilk günlərdə alına biləcək bir neçə tədbirlə bu problemlərin qarşısına keçilə bilər.

* Evli bir qadın, mütləq özünə vaxt ayırmalıdır. Müəyyən fasilələrlə rəfiqələri ilə bir yerə toplana bilər, onlarla söhbət mühiti yarada bilərlər.

* Həm iş yerində, həm də evdə ən yaxşı olmaq düşüncəsindən əl çəkərək, onun yerinə kifayət qədər yaxşı olmağı öyrənməlidirlər.

* Evdəki bütün vəzifələrini boynuna götürmək yerinə, həyat yoldaşı ilə birlikdə iş bölümü edərək üzərindəki vəzifələrini bilməlidirlər.

* Gün içərisində yaşanan müsbət ya da mənfi, bütün prosesləri həyat yoldaşı ilə paylaşa bilməli, fikir mübadiləsi aparmalıdır. Sağlam bir ünsiyyət, sağlam bir əlaqəni də özü ilə gətirəcəkdir.

* Evlilik daxilində qarşılaşılan hər hansı bir vəziyyət, cütlər tərəfindən həll edilə bilməmədikdə, professional bir kömək almaq düşünülə bilər.


Şərhlər:
Baxılıb: 564
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz