Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstedadlı insanların sirrləri
İstedadlı insanların sirrləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 663
Səs ver:
İstedadın düsturu
İstedad nə deməkdir? Adətən istedadlı insanlar barəsində danışılarkən belə deyilir: O, hər bir işi çox asanlıqla (yəni oynaya-oynaya) və eyni zamanda çox keyfiyyətli edir. Minlərlə insan əziyyət, zəhmət çəkməklə nəyə isə nail olursa, istedadlı insan çox asanlıqla (bir çırtma ilə) yenilik yaradır və mükafatlara nail olur. Psixomüdafiə maneəsini keçmək çətindir, lakin qeyri-mümkün deyil. Bunun üçün insan əvvəlcə həlli çətin olan bir məsələni öz üzərinə götürməli və məşəqqətli olsa belə, bu məsələni həll etməyə çalışmalıdır. Sonra qazandığı nəticədən qələbə enerjisi əldə edərək digər yeni uğurlara qədəm qoymalıdır. Beləliklə, uğur dalğası ilə insanda çoxlu stimul və enerji yaranır və nəhayət, o, daha mürəkkəb məsələləri həll etmək iqtidarında olur. Bütün bunların nəticəsində də insan öz istedadını kəşf edir.
     
İstedad = Ustalıq + Enerji
Özündə istedad təşkil edən hər bir şeyin, tərkibində onu yaradan şəxsin enerjisi yerləşir. Məsələn, təbii ki, qramofonlar anlaya bilməzlər ki, Lev Nikolayeviç Tolstoy hansı səbəbdən öz əsərlərinin üzünü bir neçə dəfə yazırdı. Axı o, artıq dünya səviyyəli yazıçıdır. Onun hər bir əsəri dərhal qəbul olunaraq çapa verilirdi. Yəni əsərlərini bir neçə dəfə yazmağa onun ehtiyacı yox idi. Lakin istedadın sirri məhz buradadır. İstedadlı yazıçı hər dəyişiklik etdikcə əsərə daha artıq və daha çox enerjisini yerləşdirirdi. Nəticədə enerjidolu əsərlər meydana gəlir və həmin bu enerji oxucuya, oxucudan da digərlərinə keçirdi.
İnsan nə etdiyindən asılı olmayaraq, onu ustalıqla etməli və öz enerjisinin üzə çıxmasına yardım göstərməlidir. Enerji kütləsinin üzə çıxması insan üçün ən xoş hiss olan məhz bu "ilham”dan qaynaqlanır.
Məşhur yazıçı Vladimir Voynoviç barədə belə bir maraqlı tarixçə söyləyirlər: Vladimir Voynoviç, müəyyən müddət Rusiyada yaşamış, sonralar Almaniyaya mühacirət etmişdir. Onun ən məşhur əsəri "İvan Çonkin”dir. Kifayət qədər məşhur olan 63 yaşlı bu yazıçıya günlərin bir günü natürmort bağışlayırlar. Onun xanımı həmin bu şəkli divardan asır. Voynoviç hər səhər bu şəklə baxanda burada nəyinsə çatışmadığını düşünürdü. Nəhayət, bir gün həmin şəkli götürərək onu rəngli qələm ilə dəyişməyə çalışır. O, şəkildə olan səhvi düzəldir. Həmin düzəlişdən özü də heyrətlənir. Gözlənilməz bu uğurlu nəticədən stimul alaraq, rəssamlığa aid lazımi alətlər alıb şəkillər çəkməyə başlayır. Qohumları bundan narahat olur, çünki o, yazıçı olmaq əvəzinə, rəssamlıq etməyə başlamışdı. Yaşla əlaqəli psixoloji dəyişikliyin baş verdiyini düşünən qohumlar psixoloqa müraciət edirlər. Psixoloq onun çəkdiyi şəkillərə baxarkən, onlardan birini almaq fikrinə düşür. Bir müddət keçdikdən sonra isə onun yaratdığı rəsm əsərləri Moskvada, Venada və digər yerlərdə sərgilərə qoyulur. Beləliklə, Voynoviç özündə olan bu gizli istedadı praktik olaraq aşkar etdikdə, onu dərhal inkişaf etdirir. Hal-hazırda isə o, dünyada məşhur rəssamlardan biri sayılır. Lakin bu rəssam, 63 yaşına qədər əlinə fırça belə almamışdı.
     
Həyat yolunu seçərkən insanın buraxdığı səhvlər:

Seçim etməməzliyi
Deyilənlər qeyri-adi görünsə də, insanlar bəzən həyat yolunu seçərkən bəxtəbəxt və ya təvəkkülün öhdəsinə buraxırlar. Yəni nə olar, olar... Nəticədə isə payız yarpağı kimi, düşünmədən və seçim etmədən həyatın keşməkeşli yollarına atılırlar. Məsələn, hər hansı bir ixtisası seçib instituta daxil olurlar: çünki tanışı belə məsləhət görüb. İşə düzəlirlər: çünki evinə yaxındır və s.
Nəyə görə yaşadığını soruşsan, bilmir!
     
Möcüzə gözləmək
İnsan həyatdan möcüzələr gözləyir və belə düşünür: bax, günü sabahdan hər şey dəyişəcək. Həyat mexanizmində elə bir dönüş olacaq ki, ətrafda güllü-çiçəkli baxçalar yaranacaq. Amma bu gün deyil... Tezliklə, çox tezliklə baş verəcək...
İnsan anlamalıdır ki, əgər güllü-çiçəkli baxça istəyirsə, ən azından onu əkməli və ona qulluq etməlidir.
     
Hədsiz işləmək
Elə insanlar da var ki, gecə-gündüz işləyir, lakin nə istədiyini özü də bilmir. Onlar çox zaman iki işə düzəlir, əlavə saatlarda da işləyirlər. Bütün güclərini, enerjilərini və sağlamlıqlarını özü də bilmədiyi sonsuz bir işə qoyurlar. Daha sürətlə və daha tez işləyirlər. Dincəlməyi, xəstələnməyi özlərinə yasaq edirlər. Nəhayət, təqaüd vaxtı gəlib çatdıqda, əldən düşmüş halda olurlar: nə sağlamlığı, nə bir sevdiyi insan, nə də həyatında sevinc hissi tapır.
     
Özünü kiçiltmək
İnsan bəzən belə düşünür ki, həyatda ondan asılı heç nə yoxdur. Artıq hər şey müəyyənləşib, heç nəyi dəyişmək mümkün deyil. Onun fikrincə, oturmaq və heç nə etməmək daha müqabildir. Bu fikirlə insan özünü kiçildir və dəyərsizləşdirir.

Bütün işlərdə təqsirkar tapmaq
Hər hansı bir uğursuz işdə təqsirkar tapmaq çox asandır. Bir çox hallarda təqsirkar axtaran insanlar, adətən, günahı öz valideynlərində görür. Valideynlərdə olan dahiliyin, bacarığın genetik yolla keçməməsi və ya keçsə belə, məktəbin onları məhv etməsi, uşaqlığının çətin keçməsi, ətraf mühitin təsiri və nəticə olaraq rejimi təqsirkar bilməsi, axtarış etmək istəməyən "insan”ın daim istifadə etdiyi bəhanələrdəndir.
     
Mən heç nə bacarmıram
İnsanın digər bəhanələrindən biri də, onun tez-tez işlətdiyi məhz "bacarmıram” fikridir. Diqqət etsək, görərik ki, bu kəlmə, insan üzərindən məsuliyyəti tam götürən bir ifadədir.
     
Həyatı mənasız hesab etmək
İnsan bu həyatda bir çox ağır problemlərlə qarşılaşır və düşünür ki, həyat qəddar və mənasızdır. Onun ən böyük səhvlərindən biri də məhz budur.
     
İnsanın öz həyat yolunu seçərkən etdiyi düzgün hərəkətlər:

Daxili azadlıq hissi
O insan ki, həyatının sükanını özü idarə edir və həmin sükan məhz onun öz əlindədir, həmin şəxsdə işlər çox yaxşı gedir. Belə ki, həmin şəxs istədiyi vaxt öz fikrini çəkinmədən söyləyir, hətta onun fikirləri digərlərindən fərqli olsa belə, bu onu heç də narahat etmir. Bir qrup insanlar birləşsələr belə, onu öz fikrindən daşındıra bilməzlər.
Bu cür insanlarda, kiməysə məcburi dözmək hissi də olmur. Çünki belə insanlar həyatlarını yaşadıqca, dözülməyəsi insanları artıq yol boyu arıtlayır. Yəni, onlar kiminsə təsiri altına düşüb, öz həyatlarının sükanının idarəsini dəyişməzlər.
     
Daxili rahatlıq
Bu cür insanlar nəinki dondurma yeyərkən, hətta avtobusa vaxtında çatdıqda belə, ürəklərinin dərinliklərində şadlıq hissi keçirirlər. Yəni, sevinməyə, şadlıq etməyə və bunun vasitəsilə də ruh yüksəkliyi yaratmağa bəhanə axtarırlar. Onlarda baş verən heç bir uğursuzluq bu şadlıq hissinə mane ola bilmir.
     
İnsanın özü ilə dostluğu
İnsanın özü ilə dostluğu vacib anlamdır. Yəni, insan dincəlmək istədikdə bunu mütləq etməlidir. Çünki bu dinclik, məhsuldar işin və həyatın davam tapmasına səbəbdir.
     
Həyatı olduğu kimi qəbul etmə
İnsan hər hansı bir işi gördüyü zaman, onun ərsəyə gəlməsi üçün böyük zəhmətlər çəkir, məqsədə çatmağına çox az qalmış yolda sıldırım bir qayaya rast gəlir... İrəli addımlamağa heç bir imkan yoxdur...
Əgər belə bir sıldırım qaya çayın qabağını kəssəydi, nə olardı? Çayın sürətli axını qayanı dolanıb keçər, bu yolla mümkün olmasa da, özünə başqa yol tapar... Yəni, həyat davam edir və çay hər bir maneəni aşaraq öz sularını axıdır...
     
Hər gün olduğu kimi, bu gün də bayramdır!
Bu gün isti bir çörək ətrinin bayramıdır. Yaxud mülayim küləyin və ağacların yellənməsinin bayramıdır. Bu gün xoş ünsiyyət, təmiz hava və ya şən bir yağış bayramıdır. Bundan gözəl bayram ola bilərmi? Yəni siz yaşayırsınız, bayram üçün bu kifayət deyilmi?!
İnsan yaşamaqdan qorxmamalı, uğursuzluqdan məyus olmamalıdır. Bacara bilmədiyiniz işə bir daha cəhd edin. İnadkarlıqla nəticə əldə edəcəyinizə əmin olun. Çünki uğursuzluq qorxutmaq üçün deyil, möhkəmlənmək üçündür!
     
İnsandakı istedad 50 kq qızıla bərabərdir
Bu həqiqətən də belədir. İstedad çox dəyərli xüsusiyyətdir. İstedadlı insanlara cəmiyyətin daim ehtiyacı var. Əgər bu insanlar öz yetənəkləri ilə qazanc əldə etməyi öyrənsələr, o halda onlar həm maddiyat, həm də azadlıq əldə edərlər. İnsan ona verilən bacarıq çərçivəsində hər şey etməyə qadirdi. Bu səbəbdən də istedadı inkişaf etdirib, asılılıqdan azad olmaq lazımdır.
Uca Tanrının yaratdığı hər bir insan istedadlıdır. Lakin insanlar bəzən onların daxilində hansı istedadın məskunlaşdığını duya bilmirlər. Bu çox tipik situasiyadır. Çünki insan ilk öncə özünü tanımalı, necə qüdrət və əzəmət sahibi olan bir Varlıq tərəfindən yaradıldığını bilməli və özünü ucuz görməməlidir. Bunun üçün də öz daxili aləminə diqqət yetirməli, öz üzərində işləməli və Uca Yaradan tərəfindən ona pay verilən istedadları kəşf etməlidir. Yalnız bu zaman həmin istedad çiçəklənəcək və parlayacaq. Əsas odur ki, nəyə meyill olduğuna diqqət yetirilsin və həmin istiqamətdə axtarış aparılsın.


Şərhlər:
Baxılıb: 663
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz