Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mükəmməlliyyətçi insanlar
Mükəmməlliyyətçi insanlar
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 600
Səs ver:
Mükəmməlliyyətçi kəslərin yaxın əlaqələrdə gözləntiləri yüksək olduğu üçün tez-tez xəyal qırıqlığı yaşayırlar.

İş həyatında çox məsuliyyət boynuna götürdükləri və həddindən artıq çalışdıqları üçün ailələrinə kifayət qədər zaman ayırmır və problemlər yaşayırlar. Belə insanlar ən kiçik bir tənqidə görə belə pis olur və günlərlə bu haqda düşünürlər. Müvəffəqiyyətsizlik zamanı çox asan depressiyaya girirlər. Çox mübahisə edirlər. Riskə getməyi sevmədiklərindən risk tələb edən vəzifələrdən qaçırlar.

Mükəmməlliyyətçilik dediyimiz şey nədir?  
Mükəmməlliyətçilik qüsursuzluğa çatmaq üçün səy göstərməkdir. İdeala çatmağa çalışmaq, heç bir səhvə yol verməməyi arzulamaqdır. Bu cür insanların yüksək hədəfləri olur. Bu hədəflərə çatmaq üçün həddindən artıq səy göstərirlər. Çata bilmədikləri zaman böyük bir xəyal qırıqlığı yaşayırlar.

Daha çox qadınlar, yoxsa kişilər mükəmməlliyyətçi olur?
Qadınlarda kişilərdən daha çox rast gəlinir.

Ailədə bu cür insanların olması ailənin digər üzvlərinə təsir edirmi? Valideynlərin mükəmməlliyyətçi yanaşmaları təsir göstərir. Uşaq ana və atadan biri mükəmməlliyyətçi olduğu zaman onu təqlid edə bilər. Bundan əlavə, uşağı həddindən artıq sıxan və təzyiq göstərən ailələrdə də zaman keçdikcə mükəmməlliyətçi bir övlad formalaşır. Uşağın ana və atası tərəfindən təriflənməsi onun özünü rahat və güvəndə hiss etməyinə səbəb olur. Valideynləri tərəfindən səhvləri, əskikləri davamlı olaraq gündəmə gətirilən uşaqlar çatışmazlıq duyğularını aşa bilmək üçün qüsursuz olmağa səy göstərirlər.

Həddindən artıq tənqid hədəfi olan insanların mükəmməlliyətçiyə çevrilmə ehtimalı varmı? Davamlı tənqid olunan insanlar özləri ilə əlaqədar həqiqi sərhədlərə sahib deyillər Tənqid çox olduğu zaman nəyi yaxşı edib, harada çətinlik çəkdiklərini, harada dayanmaları gərəkdiyini və nə vaxt dəstəyə ehtiyac duyduqlarını ayıra bilmirlər. Tənqid olunmamaq üçün daha qüsursuz davranmağa çalışırlar.

Mükəmməlliyyətçi insanların bu cür olmalarına səbəb özgüvən əskikliyi ola bilərmi? Bu cür insanların özünə inam duyğusu müvəffəqiyyətləri ilə düz mütənasibdir. Müvəffəqiyyətli olduqları zaman özlərini güvənli hiss edirlər. Müvəffəqiyyətsiz olduqlarında isə güvən duyğusu dərindən sarsılır. Müvəffəqiyyətli olmaq üçün yeni hədəflər seçməyə və onu ən yaxşı şəkildə həyata keçirməyə çalışırlar.

Mükəmməlliyyətçi insanlar ən çox nədə problem yaşayırlar?
Xüsusilə yaxın insanlarla münasibətlərdə gözləntiləri yüksək olduğu üçün tez xəyal qırıqlığına uğrayırlar. İş həyatında çox işlədikləri üçün daim məsuliyyəti öz boyunlarına götürürlər. Bu da özlərinə və ailələrinə kifayət qədər zaman ayırmamalarına səbəb olur. Ailə daxili problemlərə və həddindən artıq yorğunluğa səbəb olur.
Öz düşüncələrinə uyğun davranılmasını gözlədikləri üçün bu belə olmadıqda insanlarla mübahisə edirlər. Adətən dürüst olmaq üçün, özlərinə aid heç bir şeyi gizlətmirlər. 'Bunları bil, məni belə qəbul edirsənsə et" mesajı verməyə çalışırlar. Bu şəkildə qarşısındakı insanla problem yaşamağın qarşısını aldıqlarına inanırlar. Eyni dürüstlüyü qarşısındakı insanlardan da gözləyir və dürüst olmaq üçün onlara daim təzyiq göstərirlər.

Evliliyə necə təsir göstərir?
Yaxşı bir həyat yoldaşı olmaq və ideal bir ailə anlayışı insanın problemləri görməməzlikdən gəlməsinə səbəb olur. Limitlərini zorlayır, lakin bunun fərqinə varmır. Bir müddət sonra isə yorğunluq, bezginlik və bədbəxtlik yaşanır. Eyni vəziyyət uşaqlarla əlaqələrində də mövcuddur. Onun fikrincə övladı sakit, söz dinləyən, problem yaratmayan və müvəffəqiyyətli olmalıdır. Öz zehinində formalaşdırdığı uşaqla, realda mövcud olan fərqli olduqda özü nələrisə dəyişməyə və müdaxilə etməyə başlayır.

Mükəmməlliyyətçilik müalicə tələb edirmi?  
Mükəmməlliyyətçi insanın gündəlik həyata uyğunlaşmasını çətinləşdirən bir tərəfi vardır. Bu baxımdan müalicə lazımdır. Uyğunlaşmasız mükəmməlliyyətçilik depressiya, qidalanmada pozuntular, əsəb, insanlarla münasibətlərdə müxtəlif problemlər yaradır.

Müalicəyə cavab verirmi?  
Müalicəyə çətinliklə uyğunlaşırlar. Adətən tez-tez terapist dəyişirlər. Bunun üçün hər zaman özlərinə xas bir səbəbləri olur. Problemin özlərindən qaynaqlandığını görməkdə çətinlik çəkirlər.


Şərhlər: 8
Baxılıb: 600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Mukemmelicilik her seyin en gozeli en usdun seviyyede olmasi menge bir xesdelik deyil en gozel xasiyyedi her kes mukemmel olmalidi oz ishindeki her zaman uqurlar elde ede bilsun
11 iyun 2015 19:09
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
maraqli yazidir,TWK
8 iyun 2015 16:12
# 7
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Antikvar
Can Güliçka məndə sənin günündəyəm)Amma boşuna vallah biriylə bacarasan,ikisiylə bacarasan,toplumla bacarmaq qeyri mümkün.Bəzən birində çox böyük səhf tuturam deyirəm ,amma mənə xeyrdən çox ziyanı olur,arada pis olan mən oluram, sırazı yapışıram günlüyümə içimi ancaq ona boşaldıb yazmağa.Günlərdi kədərli oluram,həmən situassanın üstəsindən çətin çıxıram.Hətta yoldaşım belə mənə dəfələrnən deyib sənin xarakterin indiki zamanın insanları üçün deyil,boşu boşuna özünü yorursan amma neyləmək olar xarakteriki,dəyişdirmək mümkün deyil...Dürüst,ədalətli,qəti qərarlı,sözünün arxasında qalan insanlar mənim adamımdı.Yoxsa sözü ön olmayanları məndən uzaq gəzsələr yaxşıdı)
Belə xasiyyətdən qurtulanlar çarəsini mənədə desinlər çünki insanın beynini yormaqdan başqa xeyri yoxdu..
7 iyun 2015 17:49
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
Bu cür insanların yüksək hədəfləri olur. Bu hədəflərə çatmaq üçün həddindən artıq səy göstərirlər.

cox duzgundur men de beleyem cunki. men idealam ve ideal olmaliyam!
7 iyun 2015 17:45
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Miss_Oxatan
mende var elametleri mukemmeliyyeciliyin.cox zaman isanlari qusurlari ile qebul etmirem,cox uzadiram sohbeti.ancaq daha cox ozume tesir edir,cunki,teklikde,niye beledir deye neqativ dialoqlar qururam ozum ozumle.beynim wiwir icimde daniwmaqdan.cox istiyiremqurtulmaq ama nece bilmirem.
7 iyun 2015 17:28
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ALESSANDRA
mən heç vaxt mükəmməliyyətçi insan olmağa çalışmamışam! çenki həyatda hamı səhv edə bilər..belə boş-boş şeylərlə vaxt aparmağa dəyyməz...əylənmək lazımdı...
7 iyun 2015 16:57
# 3
Don't trust anyone ∆
BARBI
Bu xususiyyet mende de var . Zaman kecdikce tergitdim. Hec kime bir faydasi yoxdur eksine ziyandir. Unutmamaq lazimdir ki hec kim mukemmel deyil .
7 iyun 2015 16:24
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Belə məqalə maraqlı oldu çünki öz xüsusiyyətlərim çox idi mükəmməlliyyətçiliyə yaxın nəyə görə yaxın çünki həddi aşmıram heç vaxt ən çox bu cümlə tamda məni xarakterizə edir) Çünki dürüstlük insanda ən önəm verdiyim şeydir əgər yoxdursa orda deməli tam deyil hər şey yarımçıqdır. Yarımçıq olan bir şeydə məni xoşbəxt etməz) Mən xoşbəxt olmasam da qarşımdakı heç olmaz))

Adətən dürüst olmaq üçün, özlərinə aid heç bir şeyi gizlətmirlər. 'Bunları bil, məni belə qəbul edirsənsə et" mesajı verməyə çalışırlar. Bu şəkildə qarşısındakı insanla problem yaşamağın qarşısını aldıqlarına inanırlar. Eyni dürüstlüyü qarşısındakı insanlardan da gözləyir və dürüst olmaq üçün onlara daim təzyiq göstərirlər.
7 iyun 2015 16:16
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz