Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menecer sindromu
Menecer sindromu
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 452
Səs ver:
Ofis işçilərinin 85%-i qeyri-stabil iqtisadi zamanlarda stress keçirirlər. Psixoloqlar bunun səbəbini qeyri-müəyyənliklə əlaqələndirirlər.

Maliyyə vəziyyəti ilə bağlı mənfi proqnozlar top-menecerlərlə yanaşı, orta qism ofis işçilərinin də narahatlığına səbəb olur. Hətta ən səbrli və təmkinli insanlar yaxınlaşan maliyyə fəlakəti səbəbindən özlərindən çıxa bilirlər. Stress zamanı isə orqanizm adrenalin aktivliyi yaradır ki, bu da apatik vəziyyətə səbəb olur. İqtisadi çətinliklər insanların sağlamlığına təsir göstərir.

Bu səbəbdən "Menecer sindromu” diaqnozu ilə son dövrlər daha çox rastlaşırıq. Bu, xroniki yorğunluq sindromudur. Xroniki stress fonunda şəxsiyyətin kasadlaşması prosesi gedir, işgüzar adamın imkanları zəifləyir.

"Menecer sindromu” daha çox 30-50 yaş arası ofis işçiləri arasında görünür. Əsasən də qadınlar bu sindromdan əziyyət çəkirlər.

Psixoloqlar hesab edirlər ki, məsələnin kökündə reallıqdan qaçmaq problemi dayanır. İnsanlar tamamilə işə yüklənirlər. Bunu karyera yüksəlişi üçün deyil, ailə və digər problemləri həll etmək üçün edirlər. İşlərini elə planlaşdırırlar ki, bir dəqiqə də boş vaxtları olmasın. Həkimlər isə deyirlər ki, effektiv iş yalnız mütəmadi fasilələrlə mümkün olur.

Bu sindromdan yayınmaq üçün çalışın, evdə də üzərinizə iş götürməyin. Daha çox vaxtınızı təmiz havada keçirin. İmkan daxilində gəzinti zamanı mobil telefonu söndürün.

Ən əsası isə, emosional vəziyyəti normallaşdırmaq və daha çox pozitiv emosiyalara yüklənmək lazımdır.


Şərhlər: 4
Baxılıb: 452
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
iqtisadi cetinlik kime psixoloji menevi ziyan vurmazki
18 may 2015 00:58
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Stress bütün peşələrdə var ancaq çalışmaq lazımdır ki, vaxtını düzgün şəkildə böləsən))
17 may 2015 17:16
# 3
Miss_Oxatan
Eledir,bele insanlar var,hedden artiq titiz olmaqda bir wey deyil,ele insanlar ele zenn edir ki,bir deqiqe iwden bawqa ayri bir wey fikirlewse iwi ve kariyerasi yox olar.bu da cox kecmez urek ya da eseb xesteliklerine sebeb olar.insan ozune zaman ayirmalidir,istirahetine ve ailesiyle zaman kecirmelidir,her wey bir yere qeder.
17 may 2015 16:28
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Bu kimi xesteliklerin esas sebebi stresdir. Ona gore mumkun qeder stresden uzaq durmaliyiq
17 may 2015 16:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz