Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müəllimlik şərəfli peşədir
Müəllimlik şərəfli peşədir
Göndərən: ismayilova ulker
Şərhlər: 19
Baxılıb: 4686
Səs ver:
Az qala şüar kimi səslənən bu sözü eşitməyən insan olmaz. Boşuna deyilməyib bu söz.
Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə də birnicisi, müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl vətandaş, əsl İnsan yetişdirməsidir.

Hər bir vicdanlı müəllim öz xoş hərəkəti, münasibəti, təmiz əxlağı, nümunəvi davranışı, savadı ilə qarşısındakı — həyata yeni qədəmlərini qoymuş 6 yaşlı uşağın valideynlərindən sonra ilk nümunə götürə biləcəyi insandır.  

Müəllimlik sənətinə adicə peşə kimi baxanlar bu sənətin necə vacib, ali sənət olduğunun fərqində deyillər.  Hətta bəzi müəllimlər belə anlamırlar ki, onların peşəsinə qarşı olan məsuliyyəti, ətraf aləmdə baş verən hadisələrə münasibət və fikir bildirmələri, davranış və hərəkətləri, qarşısında oturan uşağın, yeniyetmənin, gəncin xarakterinə, həyata baxışına mütləq mənfi və ya müsbət təsir göstərir, yaddaşında qalıcı izlər buraxır.

Hər birimizi dindirsələr, məktəbimizdəki müəllimləri 2 qrupa:  Yaxşıya və pisə ayırarıq.
Yaxşılarından necə gözəl tərbiyə götürdüyümüzə, onların bizə xoş münasibətinə görə keçdiyi dərslərin bizimçün əhəmiyyətinə varmadan belə, sırf o müəllimi sevdiyimizə görə, o dərsi necə sevərək oxuduğumuza, hərəkətləri və xasiyyətinə görə, o müəllimlərə bənzəməmizə dair də misal çəkə bilərik. Və yaxud əksinə, şagird və tələbəsinə xoş davranmayanlara, bəzi şagirdlərindən «istifadə etmək» məqsədilə yanaşanlara, «səndən oxuyan çıxmaz», «avara olacaqsan» və s. bu kimi həvəsdən salan, qarşısındakını bir şəxsiyyət kimi davranmayan müəllimlərin hesabına onun verdiyi dərsdən belə soyuyan, o fənni müəllimə görə öyrənməyən uşaqların olduğunu da görərik.
 
Son zamanlar təhsil müəssisələrimizdəki müəllimlər uşaqlara savad, bilik öyrətməyi belə yadırğayıblar. Özəl olaraq şagirdlərə evlərdə keçirilən hazırlıq dərslərindən həmən repetitor müəllimlərin məktəbə ancaq dincəlmək üçün gəldikləri kimsəyə sirr deyil.

Belə sıx qrafiklə işləyən o müəllimlər məktəbdə onlara ehtiyacı olan uşaqlara nə verə biləcək?
 
Həyatı, insanlığı, dünyagörüşü artırmaqdan danışmağa, ən əsası, öz dərsini belə keçməyə həvəsi, halı qalmayan müəllimdən o şagird nə öyrənə biləcək?

Belə müəllimlər cəmiyyətimizə necə sağlam düşüncəli, tərbiyəli, insani keyfiyyətləri özündə ehtiva edən İNSAN verə bilər ki?..
 
Avtobusda, metroda rastlaşdığımız, özünü apara bilməyən bəzi gənclər, mağazada qarşılaşdığımız mədəniyyətsiz satıcılar, hər hansı idarə və müəssisədə görmək istəmədiyimiz bürokrat, savadsız məmurlar belə müəllimlərin "əsəri" deyilmi?

Insanın özündən də çox şey asılıdır, düzdür. Bunları deməklə bütün neqativ halları müəllimlərə yükləmək deyil niyyətim. Amma razılaşaq ki, müəllimlərin də fərdin şəxsiyyət, insan kimi formalaşmasında təsiri az deyil. Və 6 yaşından başlayaraq bir uşağı həyata hazırlayan müəllimin özü cəmiyyətin kamil, yüksək təbəqəli ziyalısı olmayacaqsa, onun tələbəsindən də cəmiyyətə xeyirli bir vətəndaş olmayacaq.

Həyatda qazanc dalınca qaçmaqdan daha da gözəl işlər var, əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər: İNSAN yetişdirmək kimi.
Hərdən parta arxasında oturan o kiçik yaşlı uşağa şəxsiyyət kimi baxın. Unutmayın ki, bu gün ona təmənnasız verəcəyiniz, öyrədəcəyiniz elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməllər, bir vaxt olacaq sizə qayıdacaq. Mütləq qayıdacaq…


Şərhlər: 19
Baxılıb: 4686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aytil
serefli pese olsada men sevmirem
15 aprel 2015 11:44
# 19
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
efsane..
bu yasima kimi gorduyum yaxsi muellimler cox azdi ele pislik muellimler gormusemki bu ada tamamile lekedirler mektekde muellimlerden cox cekdim indide universitetde cox cekirem hetta universiteti bele atmaq istedim ama ki valideynlerimin eziyyetine gore zorla dayanib dozdum sukur ki qurtariram sexsiyyetlerini leyaqetlerini pula satanlari gordum muellime olmaliyam ama ki artiq hevesim qalmayib heqiqetende pis haldi bilirem amaki muellime adi gelende ozumu narahat hiss edirem
30 mart 2015 10:52
# 18
sima
mualime cooxx cetin pewedirrr sebr dileyilremmm 19

putun muelimelere
29 mart 2015 20:06
# 17
23.09 25.09 melek melek melek
Luna-90
Hec sevmediyim pesedi hekim ve muellime.qaynanamda azdili edebiyyat muellimesidi.
29 mart 2015 19:52
# 16
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
nayino
Geleceyin muellimesiyem.Insallah yaxsi olacaq her sey.Bezi muellimlerimin mene etdiyi haqsizliqlari men sagirdlerime etmiyecem 28
29 mart 2015 19:46
# 15
leyla_258
mence ele deyil.
29 mart 2015 18:44
# 14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Catwoman666
muellimlik.serefli, mesuliyyetli pesedir. amcaq her kes esl muellim adina layiq deyil. teessuf olsun ki savadsiz, isine laqeyd yanasan muellimler de coxdu!
29 mart 2015 18:33
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Muellim boyuk və şərəfli addı, lakin hər muellim buna layeq deyil...Uzağa getməyib oz muellimlərimdən deyəcəm...2 yerə bolunur bizim muellimlər...eləsi gəlir normal dersin kecir yan ki, halal pulun alır,amma eləsi var ki, ders kecməməyi bir yana gelib bizlə elə mənimlədə dava edir ,qiymətimi kəsir ki, niyə mənim yanıma gelmirsən hazırlıqa.?! Axı sən məni oyrədə bilmirsən sən hələ sinifdə normal ders kecə bilmirsən...! Qaldı ki, usağın terbiyyəsinə oxumaqına o valdeyindən aslıdı...Yazılanarı oxudum və qızlardan bir yazım ki, valdeyinlər bir-birlərin bəhıznə usaqların oxudular...qonşunun usağı getdi mənim ki qaldı...Xeyr siz səhv başa duşursuz...hec kim bəhəz etmir..artıq hərkəs oxumaq həvəsindədi...ve valdeyin usağına guvənməsə pulunu havayı yerə verməz muellimə...əgər bəhəzdisə onda o usaq qalmasın ki, hazırlıqa getməin bu saat bayır doludu avara oğlanarla ev doludu ailə qurmaq istəyən qızla .... yani burda bəhəz deylən bir şey yoxdu...İnsallah allah qismət eliyə məndə olam..
29 mart 2015 17:57
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Müəllimlik şərəfli peşədi.Amma bəzi şərəfsizlərdə malesef gedib müəllim olurlar. Onlara uje nifret edirəm! Bizim məktəbdədə var o dırnaq arası müəllimlərdən..Mənim mama da müəllimədi (ingilis dili) çox şükürkü şagirdləri onu çox sevirlər yəni o dırnaq arası müəllimlərdən deyil bunu mən yox şagirdləri deyir. Amma mən müəllim olmaq istəmirəm.Səbəbin bilmirəm..Nəysə təşəkkürlər
29 mart 2015 17:37
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
ayan97
Muellemlik evvele mr hec sevmirdim amma indi usaglari gorurem sevgim artir, ozumu savadli muellem kimi gorurem gelecekde cunki usaglari cox sevirem ve severek oyredeceyime eminem. Duz qeyd olunub muellimlik iki yere bolunur. Indi gedib pul verib ele muellem olurlarki kefin beyensin. Gerek o adi qoruyasan. Insallah layiqice muelleme olacam.

Muellemlik evvele mr hec sevmirdim amma indi usaglari gorurem sevgim artir, ozumu savadli muellem kimi gorurem gelecekde cunki usaglari cox sevirem ve severek oyredeceyime eminem. Duz qeyd olunub muellimlik iki yere bolunur. Indi gedib pul verib ele muellem olurlarki kefin beyensin. Gerek o adi qoruyasan. Insallah layiqice muelleme olacam.
29 mart 2015 17:12
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Dosta_inam
Muellimlik gozel pewedir.men de riyaziyyat muellimesiyem.ancaq iwlemirem.Hal hazirda Rusiyada yawadigima gore.inwaallah sag salamat vetenime donersem.iwlemeyi planlawdiriram.qizlar demiw her pewenin savadlisi da var savadsizida.tek muellimler deyil uwaqin terbiyyesinde valideynin de rolu boyukdur.tewekkur
29 mart 2015 16:56
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
IndkI zamanda bazi muellimler o ada lekediler
29 mart 2015 16:35
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Yenə başladılar müəllim belə,elə,bəli müəllimlik şərəfli peşədi bunu danılmazdı,qaldı iki qurupa ayrılmağına o savadsız,işinə səhlənkar yanaşan,savadsız bu bütün peşələrdə var,bunun təkcə meəllimliklə əlaqəsi yoxdu,qaldı indiki uşaqların tərbiyəsinə tək məktəbin üzərinə atmaq düzgün deyil,bu gün məktəb valideyn iş birliyi var,yəni valideyn də uşağının tərbiyəsində rol oynamalıdır, 5-6 saat məktəbdə olursa qalan vaxt da evdə olur,müəllim uşağa sadəcə məktəbdə cavabdehdi,qalan vaxtını səmərəli və ya qeyri əişlərlə məşğul olursa bu valideynin məsuliyyətsizliyidir,bir valideyn uşağını avara böyüdürsə məktəb neynəsin?valideyn tanıyıram ki,uşağını başından etmək üçün məktəbə göndərir,kiminsə uşağı savadlı olursa onu özündən bilir, savaddız olanda müəllimdən,heç kim yaddan çıxartmasın ki hər kəs bu gün hansısa peşiyə,ixtisasa yiyələnibsə bu onun deyil də,müəllimin,məktəbin verdiyi savaddı,analar istirahət edəndə,müəllim boğazı qovuşa-qovuşa dərs başa salır.Qaldı müəllimin uşaq hazırlaşdırmağına bu da yenə dövlətin öz problemidi,yaxşı maaşı olsa nəyinə lazımdı başını-beynini yorsun,+ valideynlər bu gün bir-birlərinin bəhsinə uşaqlarını hazırlığa qoyur,filan qonşunun uşağı getdi,bizimki qaldı.Yəni uşaq istiyir hazırlığa getməsin,özü oxusun,burda müəllimin məcburiyyyəti yoxdu.Yəni hər peşədə yeri səhv düşmüş insanlar var.Ona qalsa savadsız həkimi də var, mühəndisi də var,jurnalisti də var.
29 mart 2015 16:35
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Brilliantam
Ixtisasim muellimelikdir,ama universiteti bitirdikden sonra hec islememisem,yoldasim deyir 40 yasindan sonra isleyersen.((((
29 mart 2015 16:29
# 6
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Fialka
Uşaqların tərbiyyəsində valideyndən sonra ilk növbədə müəllimənin rolu böyükdü sənə bir çox ilkləri öyrədən o olur ancaq sadəcə adı müəllimə olub savadı olmayanlarda var ..
29 mart 2015 16:15
# 5
Nezka
Müəllimliyə səbr lazımdır və məndə də səbr yoxdu
29 mart 2015 16:15
# 4
İçimi görsən mənə aptek alarsan.
arzum-aysum
men de muellimeyem, xarici dil muellimesi. amma islemirem
29 mart 2015 16:11
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
my_angel
Beli,müellimlik şerefli peşedir.Ancaq müellim olmaq istemezdim...Allah bilen meslehetdi.....
29 mart 2015 16:03
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Muellimlik en sevmediyim pesedir . Teesufki hal hazirda coxu muellimler ne ders oyretmir sadece vaxtini heder yere kecirib evine gedir bele muellimden nece savadli sadird yetisdirile biler.
29 mart 2015 16:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz