Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda oğlan və qızlar daha çox hansı ixtisasları seçirlər?
Azərbaycanda oğlan və qızlar daha çox hansı ixtisasları seçirlər?
Göndərən: Wiyinka
Şərhlər: 22
Baxılıb: 8284
Səs ver:
Azərbaycanda oğlan və qız abituriyentlərin daha çox hansı ixtisaslara meyl etdikləri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox "Riyaziyyat, fizika və mühəndislik" (I qrup) və "İqtisadiyyat və idarəetmə" (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71,46, rus bölməsində isə 78,52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib: "Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir”.

Komissiyadan bildirilib ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir: "Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri texniki ixtisaslar qrupunda plan yerlərinin nisbətən çox olmasıdır. Ümumi qəbul planının 31,75 faizi I, 28,89 faizi isə II ixtisas qrupunun payına düşür. Digər səbəb isə I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır”.

TQDK-dan bildirilib ki, statistik təhlillərə əsasən, I ixtisas qrupunun abituriyentləri əsasən bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Nəticənin aşağı olmasının başqa bir səbəbi bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır. Bu da abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt sərf etməyi tələb edir.

Orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi, "İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın əsasən şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi digər regionlardan fərqli olaraq yüksəkdir: "IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki, burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar daha çox idman ixtisaslarına meyl edirlər”.


Şərhlər: 22
Baxılıb: 8284
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
men muhendislik isteyirem
21 dekabr 2015 16:29
# 22
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
SENI SENSIZ SEVDIM
Men Jurnalist olmaq isteyirem(3 ay qalib,Inwallah)
1 may 2015 00:02
# 21
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
vipbetul
her fakulte uzre secilmek isdeyerler
11 mart 2015 02:28
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
IV qrup hekim olacagam Inwallah gelecekde 128 128 128
3 mart 2015 18:04
# 19
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
SENI SENSIZ SEVDIM
3 cu qrup ;Huquq,Tercumecilik,Jurnalistika ,yaxud Inglis dili muellimliyi-bunlardan birini sececem ,baxacaq balima
3 mart 2015 18:01
# 18
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Aysel Tatli
Allah arzusunda olanlara qismet elesin
2 mart 2015 21:06
# 17
leyla_258
tesekkurleeeeeeer
2 mart 2015 11:37
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
lili)
menim oqlusun 2 qrupa hazirlasir insallah o sevinci yasayariq balam daxil olsun
2 mart 2015 08:27
# 15
kama99
tam raziyam.bizim mektebdede 3cu 4cu qrub ucun oglan tapmaq demey olar ki mumkun deyil oglanlar anca 1,2 qrupalara verirler esasende 1.cunki kecid bal azdi hemde texniki fenler var.qizlarda 3 ele men ozumde 3cu qrupam
1 mart 2015 18:49
# 14
BARBI
Mence xanimlar daha cox muellimelik senetini secirler kisilerse zennimce iqdisadiyyati secir
1 mart 2015 18:33
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Ugur olsun her kese
1 mart 2015 18:25
# 12
Qelbim doludu !!!!
xeyalperest
Mende 4de hazirlaşiram ATU gozde gelecem İNŞALLAH
1 mart 2015 18:05
# 11
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
qanadli melek
Oxumaq isteyenlere ugurlar
1 mart 2015 17:48
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
guler19
oxumaq gozeldir. oxumaq nitqi danişığı davranışı duzeldir. Oxumaqla qazanirsan itirmirsen.
Rebbim her kese arzusunda olanlara gozel oxumağı istediyi peşəni seçməyi qismet etsin amin
1 mart 2015 17:29
# 9
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Glamurka Nemiska
Men ll qrupa hazirlasiram hal hazirda bu il inwAllah icinde men qariwiq butun abituriyentler qebul olsun
1 mart 2015 17:27
# 8
#Narminintheskywithdiamonds
Qlamurr
Kim hansı ixtisasa yiyələnmək istəyirsə,inşallah arzusuna çatar...
1 mart 2015 17:21
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
Allah her kese qismet elesin.hec kesin arzusu ureyinde qalmasin
1 mart 2015 16:46
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
ece uslu
butun abituriyentlere ugurlar allah hec kesin eziyyetini bowa vermesin
1 mart 2015 16:43
# 5
Nergizz
indi uwaqlar en cox 1 qrup istyrler,menim qizimda 3 qrupa hazrlawir inwallah eziyetimiz elimizde qalmaz
1 mart 2015 16:27
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ayan97
Her kese ugurlar men 3 ci qrupu istiyirdim qismet olmadi eybiyox belkemde olar helem vaxtim var. Insallah istediyiniz qrupa istediyiniz peseye daxil olarsiz…)
1 mart 2015 16:23
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Melek5
men 1-ci qrupa vermek isteyirem Allah her kesin yardimcisi olsun her kese istediyi peseni nesib etsin amin
1 mart 2015 16:12
# 2
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
GünƏşimƏ_AiD_
Eh Allah hamiya istediyi seneti nesib etsin.xeyir vermez direktor imkan vermedi menimde arzun cin olsun(((((
1 mart 2015 16:09
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz