Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Karyera və eniş: işdən qovulmağa səbəb olan səhvlər
Karyera və eniş: işdən qovulmağa səbəb olan səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 591
Səs ver:
İşinizi itirmək və müdiri əsəbləşdirmək istəmirinizsə, bu cümlələri əsla deməyin. Yəni bunları müdirə desəniz, tez bir zamanda işdən qovulacaqsınız. Bundan əmin olun!

İşinizlə vidaşlamaq təhlükəsi yaradan həmin cümlələr hansılardır?

1. «Bu mənin işim deyil ki?!»
Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

2. "Çox işim var"
Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

3. «Bu qədər tez bir zamanda bu işi çatdıra bilmərəm!»
Layihəni görməmiş «yox, tez bir zamanda onu bitirə bilmərəm, dediyiniz vaxt çox tezdir» demək düzgün deyil. Planınızı hazırlayın, işə başlayın, sonra artıq vaxt istəyə bilərsiniz.

4.  «Mümkün deyil, olmaz!»
Bu cümlə buğaya qırmızı parça göstərmək kimidir. Necə olur olsun, siz işi görün. Müdirin gözündə işinizə görə pul alırsınız. Pulu sizə havayı vermirlər.

5. "Əvvəl də sınamışdıq, alınmadı"
Ofisə yeni müdir gələndə sizə köhnə layihəni yenidən işləməyə verə bilər.  "Əvvəl də sınamışdıq, alınmadı", — desəniz, onu qəzəbləndirmiş olarsınız. Həm layihəni fərqli insanlar irəli sürdüyündən yəqin ki, fərqli düşüncələri də var. Müdirlər özündən əvvəl görülən işləri eşitməyi xoşlamaz.

6. «Biz onsuz da həmişə belə edirdik»
İnsanların çoxu qaydalarda dəyişikliyi sevməz. Ancaq yeni gələn müdir öz qaydalarını tətbiq etməklə dəyişiklik etmək istəyəcək. «Biz həmişə belə edirdik, indi dəyişikliyə nə ehtiyac var?!» demək sizi müdirinizin gözündən sala bilər.

7. «Mən onunla işləmək istəmirəm!»
Çox ehtimal ki, xoşunuz gəlməyən insanın da sizdən xoşu gəlmir. Ancaq bu, işdir və qrup halında işləməli olursunuz. Şikayət etməkdənsə, işi tez bir zamanda bitirib xoşlamadığınız insandan canınızı qurtara bilərsiniz.

8. «Mən etmədim»
 Səhv sizin olduğu halda günahınızı başqalarının üstünə atmayın. Günahınız gec, ya tez ortaya çıxar və bu halda daha pis vəziyyətə düşərsiniz. Səhvlərinizin məsuliyyətini öhdənizə götürün.                        

9. «Niyə elə oldu, heç başa dümədim» 
«Bilmirəm» kəlməsi müdirlər tərəfindən qəbul edilmir. Tez «bilmirəm» demək yerinə, yaxşıca düşünüb sonra cavab verin.

10. «Pulumu artırmasanız, işdən çıxacam!»
Düşünməyin ki, siz işdən çıxsanız, aləm bir-birinə qarışacaq. Əksinə, siz getsəniz, yerinizə daha da böyük təkliflərlə başqa işçi tapmaq asandır və o zaman üzülən siz olacaqsınız. Buna görə artım istədiyinizdə niyə layiq olduğunuzu da açıqlayın.


Şərhlər:
Baxılıb: 591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz