Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə iş tapmalı?
Necə iş tapmalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 916
Səs ver:
Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var.  
Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə "boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.
Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın — siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.
Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq qalır: yaxın dost-tanış,  kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə cıxış imkanlarıdır.
Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdın əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz.
Çünki, əqər təklif olunan işdə sizi qane eməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq.  Bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər.
proqrammist,iş axtaran gənc amerikan gəncSizin iş axtarmağınızın uğurlu olması  və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayyət etməyə çalışın.

Yaxşı işçini müəyyən edən kriteriyalar:
Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.

İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.

İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.

Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.

Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli deyil.

İş axtarma haqqında məsləhətlər
Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.

Dostlar və tanışlar

Gənc tələbə və ya məzun iş axtardığı  barədə məlumatı  ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə  bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da faydalanmaq məsləhətdir.

Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?
İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.

Hansı şirkəti seçmək lazımdır — yerli yaxud xarici?
Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.

İş axtarışının qaydaları
Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamisina nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq — bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul — tərcümeyi-halı göndərib və zəng etmək.
Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz.
İş axtarışı tərcümeyi — halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə perspektivli hesab etdiyiniz şirkələrlə mütəmadi əlaqə saxlamaq olmalıdır.

Kütləvi İnformasiya Vasitələri
Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet səyəfələri də var və bu halda evdən çəxıb xüsusi olaraq bu qəzetləri almağın mənası olmur. Bu qəzetlər – "Birja”, "Birja+”, "SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər diğər kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da dərc edirlər.

Universitetlər Nəzdində Karyera Mərkəzləri
Məzun və tələbələr üçün məşğulluq xidməti əksər Universitet və Ali Təhsil Müəssisələr nəzdində fəaliyyət göstərirlər. Müxtəlif kadr agentliklərin təklif etdikləri çoxsaylı vakansiya elanlarına baş vurmaqdan öncə doğma təhsil ocağının təklifləri ilə tanış olmağa dəyər. Çünki bu halda sizə geniş məlumat veriləcək. Adətən belə təkliflər "kənar şəxlər” üçün nəzərdə tutulmur. Bu halda sizin ən qısa yolla uğurlu iş tapmaq şansınız 50/50 nisbətdə hesablanacaq. Bəzi Kareyra Mərkəzləri digər Universitet tələbə və məzunları üçün də məlumatları açıqdir. Azərbaycan Universitetləri Nəzdində Karyera Mərkəzlərinin siyahısı əlavə olunur.

Bir-başa müraciət
Əgər siz bir-başa şirkət, idarə, dövlət qurumlarına iş axtarışı ilə bağlı müraciət etmək qərarına gəlmisiniz onda siz araşdırmalısınız ki bu qurumlar tələbə və ya məzunlara maraq göstərirlər, ya yox.

Aldanma…
Bəzi şirkətlərin cəlbedici iş elanları arxasında sadəcə fırıldaq mexanizmləri quraraq namizədlərə gənclərə anket doldurmaq təklif edirlər – təbii ki, müəyyən pul müqabilində (10-50 AZN). Onlar hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə insanların sadəlövlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Öz Rezumenizi şəxsi elektron poçt və şəxsi kompyuterinizdən göndərməyiniz məsləhətdir ki, kənar şəxslərin əlinə keçməsin. Yeni iş tapandan sonra da internetdən öz Rezumenizi götürməyi unutmayın ki, narahat eləməsinlər.

İş axtaran üçün mühüm qeydlər:
Dini, irqi və cinsi fərq qoymadan bütün işəgötürənlərə eyni rəğbər bəsləməlidir;
İşəgötürənə özü haqda doğru olmayan informasiyanı verməmək;
İşəgötürən tərəfindən alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;
İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;
İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə daima kontaktda olmaq

Beləliklə, yuxarıdakıları ümumiləşdirərək bunlara xüsusi diqqət yetirin:
İlk növbədə aydınlıq gətirilməlidir: sən kimsən,  sənin maraqların nədir, hansı dəyərlərin daşıyıcısısan.
Ən effektli başlanğıc üsulu tacrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.
Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklrinə göndərin.
Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda  təşəbbüskar olun ki kənarda qalmayasanız
Kollektivdə qalmaq üçün qətiyyətlə qeyri-ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz gözə dəysin.
Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədəçatmaq üçün meydan əldə edəsiniz
Digər insanlarıla təmas qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın.


Şərhlər:
Baxılıb: 916
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz