Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İş axtararkən edilən 13 səhv
İş axtararkən edilən 13 səhv
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 909
Səs ver:
1. İşdən atılana qədər gözləməyin

Bir çox insan işsiz qalınca yeni iş axtarışa başlar. Halbuki yeni insanlarla tanış olmaq və özünüz üçün faydalı məlumatlar yığmaq üçün davamlı gözünüz və qulağınız açıq olmalı.

2. Nə istədiyinizi bilin

Bir karier seminarına qatılırsınızsa, oraya nə üçün getdiyinizi bilir olmalısınız. İşmi axtarırsınız? Əgər elə isə, müəyyən bir işmi, yoxsa hər hansı bir işmi? Sektoru bilən bir neçə adamla tanış olmaqmı yoxsa təcrübəli birinin tövsiyələrini dinləməkmi istəyirsiniz? Biriylə söhbət etməyə başladığınızda danışmağı istədiyiniz istiqamətə çəkə bilməniz lazımdır. Nə istədiyinizi bilməsəniz məqsədinizə çata bilməzsiniz. 

3. Yanına vizitkart almağı unutmayın

Sizə köməyi toxunacaq biriylə tanış olub daha sonra təkrar görüşməni qərarlaşdırdıqdan sonra üzərinə adınızı və telefon nömrənizi yazacaq bir salfet axtarmaq olduqca hörmətdən salıcı bir vəziyyətdir. Bu işə girişmişkən pula qıyıb özünüzə qəşəng və keyfiyyətli bir vizitkart basdırın.

4. Gülməli e-mail ünvanları istifadə etməyin

Sizi yoldaşlarınız "yalnız_kovboy@..." və ya tahtakurusu@... kimi ünvanlarınızla bilir ola bilər lakin iş axtararkən ciddi bir e-mail ünvanı istifadə etməliniz. Məsələn bu adınız və soyadınızdan ibarət olan bir e-mail ünvanı ola bilər.
 
5. Çoxbilmiş olmayın

Karier planlarınızdan danışdığınız hər kəsi can qulağıyla dinləyin, insanlar təklifdə olaraq kömək etməyə çalışar. Sizin bu mövzuda nə qədər məlumatlı olduğunuzu anlamalarına ehtiyac yoxdur.

6. İnsanları sıxmayın

İnsanların iş danışmaq üçün bir araya gəldiyi zamanlarda yalnız sizinlə deyil, bir-birləriylə də danışmağa haqqı var. Əgər biriylə telefonla danışırsınızsa da bu insanın sizdən başqa da işi olduğunu unutmayın. 

7. Görünüşünüzə diqqət edin

Hədəflədiyiniz sektordakı insanlarla tanış olacağınız zaman yaxşı geyinməyə diqqət edin. İnsanların əllərini möhkəm sıxın,dik durun, göz təmasından qaçmayın və mümkün olan hər şəkildə hörmətli davranın. Bunu müsahibə üçün bir sınaq olaraq görə bilərsiniz, lakin unutmayın, kimsə dağınıq qılıqlı və sakar namizədləri müsahibəyə çağırmaz.

8. Özünüzü göstərin

Möhkəm iş əlaqələri olan müvəffəqiyyətli insanlar saysız insanla danışar və aralarından yalnız digərlərindən bir şəkildə fərqli olanları xatırlayar. Özünə güvənən, tutduğunu qoparan bir insan imici yaradın və bir lider kimi davranın. Lakin sərhədi də çox aşmamağa diqqət edin, insanlara iddialı olduğunuzu göstərməyə çalışırsınız, itələyici olduğunuzu deyil. 

9. Passiv davranmayın

Əgər biri sizə "Təəssüf ki,, sizə uyğun bildiyim bir iş yox" desə dərhal arxanızı dönüb getməyin. "Yaxşı iş bazarının nə vaxt canlanacağı haqqında bir fikiriniz varmı?", "Bu peşədən başqa kimləri tanıyırsınız?", "Sizcə mənim bundan sonrakı addımım nə olmalı?" kimi bir neçə sual verin. Bu kimi suallar həqiqətən əlaqədar olduğunuzu göstərər və qarşınızdakının əvvəl ağılına gəlməyən bir neçə şeyi xatırlamasını təmin edə bilər.

10. Yalan danışmayın

"Filan adam mənə nömrənizi verdi və sizi axtarışmı tövsiyə etdi" demək asan görünə bilər. Hətta istədiyiniz adamla görüşmənizi də təmin edə bilər, lakin enində sonunda bu adam "filanın" sizə öz nömrəsini vermədiyini öyrənər. Beləcə bir deyil, iki adamı itirmiş olarsınız. 

11. İnsanlara çıxar üçün yaxınlaşmayın

Kimsə istifadə edilməyi sevməz. Görüşdüyünüz hər kəsə sonradan telefonla, e-maillə ya da sadə bir qeydlə təşəkkür etməyə laqeyd yanaşmayın. Sizə köməkçi olmağa çalışan insanlara, təkliflərini izlədiyinizdə əldə etdiyiniz nəticə ilə məlumatlandırın. Bir iş tapdığınızda da sizə doğrudan faydası toxunmuş- toxunmamış hər kəsi xəbərdar edin. Bu insanlarla işinizin bitdiyini düşünə bilərsiniz lakin yollarınız bir gün təkrar kəsişə bilər.

12. Haradan gəldiyinizi unutmayın

Bir tanışı vasitəsiylə iş bulan insanların ödəmələri lazım olan bir borc vardır. Siz də qarşınıza iş axtaran biri çıxdığında onun üçün əlinizdən gələni edin. 

13. Ciddi qəbul edin, təxirə salmayın

İş axtarmaq ciddi bir işdir, həqiqətən iş xərcləmək lazımdır. Zaman sizin əleyhinizə işlər, müddət uzandıqca özünüzə güvənin azalar, ümidiniz qırılar. Bir zaman hədəfi təyin edin və bu müddəti ən yaxşı şəkildə istifadə etməyə baxın. Təxirə salmayın, üşənməyin, necə olsa tapa bilməm deyə əhvalınızı pozub yerinizdə oturmayın. Mütləq sizi xoşbəxt edəcək bir iş bir yerlərdə vardır, tapmaq üçün axtarışınız lazımdır.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 909
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz