Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğru peşə seçmək
Doğru peşə seçmək
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 4605
Səs ver:
Şəxsiyyət və xasiyyətinizə uyğun bir peşə seçimi, həyatınız boyunca sizə bir üstünlük olaraq geri dönər. Səhv bir peşə seçib sevmədiyiniz, bacara bilmədiyiniz bir işdə işləmək sizə də ətrafınıza da zərər verəcək. Ümumiyyətlə təhsilə başlamadan  əvvəl başda yaranan fikirlər ilə bir peşə seçilər. İrəlidə nə olmaq istəyirsən sualı bu dövrdə tez-tez soruşular, lakin çox təəssüf ki təcrübəsiz və seçkilərindən bixəbər uşaqlar o yaşlarda buna sağlam qərar verə bilməz. 

Liseydə, universitetdə istədiyi hissənin nə olduğunu  çoxu uşaq bilə bilməz, bunu anlaya bilməz və anladığında da da iş işdən keçmiş olar. Ölkəmizdə də səhv peşə seçən və işindən məmnun olmayan minlərlə gənc var. Buna bağlı yaşanan işsizliklər də var.. Heç olmasa yetişkinləşməyə başladığımız universitet çağında doğru və irəliyə istiqamətli bir qərar verməliyik. İlk illərimizdə fərqli bir hissəyə yönəlmək üçün gec sayılmaz. Ancaq son oxuma ilindəsinizsə və ya məzun oldunuzsa o peşəyə davam etmək qaçınılmazdır.

Ha, deyəcəksiniz ki, kim öz sahəsində işləyir? Fərqli sahələrdə işləyənlər  də yaxşı qazanıb, müvəffəqiyyətli ola bilir. Əlbəttə. Amma bütün bu müddətdə, hər mərhələni sağlam bir şəkildə yaşaya bilmək bacarıq tələb edir. Xarakteriniz, həyat tərziniz, aldığınız təhsil, yaşadığınız ətraf, olduğunuz yerin iqtisadi və ictimai vəziyyəti kimi xeyli çox faktor, peşənizi və işinizi təsir edəcək. Siz isə, ağıllı düşünüb bir qərara gəlməli və sizin üçün ən ideal işi seçməlisiniz. Peşə əldə etdirmə kurslarına qatılıb bir sertifikat ala bilərsiniz.

Yox mən peşə sahibi olmayacağam, normal bir işçi olacağam, harada olsa işə girib lazım olduğunda çıxacağam deyirsinizsə, siz bilərsiniz. Ancaq bunun qalıcı olmadığını siz də çox yaxşı bilirsiniz. 
Əslində bunu düşünüb əlini, ətəyini çəkmək ediləcək ən böyük pislikdir. Zamanı geriyə deyil, irəliyə aparmağa baxın. Bu həm sizə həm ətrafınıza faydalı olacaq. Doğru peşəni seçərək həm həyatımızı qazanarıq həm ictimai, aktiv və xoşbəxt olarıq. Eqomuzu təmin edərik. Bizi biz edən dəyərləri yerinə oturdarıq. Maddi mənəvi prioritetlərimiz olar.
Azadlığımız olar. Möhtaclıq yox olar. Səhv peşə seçkisinə bəzən təhsil sistemləri də bizi itələyə bilir. Universitetdə kafi kontingent və ya hissə olmaması, istənilən və lazımlı hissələrin açılmaması, pedaqoq əksikliyi və ya qeyri-kafiliyi kimi əhəmiyyətli mövzular mövcuddur təəssüf ki. Lakin yenə də var olan imkanları qiymətləndirərək sağlam bir seçki edərək bəlkə də ekspertindən kömək  və məsləhət alaraq yaxşı bir peşə və işə sahib ola bilərik.

Yaxşı bir peşə, lakin əsla edə bilməyəcəyimiz, sevə bilməyəcəyimiz bir peşə deyil.. Siz də bu mövzuda bir fikir sahibisinizsə, fikirlərinizi mənimlə paylaşın. 

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 4605
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz