Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər Ev İşi İlə Məşğul Olmalıdılar?
Kişilər Ev İşi İlə Məşğul Olmalıdılar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1736
Səs ver:

Hal-hazırda qadınlar da iş həyatında aktiv olaraq rol alır. Bu vəziyyət evli qadınlar üçün bəzi çətinlikləri də özü ilə gətirir. Çünki həm evi çəkib çevirmək, həm də iş həyatında müvəffəqiyyətli olmaq istəyən qadınlar ərlərindən kömək istəyirlər .Yaxşı kişilərin evdə iş görmələri nə qədər mümkündür? Anaları tərəfindən əl körpə gülkörpə böyüdülən kişi uşaqları evlənincə yoldaşlarına kifayət qədər kömək edə bilmirlər. Zamanında analarının etdiyi işləri evlənincə yoldaşlarından gözləyirlər.Çalışan qadın isə yoldaşının özünə hər sahədə dəstək olmasını istəyir. Hətta işləməyən qadınlar belə, çata bilmədiyi nöqtədə yoldaşının dövrəyə girməsini gözləyir. Xəstələnib yatağa düşdüyündə özünə yemək bişirəcək bir ər istəyir. Hətta işləri birlikdə qurtaraq sonra, birlikdə gəzək deyən qadınlar da var. Amma bu mövzuya mədəniyyətdən mədəniyyətə dəyişən prizmalar var."Bəli təbii ki, kişilər ev işi görməlidilər, əks halda bu evlilik dayanıqlı olmaz" deyə bir deyim olmadığı kimi, "Kişi evdə görməz, ev işi qadın işidir" deyə bir şey də yoxdur. Bu mövzuda səhv olan, mövzunun ayrı-ayrı şəxslər üçün kompleks halına gətirilməsi və bəzi dar düşüncələrin təsiri altında qalmasıdır. Bu yanaşma da evliliyi zədələyə bilər. Elə isə 'Kişilər ev işi ilə məşğul olmalıdılar?' Sualına belə cavab verəbilərik: "Hər hansı bir fiziki üzrləri yoxsa təbii ki ev işləri ilə məşğul ola bilərlər.Ancaq bu bir zərurət kəsb etməz. Burada daha da əhəmiyyətli olan yoldaşlar arası sağlam dialoqun qurula bilməsidir. Ancaq o zaman kişi, həyat yoldaşlarına dəstək olmaqdan bir zövq ala biləcəklər. Yəni kişinin bunu bir zərurətdən kənar, bəzən bir məsuliyyət bəzən isə bir paylaşma vasitəsi olaraq görməsi lazımdır.Elə isə qadınların bu mövzuda açıq aşkar etmələri, məqsədlərinə çata bilmədikləri təqdirdə də ciddi problemlər yaşamamaları lazımdır. Əgər bir qadın üçün həyat yoldaşının ona evdə köməkçi olması lazım isə, bunu şikayət və ya kişilərin ifadəsi ilə-səs-küylə YOX səmimiyyətlə ehtiyacını və səbəbini dilə gətirməsi lazımdır. Beləliklə kişinin inadlaşma riski ortadan qalxmış olacaq. Təbii bir də hər iki tərəfin sıx olaraq iş həyatında aktiv rol aldığını düşünsək.Çalışan qadının həyat yoldaşı tərəfindən ev işlərində dəstəklənməyə ehtiyac duyması çox normaldır. Bunun üçün yenə şikayət, təəssüf və s.dən uzaq durmaları və hər iki tərəfin məmnun qalacaığı şəkildə olmalıdır. Əslində ev işi ilə bağlı bu tərz gözləmələrin və ya dünyagörüşlərinin evlilik əvvəli danışılması və hətta evlilik müqaviləsinə daxil edilməsi lazımdır. Heç bir kişi ev işlərində həyat yoldaşına kömək etməklə Kişilikdən uzaq  olmaz, əksinə bu, özünü aşmış və özünü bir kişi olaraq gördüyünü sübut etmək səyi olmayan yetkin insanların xüsusiyyətidir.


Tərcümə etdi:YASMİN


Şərhlər:
Baxılıb: 1736
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz