Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ofisdə Eşq
Ofisdə Eşq
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1596
Səs ver:

Ofisdə Eşq

İş yerində eşq yaşamaq son dərəcə riskli bir vəziyyətdir… Ancaq monoton həyatımızda başqa yerdə eşq ehtimallarıyla qarşılaşma şansımız nə qədərdir? O halda oyunu qaydasına görə oynayaq!
Sevginin nə vaxt, harada qarşınıza çıxacağı müəyyən olmaz. Eşqin gəlişi yol qəzası, yaz yağışı kimidir. Özünüzə qoyduğunuz qaydaları tanımaz, sərhədləri aşar vəəəəə… Bir gün özünüzü "Əsla etmərəm", "Əsla yaşamaram" dediyiniz vəziyyətlərin içində taparsınız.
"Ofisdə eşq yaşamaq istərsinizmi?" deyə soruşulsa, dərhal hamınız eyni cavabı verərsiniz: "Əsla!". Çünki bilərsiniz ki, ofisdə eşq yaşamaq bəlalı bir işdir. Qarşınıza çıxan xeyli çox nümunədən almanız lazım olan dərsi çoxdan almısınız. Bu qaydasinı pozuntu edib ofisdə eşq yaşayan yoldaşınızdan, ofis dedi-qodularının mərhəmətsizliyindən yara almış olanlardan özünüzə pay çıxarmısınız. Amma nə demiş atalarımız: "Böyük danışmayın!". Şərt dinləməyən eşq, insanın qarşısına ofisdə də çıxa bilir.
Ofisdə eşq niyə təhlükəlidir?
İş, əgər insanın həyatına daxil olsaydı, adına iş həyatı deyilməzdi. Ofis yəni iş yeri, öz qaydalarıyla var olan, öz qaydalarıyla işləyən, bu səbəblə iş həyatı deyə xatırladığımız xüsusi bir sahədir. Yaşadığımız həyatın ən böyük hissəsini orada keçirir olsaq da əndəlimiz belə, gündəlik həyatını, iş həyatının qaydalarıyla yaşamağı gözə ala bilmir.
Bu necə bir həyatdır deyə soruşsaq, qısaca bunu demək mümkün: "İş həyatı; sərhədləri müəyyən, tərifi edilmiş bir iş üçün, bu işə uyğun hazırlanmış bir məkanda, işin gərəyi olan bütün fəaliyyətləri davam etdirdiyimiz zaman dilimidir." Əlbəttə oradaqidalanar, tualetə gedər, gündəlik söhbətlər edərik amma oradakı sərhədlərimiz işlə ölçülür. İşdən ayrıldığımızda məkanla asılılığıq qopar, hətta iş yoldaşlarımızla da… Bu səbəblə bir işdə 10 il işləmiş olsanız da, ora sizin həyatınız deyil. İşdən ayrılar, həyatdan ayrılmazsınız…
Və bir də ofis qaydaları vardır. İşyerlərində də ümumiyyətlə fərdi zövqünüzü ortaya qoyan bir geyim tərzindən çox, işin tələb etdiyi kimi geyinərsiniz. Əlaqələrinizin ən dərini belə, məktəb yoldaşınızla qurduğunuz yaxınlıq səviyyəsində deyil. İstisnalar qaydalari pozmaz amma işin öz quruluşundan ötəri, orada mövcudluğunuz istər istəməz sünidir. Bu səbəblə kiçik söhbətləriniz; ofis dedi-qoduları və gündəlik həyatdan işə daşıdığınız kiçik detallarla məhduddur. Hər kəs iş dolduğunda ofisdən ayrılıb öz həyatına dönər; təbii öz həyatı deyə biləcəyi bir şey geridə qalmışsa! Zaman zaman bir-iki iş yoldaşınızla çöldə də görüşərsiniz… Amma maraqlıdır, orada da ofisdəki söhbəti uzatmaqdan başqa bir şey etməzsiniz. Hətta çox vaxt iş danışmaları edərsiniz. Bu qaçınılmazdır.
Bu qədər sonsuz bir mühitdə necə eşq doğular desəniz, izah edək…
Bəzən biriylə qarşılaşarsınız və bu qarşılaşma sıx bir enerji yaradar. Qarşılaşma təbii olaraq iş yerinizdə də başınıza gələ bilər. Məsələn ofisə yeni gələn biri bu enerjini yüksək səviyyəyə çıxara bilər… Məhdud həyatınıza istəsəniz də heç cür bir qarşı cins girməməkdədir. Bu səbəblə sıx bir kinetik enerji istehsalı etməkdəsiniz. Əlbəttə istəmədən, qarşı cinsin kim olduğuna bağlı olmadan, kişi ya da qadın enerjisi hiss etmək sizi sürətlə yüksəldər. Fayl alıb verərkən qəzayla olan toxunmalar, cinsi çağrışıma səbəb olan kiçik hərəkətlər kimi… Bu vəziyyətdə birinə qəzayla sürtünməniz belə ağılınıza fərqli mövzular gətirməyə başlaya bilər…
Eşq, zaman zaman döyüş və çəkişməklə başlar. Didişdiyiniz biriylə bir baxmısınız ki eşq yaşayırsınız. İş yeri kimi, rəqabətin yüksək olduğu bir sahədə, qısa bir müddət əvvəlinə qədər əsəb olduğunuz birinə, qəflətən aşiq olduğunuzu hiss etməyə başlaya bilərsiniz. Aranızdakı uyğunlaşma çaşdırıcıdır. Ofisdən biriylə o qədər yaxşı söhbət edər və uyğun olarsınız ki sizi bu qədər yaxşı qarşılayan və anlayan birinə laqeyid qalmanız haradasa qeyri-mümkün hala gələr…
Gördüyünüz kimi günün çoxunu birlikdə keçirdiyiniz bir iş yoldaşınıza aşiq olmanız heç də çətin deyil. Əgər duyğularınıza möhür vurub eşqə laqeyid qalsanız, başınız bəlaya girməz, sakit həyatınız dalğalanmaz. Üstəlik bəlkə iş yerindəki müvəffəqiyyətiniz bu platonik duyğularınızın təsiriylə bir neçə bal yüksələ bilər. Çünki bu tərz bir eşq, insanın işə getməsi üçün yaxşı bir motivasiya qaynağı yaradar.
Amma əgər platonik aşan bir addım kənarına keçilmiş və əlaqə başlamışsa… İşiniz çətin deməkdir. Ofisdə bir əlaqə davam etdirmənin çox da yaxşı ya da asan olmadığını hamımız bilirik. Bu səbəblə ofis eşqi bir yol qəzası kimi başlar. Bunun üçün də uyğun şərtlərin meydana gəlməsi lazımdır.
Ofisdə eşq yaşamaq çox riskli bir vəziyyətdir… Ancaq heçmi xoş tərəfi və müsbət yanları yox desəniz, var əlbəttə. Əvvəlcə yaşadığınız həyəcan ofisə getmə və iş istəyinizi artırar. Sizi motivasiya edən, işə getmə istəyinizi artıran bir eşq potensialı, işlə əlaqənizi sürətlə və asanlıqla inkişaf etdirər. İş yerində keçirdiyiniz darıxdırıcı saatlarda, aşiq olduğunuz adam bir tərəf mövzu olaraq arxa planda rəsmi dəyişdirər. Eynilə masanın üzərinə çiçək qoymanın yaratdığı sehirli təsir kimi… Amma bu vəziyyət əlbəttə çiçək qoymaqdan da təsirlidir.
Ancaq əlaqə yaşamağa başladığınızda, gedərək kiçik qısqanclıqların və problemlərin çıxacağını da unutmayın.
Müdirlər, evli cütlərin eyni ofisdə işini müxtəlif səbəblərdən istəməzlər. Bu səbəblərin ən başında da romantik problemlərin işə daşınma ehtimalları gəlir. Romantik problemlər işə daşındığında, istər istəməz digər işləyənlərdə da təsirlənər. Eyni vəziyyət, əlaqə yaşanarkən də söz mövzusu ola bilər. Ofisdə eşq, yaşayanlar xaricində ətrafdakılar üçün draması yüksək əyləncəli bir mövzudur. Bir anda qəhvə fasilələrinin kefli gündəmi halına gələrsiniz
Eyni adamdan xoşlanan birdən çox adam olması ehtimalı da güclüdür. Əgər ətrafda rəqiblər varsa, maraqlı cədvəllər ortaya çıxar və əmin olun bu cədvəllər, işin düz qrafiklərinə bənzəməz. Bu cədvəllərdən işə götürənin çox xoşlandığı da deyilə bilməz. Müdirlər mənzərə şəkillərini, daha çox öz portretlərini sevərlər. Onlar üçün ən pis işləyən işçilər romantik işçilərdir

Redakte etdi: PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 1596
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz