Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İş qadınının makyajı necə olmalıdır?
İş qadınının makyajı necə olmalıdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4398
Səs ver:
Bütün qadınlar bilir ki, ideal görkəm – biznesin uğurunda vacib rol oynayır. Buna görə də işgüzar kostyumla yanaşı ofis makiyajının da ideal olması vacibdir.
İşgüzar makiyaj necə olmalıdır?
Ofis şəraiyində parlaq, parıltılı rənglərdən imtina etmək lazımdır. İş mühiti minimalizmə üstünlük verir.
Eleqant.
Bu makiyaj növündə pastel tonlar seçmək vacibdir (bej, açıq boz, açıq-çəhrahı, mavi, şaftalı rənginin tonları).
Dayanıqlı.
İşgüzar makiyaj dayanıqlı olmalıdır, çünki ardı-arası kəsilməyən görüşlərdə makiyajınızı yeniləməyə imkan tapmaya bilərsiniz.
İşgüzar makiyajın sirrləri:
Birinci növbədə üzünüzün dərisi ideal görünməlidir. Ofislərdə olan süni işıqlandırmanı nəzərə alaraq tonal vasitələrdə isti tonlara üstünlük verməyiniz lazımdır.
Təbii rəng çaları almaq üçün cildiniz rəngdə olan tonal kremi bir ton tünd rəng ilə qarışdırırn. Seçdiyiniz tonal krem duru olmalıdır ki, üzünüzə maska effekti verməsin.
Göz altında olan kölgələri xüsusi vasitələrlə aradan qaldırın.
Daha sonra pudradan istifadə etmək olar.

Qaşlar.
Qaşlarınızın daima qaydada olmasına nəzarət edin. Seyrək qaşlı xanımlar karandaşdan istifadə edə bilərlər. Sarışın xanımların qaş karandaşları saçlarının rəngindən 1-2 ton daha tünd, qaraşın xanımlar isə 1 ton açıq rəngli qaş karandaşından istifadə etməlidirlər.

Ənlik.
Seçdiyiniz ənlik açıq-çəhrayı və ya şaftalı rəngində olmalıdır. Açıq – çəhayı rəngə – sarışın, şaftalı rəngə isə qrabuğday xanımlar üstünlük verməlidirlər.

Gözlər.
Göz kölgələri göz rənginizlə uyğun olmalıdır. Qəhvəyi gözlərə boz, qəhvəyi, bənövşəyi rənglər uyğundur. Mavi gözlər üçün boz, qəhvəyi, açıq-çəhrayı rəngli göz kölgələri ideal yaraşır. Yaşıl rəngli gözlərə qəhvəyi rəngin bütün çalarları, ərik rəngli göz kölgələri uyğun gəlir.
Göz üçün karandaşdan istifadə edirsinizsə qara rəngin əvəzinə seçiminizi neytral boz və ya qəhvəyi rənglərin üzərində saxlayın.
İşgüzar makiyaj üçün suya davamlı göz tuşu seçin.

Dodaqlar.
Dodaq boyanızın parıltısız və nəzəri cəlb etməyən rəngdə olması vacibdir. Əgər makiyaj edərkən məhz gözlərinizi vurğulayırsınızsa, dodaq boyanız neytral rəngdə olmalıdır (karamel, açıq-çəhrayı, bej rəngində).
Dodaq üçün karandaşdan istifadə edirsinizsə onun rəng çaları dodaq boyası ilə eyni olmalıdır.
Dodaq boyasının dayanıqlı olması üçün isə dodağınızı qabaqcadan pudralamağı unutmayın.


Şərhlər:
Baxılıb: 4398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz