Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik və iş
Hamiləlik və iş
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1674
Səs ver:

Uşağın və ananın sağlamlığı əsas etibarilə hamiləliyin necə keçməsindən asılıdır. Dolayısıyla gələcək ananın məruz qaldığı stressli vəziyyətlər, ağır şəraitli iş yerlərində çalışması, gecə növbəsinə çıxması kimi hallar əhəmiyyət kəsb edir. Ana bətnindəki uşağın normal inkişafı və ananın sağlamlığı üçün normalaşdırılmış 8-9 saatlıq iş rejimi zərərlidir. Erkən saatlarda qalxmaq, nəqliyyat vasitələrindəki narahatlıq (hətta şəxsi avtomobil olduqda belə), avtobus və maşınlardan atmosferə buraxılan işlənmiş qazlar, hər zaman tələsik bir şeylər etmə hamilə qadının orqanizminə mənfi təsir edir.

 

 Bir çox qadınlar müdriyyətin narazılığına səbəb olacağından və ya işdən çıxardılmadan qorxaraq iş vaxtı qəlyanaltı etmək və ya təmiz havaya çıxmaq kimi çox vacib olan şeyləri etməkdən çəkinirlər. Ancaq hamiləliyin ilk üç ayında orqanizmə bucür “güzəştlərin” edilməsi lazımdır. Hamilə qadının iş saatı 6 saatdan çox olmamalıdır.  Gələcək analar üçün kimyəvi maddələrlə təmasda olmaq, həmçinin uzun müddət kompyuter arxasında əyləşmək məsləhət görülmür. Müxtəlif ağır şeylərin daşınması, hərəkəri qadağandır. Gecə saatları üçün işə cəlb olunma qəbuledilməzdir. Istisnaları qısa müddətli xarakter daşıyan fövqəladə hallar təşkil edə bilər. Hamilə qadınları iş vaxtından əlavə, eyni zamanda istirahət günləri çalışdırmaq, onları ezamiyyətlərlə göndərmək orqanizm üçün zərərlidir. 

Qadınların çoxluq təşkil etdiyi müəssisə və təşkilatlarda qadınlar üçün şəxsi gigiyena otaqlarının, südəmər uşaqlar üçün müvafiq yerlərin yaradılması zəruridir. Bununla belə qadınlar bütün qaydalara lazımi şəkildə riayət etsələr də, həmçinin iş yerlərində onlar üçün güzəştlər yaradılsa da, hamilə qadın doğumqabağı məzəniyyətə iki ay öncədən çıxmalıdır. Axı bundan sonra həyatının ən vacib işini-dünyaya sağlam övlad gətirmək-yerinə yetirəcək. 
Azərbaycan Respublikasının əmək məcəlləsində hamilə qadınlar, hamiləlik barədə aşağıdakı müddəalar göstərilmişdir:

Maddə 91. Qısaldılmış iş vaxtı

1. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Maddə 94. Natamam iş vaxtı

1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.

3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrlə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər

1. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır

Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər

1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası

4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

a) qadınların hamiləliyə və doğuşa görə – sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

Maddə 240. Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri

1. Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.

2. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Redaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 1674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz