Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxunc iş problemlərində əvəzsiz yardım
Qorxunc iş problemlərində əvəzsiz yardım
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1071
Səs ver:
"Morning joe” verlişinin aparıcısı və karyera məsləhətçisi Mika Brzezinki HR-la bağlı qaranlıq qalan bütün sualları cavablandırır.
İşdə səhvə yol vermişəm, bunun öhdəsindən necə gələ bilərəm?
Əgər səhv etdiyindən şübhələnirsənsə, yalan söyləmə. Səhvini boynuna alsan, müdirin gələcəkdə sənə daha çox etibar edəcək. Səhvin barədə başqasından eşitmək ona xoş gəlməyəcək. Həqiqəti etiraf etdikdə isə cəsarətin fərasət kimi qəbul olunacaq. Odur ki, bu vəziyyətdə, ən yaxşısı, səhvi boynuna alıb, problemi aradan qaldırmaq yollarını təklif etməkdir.
Müdirlər işdən sonra nə ilə məşğul olduğuma diqqət edirlərmi?
Müasir Facebook dünyasında işdənkənar nə etdiyini hamı öyrənə bilər. Şəkilərinin yayılmasından ehtiyat edirsənsə, şənliklərdə özünü avara kimi aparma. Müdirin xəbər tutacağından ehtiyat edəcəyin heç bir iş görmə, onun maraqlarmı müdafiə et. Işdənkənar aktiv həyatın olması nümunəvi işçi obrazı yaradacaq, vaxtından düzgün istifadə etdiyini, insanlarla asanca ünsiyyət qurduğunu nümayiş etdirəcək.
Maaş artımına və ya işdə irəliləməyə artıq layiq olduğumu necə anlaya bilərəm?
Bir qayda olaraq, düşünürəm ki, iki ildən artıq eyni işlə məşğul olmamaq lazımdır. Əlbəttə iş yükünün bu iki ildə nə dərəcədə artdığı da önəmlidir. Deyək ki, işə qəbul olunanda katibə vəzifəsində idin, indi isə referentsən. Bunu özün üçün müəyyənləşdirməklə nə dərəcədə irəlilədiyini anlaya bilərsən.
Odur ki, əgər ilk qəbul olunduqda etdiyin işlə məşğulsansa, müdirinə yaxınlaşıb irəliləmək haqqında fikrini səsləndirə bilərsən. Bununla müdirin görəcək ki, işləməkdən qorxmur, yeni mövqe əldə etmək istəyirsən.
İşlədiyim ofisdə kişilər üstünlük təşkil edir. Məsləhətiniz?
Deyilən heç bir sözü ünvanına təhqir kimi qəbul etmə. Əgər illər öncə etinasız olmağın kişilərlə münasibət qurmaqda effektli olduğunu bilsəydim, vaxtımı əhval pozğunluğu ilə keçirməzdim.
Karyera yüksəlişinə nail olmaq üçün hər gün etməlı olduğum vacib işlər var?
Müxtəlif layihələr hazırla, əlavə tapşırıqlar yerinə yetir və elə et ki, səni əvəz edə bilən olmasın. Elə materiallar seç ki, müdirin onu yerinə yetirdiyindən xəbərdar olsun.

Redakte etdi: PRETTY GİRL


Şərhlər:
Baxılıb: 1071
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz