Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların hüquqlarından bəzi maddələr
Uşaqların hüquqlarından bəzi maddələr
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 85
Səs ver:
Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ

Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı oz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mutləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər.

Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ

53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.

53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına gorə verilir.

53.3. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları muxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

53.5. Atalıq muəyyən olunmadıqda uşağa ad ananın gostərişi ilə, ata adı bu Məcəllənin 46.3- cu maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına gorə verilir.

Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi

54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına catana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona oz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mumkun olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də uzursuz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

54.3. Uşaq oz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada muəyyən olunmayıbsa, muvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə muraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.

54.4. 10 yaşına catmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Maddə 55. Uşağın əmlak hüquqları

55.1. Uşaq öz valideynlərindən və ailənin digər uzvlərindən bu Məcəllənin beşinci bölməsində (AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

55.2. Aliment, pensiyalar, muavinətlər şəklində uşağa odənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

55.3. Məhkəmə uşağa gorə aliment odəyən valideynin tələbi ilə alimentin 50 faizdən cox olmayan məbləğini yetkinlik yaşına catmayan uşağın adına acılmış bank hesabına kocurmək barədə qərar cıxara bilər.

55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak uzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.

55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mulki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mulkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.

55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak uzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.


Şərhlər: 2
Baxılıb: 85
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dilaycan
Tsk xeber ucun...
17 noyabr 2016 20:05
# 2
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
vipbetul
bu huquqlari hem valideyinler hemde usqlar bilmelidirler
17 noyabr 2016 09:37
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz