Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda qadın hüquqları
İslamda qadın hüquqları
Göndərən: Ayten Melek
Şərhlər: 1
Baxılıb: 271
Səs ver:
İfratçı cahiliyyət və təfritçi iyirminci əsr nəzəriyyələri qarşısında qadının yaranış və hüququna islami baxış da vardır. Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İslami baxışı aydınlaşdırmaq üçün onu bir neçə hissədə xülasə şəklində bəyan edirik. Qeyd etdiyimiz kimi birinci baxış qadını o qədər alçaldır ki, sanki qadın insan deyil. İkinci baxış isə qadın şəxsiyyətinin böyüklüyünü, onun kişi ilə eyni hüquqlu olmasında görür. Birinci baxışın Qur’an tərəfindən rədd edilməsi aydındır. Bəs ikinci baxış necə? Qur’an qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Mütləq azadlığı (özbaşnalığı) məhkum edən Qur’an nəzərincə qadın kişi ilə bərabərdirmi? Yoxsa islamın başqa bir baxışı var? Bu məsələni aydınlaşdırmaq üçün ayrı-ayrılıqda iki fəsildə bəhs etməliyik.
Birinci fəsil qadın və kişinin yaranış nizamı və necəliyi, onların insani dəyərləri haqqındadır. İkinci fəsildə fərqlər, məhdudiyyətlər, fərqlərdən yaranan və qadın-kişi şəxsiyyətindən asılı olmayan nəticələr əhatə olunur.
Birinci məsələ – yaranışca qadın və kişinin eyni, bərabər olması haqqında belə demək olar ki, Qur’anın nəzərinə görə onlar nə bərabərdirlər, nə də fərqli. Çünki Qur’an kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir. Bərabərliyi araşdırmaq və müqayisə etməyin o zaman mə’nası olardı ki, qadın və kişi iki müxtəlif xilqət olaydı. Beləcə, islamda bərabərlik və ya fərqlilikdən danışmağın mə’nası qalmır. Demək, söhbət onların fərqlərindən yox, yaranışından gedir.


Şərhlər: 1
Baxılıb: 271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel yazidir dinimiz her zaman qadini mudafie edir qadin huquqlarini qoruyur
8 sentyabr 2016 17:09
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz