Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Avropa insan hüquqları məhkəməsi
Avropa insan hüquqları məhkəməsi
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 251
Səs ver:
1998-ci ilin noyabrın 1-ə qədər, yəni 11 saylı Protokolun qüvvəyə minməsinə qədər Avropa insan hüquqları məhkəməsi ilə yanaşı daha bir orqan – Avropa insan hüquqları komissiyası da mövcud idi. Göstərilən andan isə daimi və vahid orqan kimi Avropa insan hüquqları məhkəməsi fəaliyyət göstərir. Qeyd edək ki, bu məhkəmə insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının 19-cu maddəsinə görə, dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini yerinə yetirmələrini təmin etmək üçün Avropa insan hüquqları məhkəməsi yaradılır. Məhkəmənin tərkibinə daxil olan hakimlərin sayı Konvensiyanın iştirakçı dövlətlərinin sayına bərabərdir. Hakimlər öz dövlətlərini təmsil etmirlər. Onlar Parlament Assambleyası tərəfindən Avropa Şurası üzvlərinin irəli sürdüyü şəxslərin siyahısından səs çoxluğu ilə seçilir. Hakimlər altı il müddətinə seçilirlər.
Məhkəmənin yurisdiksiyasına fərdi və dövlətlərarası şikayətlər aiddir. Hör iki prosedur məcburidir; Konvensiyanın iştirakçısı olan hər bir dövlətə qarşı həm fərdi, həm də dövlətlərarası şikayət irəli sürülə bilər. Məhkəmə fərdi şikayətləri yalnız müəyyən şərtlər daxilində öz icratına daxil edə bilər: a) bütün dövlətdaxili hüquq müdafiə vasitələri tükəndikdən sonra; b) müvafiq dövlətdaxili orqanın qəti qərarı qəbul edildiyi andan altı ay ərzində; c) ərizə anonim olmadıqda; ç) ərizə Məhkəmə tərəfindən artıq baxılmış şikayət ilə mahiyyətcə eyni olmadıqda və yaxud digər beynəlxalq orqan tərəfindən baxılmamış olduqda və s.
Məhkəmə ilk mərhələdə işin dostcasına həlli üçün səy göstərir.
Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə müvafiq olaraq, dövlət tərəfindən Konvensiyada nəzərdə tutulan hər hansı insan hüququnun pozulduğunu aşkar etdikdə, Məhkəmə öz qərarı ilə zərərçəkmiş tərəfə “ədalətli satisfaksiya” təqdim edir. Bu, əsasən, o deməkdir ki, Məhkəmə dövlətin üzərində şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmək vəzivəsini qoyur. Lakin Məhkəmə dövlətin üzərinə belə bir vəzifə qoymaya da bilər; məsələn, bəzi hallarda fərdin hüququnun pozulması faktının Məhkəmə tərəfindən bəyan edilməsinin özü “ədalətli satisfaksiya” hesab olunur. Qeyd edək ki, Avropa insan hüquqları məhkəməsi dövlətə müəyyən qanunu və ya inzibati aktı dəyişmək və ya onu ləğv etmək, habelə hər hansı məhkəmə qərarını ləğv etmək göstərişi verə bilməz. Lakin praktikada dövlətlər gələcəkdə analoji pozuntulara yol verməmək üçün özləri bu cür qanun və ya qərarları dəyişdirir və ya ləğv edirlər.
Məhkəmənin iş üzrə çıxardığı qərar qətidir və dövlətlər onu icra etməlidirlər. Qərarların icrası üzərində nəzarəti Avropa Şurasının Nazirlər komitəsi həyata keçirir.
Avropa insan hüquqları məhkəməsi insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinə, insan hüquqlarının düzgün təfsirinə əhəmiyyətli töhfə vermişdir. Formal olaraq presedent sayılmasa da, bu qərarlara Məhkəmənin özünün və digər beynəlxalq orqanların, həm də milli məhkəmələrin praktikasında bu və ya digər işlərin həllində geniş istinad edilir.
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrş Avropa komitəsi İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarvə ya cəzanın qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyasının əsasında yaradılmışdır. Onun üzvlərinin sayı iştirakçı dövlətlərin sayına bərabərdir. Bütün digər mövcud təsisatlardan prinsipial fərqi ondadır ki, bu Komitə müəyyən hallarda dövlətin razılığı olmadan onun ərazisində yerləşən penitensiar idarələrdə və ya digər müvafiq yerlərdə yoxlamalar apara bilər. Bundan əlavə, Komitə iştirakçı dövlətlərin ərazisində müntəzəm təftiş həyata keçirir.
Amerikaarası insan hüquqları komissiyası və Amerikaarası insan hüquqları məhkəməsi. Amerikaarası insan hüquqları komissiyası 1959-cu ildə Amerika dövləti təşkilatının (ADT) orqanlarından birinin – Xarici işlər nazirlərinin Məsləhət görüşünün qətnaməsi əsasında yaradılmışdır. Lakin 1967-ci ildə ADT-nin Nizamnaməsinə edilmiş dəyişikliklə o, Təşkilatın müstəqil orqanına çevrildi. Komissiya insan hüquqlarının müdafiəsinə dəstək vermək və bu məsələlərdə Təşkilatın məsləhətçi orqanı kimi çıxış etmək funksiyasi həvalə olundu. 1969-cu ildə qəbul edilmiş Amerikaarası İnsan Hüquqları Konvensiyasında Komissiyanın səlahiyyətləri genişləndirildi: insan hüquqları sahəsində tədqiqatlar aparmaq; insan hüquqlarına aid tədbirlər barədə dövlətlərdən zəruri məlumat xahiş etmək; dövlətlərin razılığı və ya dəvəti ilə yerlərdə təhqiqatlar aparmaq və nəhayət, fərdi və dövlətlərarası şikayətlərə baxmaq. Komissiya ADT-nin Baş Assambleyası tərəfindən dörd il müddətinə seçilən 7 üzvdən ibarətdir. Fərdi şikayətlərə baxdıqdan sonra Komissiya məruzə hazırlayır və zəruri hesab etdikdə, işi Amerikaarası məhkəməyə təqdim edir. O, fərdin hüququnu pozmuş dövlətin üzərinə hər hansı vəzifə (əvvəlki vəziyyətin bərpa edilməsi, kompensasiya edilməsi və s.) qoymaq səlahiyyətinə malik deyildir.
Amerikaarası insan hüquqları məhkəmsi, Komissiyadan fərqli olaraq, bilavasitə Amerika İnsan Hüquqları Konvensiyasının əsasında yaradılmışdir. Onun əsas iki funksiyası vardır: 1) şikayətlərə baxmaq və 2) Konvensiyasının müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xaraqterli rəylər vermək. Məhkəmə altı il müddətinə seçilən yeddi hakimdən ibarəfdir. Avropa məhkəməsindən fərqli olaraq, fərdlərə Amerikaarası məhkəməyə birbaşa müraciət etmək hüququ verilməmişdir (yəni onlar Məhkəmə qarşısında locus standi-yə malik deyillər). Məhkəməyə yalnız Komissiya və Konvensiyasının iştirakçı dövlətləri müraciət edə bilər. Konvensiyanın 63-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Məhkəmə insan hüququnun pozulduğunu aşkar etdikdə, müvafiq dövlətdən tələb edə bilər ki, pozuntunun bütün nəticələrini aradn qldırsın və zərərçəkmiş tərəfə ədalətli kompensasiya təmin etsin. Məhkəmənin çıxardığı qərar qətidir və müvafiq dövlət tərəfindən icra olunmalıdır.
İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası İnsan və xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır. O, öz fəaliyyətinə 1987-ci ildən başlamışdır. Komissiya 11 üzvdən ibarətdir. Onun başlıca funksiyası Afrika qitəsində insan hüquqlarının müdafiəsinə dəstək verməkdir. Bununla yanaşı, Komissiyaya insan hüquqlarının pozulmasını iddia edən şikatələrə baxmaq səlahiyyəti verilmişdir. Komissiya fərdlərdən və təşkilatlardan, habelə digər iştirakçı dövlətlərdən şikayətlər qəbul edə bilər. Fərdi şikayət proseduru, Amerikaarası insan hüquqları Komissiyasında olduğu kimi, burada da məcburidir. İndiyə qədər Komissiyaya heç bir dövlətlərarası şikayət daxil olmamışdır. Qeyri-hökumət təşkilatları və ya ayrı-ayrı fərdlər tərəfindən bu günə kimi təqdim olunmuş ərizələrin sayı 300-dən artıqdır. Amerikaarası sistemdə olduğu kimi, burada da şikayətçi təşkilat və ya fərd işdə öz marağını göstərməyə də bilər və ona görə də üçüncü şəxslərin adındanda Komissiayaya ərizə təqdim edə bilər. Komissiaya, əsas etibarilə, insan hüquqlarının pozulması faktlarını bəyan etməklə kifayətlənir. Lakin bir sıra hallarda o, dövlət qarşısında qanunusuz həbsdə saxlanılan şəxslərin buraxdırılması, Afrika Xartiyasına zidd olan qanunların ləğv olunması və s. bu kimi məsələlər qoyulmuşdur. Komissiayanın çıxardığı qərarlar hüquqi baxımdan məcburi deyildir. 1998-ci il iyunun 9-da Afrika birliyi təşkilatının dövlət və hökumət başçılarının Assambleyasında İnsan və xalqların hüquqları üzrə Afrika məhkəməsinin yaradılması haqqında Afrika Xartiyasına Protokol qəbul edilmışdir. 15 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra Protokol qüvvəyə minməlidir.
İnsan hüquqlarının müdafiəsi sahəsində qeyri-müqavilə mexanizmlərinə aşağıdakılar aiddir: BMT sistemində köməkçi təsisatlar; İnsan hüquqları üzrə BMT Ali Komissarı; “1503 proseduru”; tematik mexanizmlər və b.
İqtisadi və sosial sahələrdə dövlətlərin əməkdaşlığının əlaqələndiricisi olan EKOSOK bilavasitə insan hüquqları ilə məşğul olmaq üçün iki xüsusi orqan – İnsan hüquqları komissiyası və Qadınların vəziyyəti üzrə komissuya yaratmışdır. İnsan hüquqları komissiyası EKOSOK tərəfindən seçilən 53 üzv-dövlətdən ibarətdir. Komissiya siyasi orqandır. O, hər ilin əvvəlində altı həftəlik sessiyalarını keçirir. Komissiya insan hüquqlarının müdafiəsinin müxtəlif məsələləri ilə bağlı qətnamələr və qətnamə layihələri hazırlayır və onları EKOSOK-a təqdim edir, ayrı-ayrı problemlərin və konkret öhdəliklərdə insan hüquqları ilə bağlı vəziyyətin öyrənilməsi üçün xüsusi məruzəçilər və ya işçi qrupları təyin edilir. İnsan hüquqları komissiyası 26 müstəqil ekspertdən ibarət orqan – İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya təsis etmişdir. Subkomissiya öz səlahiyyəti çərəivəsində tədqiqatlar aparır, Komissiyaya müəyyən qətnamələrin qəbul edilməsi barədə təkliflər verir.
1993-cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/141 saylı qətnaməsi ilə İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı institutu təsis edilmişdır. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il müddətinə təyin olunur. İnsan hüquqları sahəsində BMT-nin fəaliyyətinə görə başlıca məsuliyyət onun üzərinə qoyulmuşdur. Ali Komissar insan hüquqları sahəsində təbliğat və təhsil proqramlarını əlaqələndirir, dövlətlərə konsultativ xidmətlər təklif edir, onlara müvafiq problemlərin həlli ilə bağlı maliyyə yardımı göstərir və s.
“1503 proseduru” öz adını EKOSOK-un 27 may 1970-ci il tarixli 1503 saylı qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT İnsan hüquqları komissiyasına səlahiyyət verir ki, insan hüquqlarının sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan və qeyri-hökumət təşkilatlarından şikayətlər (daha doğrusu, məlumatlar – communications) alsın və lazım gəldikdə, onları Komissiyanın sessiyyalarında müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerikaarası və Afrika komissiyalarında olduğu kimi). İnsan hüquqları komissiyasının illik sesiyalarının gündəliyinə, adətən, konkret öhdəliklərdə olan situasiya (yalnız sistematik və kütləvi pozuntularla bağlı) ayrıca bənd kimi daxil edilir. Komissiya bu pozuntularla bağlı öz qeyd və təkliflərini EKOSOK-a təqdim etdiyi illik məruzəsinə daxil edə bilər.
Tematik mexanizmlər dedikdə, konkret insan hüquqlarının praktik problemlərini və ya ayrı-ayrı öhdəliklərdə insan hüquqalrının vəziyyətini öyrənmək məqsədilə BMT İnsan hüquqları komissiyası (o cümlədən İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya) tərəfindən təyin olunan xüsusi məruzəçilər və yaxud işçi qrupları başa düşülür. Xüsusi məruzəçilər və işçi qrupları öz vəzifələrini yerin yetirərkən, adətən, müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə təhqiqat apara bilərlər. Öz təhqiqat və ya təhqiqatlarının nəticələrini onlar müvafiq tövsiyələrlə birgə məruzə şəklində İnsan hüquqları komissiyasına təqdim edirlər.


Şərhlər: 2
Baxılıb: 251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu barede her kesin melumati olmalidibu arada avropa mehkemesine gedib cixa bilmekde asand ish deyil
25 avqust 2016 14:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
En boyuk arzum huquqsunas olmaqdıı ınsallah olaram mende huquqları duzgun qeyd ederem
25 avqust 2016 11:47
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz