Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ləzzət üçün fahişə, gigiyena üçün məşuqə, doğmaq üçün arvad
Ləzzət üçün fahişə, gigiyena üçün məşuqə, doğmaq üçün arvad
Göndərən: Ayten Melek
Şərhlər: 5
Baxılıb: 773
Səs ver:
Qədim yunan cəmiyyətində qadının vəziyyəti o qədər ağır idi ki, onu hətta borc götürə bilərdilər. Tarixçi Troylonq yazırdı ki, çox doğan, sağlam nəsil verən qadını bəzən ərindən borc alırdılar ki, başqa kişi üçün uşaq doğsun və vətənə oğlanlar bəxş etsin. Amma onun həmin uşağı tərbiyə etmək hüququ yox idi. Qadına tərbiyə məsələlərində etibar edilmir və onun şeytanın yol yoldaşı sayırdılar. Mirasa, müdafiəyə, hüquqa haqqı çatmayan qadının öz varidatını da idarə etməyə haqqı çatmırdı. O, boşanma tələb edə bilməzdi, amma kişilərin boşanmaya haqqı çatırdı.
İş o yerə çatmışdı ki, qədim yunan mütəfəkkirləri qadının nəinki özünü, hətta adını da qapalı saxlamağı təklif edirdilər. Həyatın dibində olan qadın qeyri kamil varlıq kimi ömrünü sürürdü. Qədim yunanlar şikəst uşaq doğmuş qadını da öldürürdülər. Qədim yunan natiqi Dimustin deyirdi: «Biz fahişələri ləzzət üçün, məşuqələri şəxsi gigiyena üçün, arvadları isə qanuni uşaqları doğmaq üçün götürürük». Dövrünün zəkalı insanı belə deyirsə cəmiyyətdən daha nə gözləməli?

Mömin adamları buxovlayan qandal
Qədim yəhudi cəmiyyətində qadın günah mənbəyi sayılırdı. Qanunlar onun şərəf və ləyaqətini alçaltmağa imkan verirdi. Qədim yəhudi kitabların birində belə yazılıb: «Mənim ürəiym uzun müddət həqiqət axtarışında olub. Biliklər, ağıl, şüur, müdriklik axtarmışam, pisin, nadanlığın və axmaqlığın nə olduğunu bilmək istəmişəm. Mən tapdım ki, qadın ölümdən də acıdır. O elə bil ki, tordur, onun ürəyi tələdir, onun əlləri Allah qarşısında mömin olan adamları buxovlayan qandaldır. Ona görə insan xilas ola bilmir, günahkarın günahları ona görə bağışlanmır».
Yəhudi dini kitabları ataya öz ailəsiylə istədiyi kimi rəftar etmək imkanı verirdi. Atanın xüsusilə qızlarına qarşı hüququ hüdudsuz idi. Onları istədiyinə ərə verə, sata, ya da bağışlaya bilərdi. Çünki torpaq atanın mülkiyyəti idi və sözünə baxmayan uşaqların sağ qalmaq şansı yox idi. Evin kişisi sanki dövləti təmsil edirdi. Kasıb ata qızını yetkinlik yaşına çatmamış sata bilərdi. Qızın razılığı çox nadir hallarda alınırdı. Ərə gedəndən sonra mülkiyyət hüququ qadının ərinin ixtiyarına keçirdi. Yəhudi qanunlarına görə qardaşları varsa atanın varidatına qızın ixtiyarı çatmırdı. «Bir kəs oğulsuz ölərsə varidatı qızına keçə bilər. Qadının əri ölərsə ixtiyarı qaynına keçir. Əgər qaynı, yəni ərinin qardaşı ondan imtina etsə qadın azad ola bilər. Amma qadının kənara ərə getməsi pis sayılır. Ona görə də ölən kişini qardaşı qadının qapısını açıb onu arvadı etməli və onunla yaşamalıdır» - deyə yəhudi qanunları qadının vəziyyətini dəqiqləşdirir.
Yəhudilər mensturasiya zamanı qadından qaçırdılar. Onlara həmən vaxt qadına toxunmaq, onunla bir süfrədə oturmaq, hətta yanaşı uzanmaq də qadağan idi. Yəhudi qanunları deyir ki, gözlənilər proses hələ başlamazdan əvvəl qadın xəbərdarlıq etməlidir ki, kişinin ona heç barmağı da toxunmasın. Qadının əlindən nəsə almaq, hətta tulladığı əşyanı götürmək də olmazda. Onlar bir maşında gedə, bir gəmidə üzə də bilməz. Əgər kişi xəstələnərsə və ona qulluq etməyə başqa adam olmazsa qadına kişiyə toxunmadan qulluq etmək icazə verilir. Amma qadın xəstə olarsa kişiyə arvadına qulluq etmək icazə deyil. Qadın dünyaya uşaq gətiribsə murdar sayılır. Əgər oğlan doğulubsa onu 7 gün, qız doğulubsa 14 gün murdar sayırdılar. Oğlan doğmuş qadına 40 gündən, qız doğmuş qadına isə 80 gündən sonra çimmək icazəsi verilirdi. Bunu yəhudi qanunları məcmuəsi belə yazır.

Qadın iblisin darvazasıdır
Bəşəriyyət tarixində xristianlığın qadına qarşı törətdikləri xüsusilə fərqlənir. Qadağalara baxmayaraq nə müsəlman aləmi, nə yəhudi, nə də bütpərəslər qədim xristianlıqdan başlamış yeni dövrə qədər sürən bu miqyasda qadına nifrət yaratmayıblar. Antik dövrlərin ilahlarını təsvir edən heykəllərə baxaraq onları «Şeytan kuklaları» adlandıran din xadimləri nifrət etdikləri idol və qadın arasında paralellər yaradıblar. Xristianlar qadını bərbəzəkli tabut adlandırırdı. Üstdən gözəldir, içərisi murdarçılıqla doludur. Xristianlıq yeganə din idi ki, qadına nifrəti yüksək səviyyəyə qaldıraraq nikahsızlığı, subaylığı təmizlik kimi elan etmişdi.
Qədim xristianlarda qadına qarşı kəskin pozisiya orta əsrlərdə daha qabarıq gözə çarpırdı. Onların fikricə qadın bütün bəlaların, günahların, bədbəxtliklərin mənbəyi idi və bütün bəşəriyyəti günaha sürükləyirdi. Ona görə də qadın və kişi arasında hər hansı ünsiyyət murdarlıq sayılırdı. Bu münasibətlər ər və arvad arasında da günah olaraq qalırdı. Tertullian hesab edir ki, qadın İblisin darvazasıdır, insan qəlbinə yol açır. Qadını cənnət almasını yeməyə kişini vadar etməkdə günahlandırırdılar. Ona görə də kişilərin Allahla əlaqəsi kəsilib və yer əzablarını görməyə məhkum ediliblər. Kişinin Allah olmamasında günah tam şəkildə qadının boynundadır. Beləliklə ikinci dərəcəli məxluq elan edilmiş qadın bəşəriyyətin günahlarını kürəyinə şələyib yaşamaqda davam edirdi. Müqəddəs Pavel deyib: «İstəyirəm biləsiz, hər kişinin başında İsus dayanıb, hər qadının başında əri, İsusun başında isə Allah. Ona görə də kişi başını örtməməlidi, çünki o, Allahın obrazı və şöhrətinin simvoludur. Kişi qadından yox, qadın kişidən törənib deyən kişi qadın üçün yaranmayıb. Əksinə, qadını kişiyə görə yaradıblar. Ona görə də qadın başını örtməklə mələklərin görməsi üçün üstündə hakimiyyət nişanı daşımalıdırlar». Xristian dini kitabları yazır: «Qadınlar Allaha təzim etdiyiniz kimi ərlərinizə tabe olun. Çünki kişi qadının başında, İsus isə kilsənin başındadır».

Feminizm bir etiraz forması kimi
Əsrlər boyu sürən diskreminasiyalar çavabsız qala bilməzdi. Sivilizasiyanın səviyyəsi artdıqca qadın onu əzən buxovlardan qurtulmağa başladı. Cavab olaraq əks reaksiyalar doğurdu. Bu məsələdə Qərb xüsusilə öndə getdiyindən əks prosesləri burda izləmək daha rahatdı. Nəticədə əxlaq normaları dağıdılaraq sərhədlər pozuldu. Kişi zorakılığına qarşı cavab kimi cinslərin bərabərliyini elan etmiş feminizm vüsət aldı. İndi baryerləri, maneələri tam silmiş ölkələr mənəvi pozğunluq məsələsində problemlərlə üzbəüz qalıb. Ona görə də ümumbəşəri savaşda kişilər özlərini qadınlara azadlıq verməklə uduzmuş kimi sayırlar.


Şərhlər: 5
Baxılıb: 773
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Movzunu oxumadim bawliq cox duzgun qeyd edilib.bezi kiwicikler ele fikirlewir
5 avqust 2016 01:40
# 5
..
MODABAZ
Vavay bız qadınlar ancaq mehkum hayatı surmelıyık
4 avqust 2016 13:09
# 4
Heyata daim gulmek lazimdii
melek_ayka
cox acinacaqli haldi.
4 avqust 2016 11:50
# 3
Totu
Neyse.......
4 avqust 2016 09:51
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Canavar sevgisi
Delixana olub gedibe lap....
4 avqust 2016 08:04
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz