Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan hüquqları
İnsan hüquqları
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 247
Səs ver:
İnsan huquqlari İnsan haqları — Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. Insan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir.

İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi doldurur. Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmusundan ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir və konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effektivliyi də daha zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür.

İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

"Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüqüna malikdir!.


Şərhlər: 7
Baxılıb: 247
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqli xeber oldu.
1 avqust 2016 16:27
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
___Jasmin___
Sitat: evli.mutlu.cocuklu
Qadın haqqlarını əzənlər çoxdu ama

ister qadin isterse de kisi oz huququnu bilmelidi ve hec zaman hec kim terefinden ezdirmemelidir huququnu bilmeyen birinin tebiki ezeklerler
23 iyul 2016 11:25
# 6
وكنت للتو في الحب
Fialka
İnsanın öz hüquqlarını bilməsi əsasdır amma ona əməl etmək daha vacibdir. Qaldı ki, buna əməl etməyən qanunsuz şəkildə öz istədiklərini edənlərə bu mövzu olduqca qəliz və uzundur.. Belə deyək söz azadlığından istifadə edən birisinin sabahkı azadlığı sual altındadır ...
21 iyul 2016 17:30
# 5
Barbaris
Sitat: evli.mutlu.cocuklu
Qadın haqqlarını əzənlər çoxdu ama
21 iyul 2016 16:17
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Haqq-hüqüqdan Azərbaycan danışmasa lap əla olar, çünki bizlərdə haqq - hüqüq yuxarıda oturan vəzifəli insanlarındı.. Demirəm bir tək biz tərəflərdə haqqı pozulan Cəmiyyətimiz var, hər ölkədə insan hüqüqlarını tapdalıyan hökmət vardı, amma bizdə hər dəfə demokratiya ölkəyik deyə-deyə hüqüquda haqqıda öz əllərinə keçirirlər.. Ölkədə hər hansı bir hadisə baş versə səsləri çıxmaz, milləti ediblər qoyun özləri olublar çoban.. Sürünü hansı tərəfə istəyirlər kış kış edirlər. Buda bizim haqqdan hüqüqdan dəm vurduğumuz ölkəmiz. Başqa ölkəyə görə kanalını bağladıb demokratiya ölkəyik dediyimiz məkan. Qanımızda var mən çoxda günah görmürəm, adi mənim uşaqlarım evdə topla oynayanda bir birilərini qırırlar həyətə düşüb rusun uşaqlarına topu sevinə sevinə verirlər, bax bu hərəkətlərinə görə dəfələrnən nakazat etmişəm. Ancaq onun bunun üçün yaxşıyıq, futbol dünya çempianatı keçirildi 120 milyon pul qoydular nədi nədi reklam olarıq, amma öz vətənində təsərüfatı inkşaf etməsi üçün 12 min manat pul ayırdılar, başqa millətin nələrisə vətənimizdə keçiriləndə pulsuz sponsurlar, bəzək düzəklər amma öz millətinə gəldikdə binanın üzərində sallanmış işıq tokları zibil iyləri.. Bax bizim haqq hüqüqumuz budu, hüqüqdan anlayışımızda budu. Böyüklər belə etdikdə ondan balacaları nə edər? Bilirsiz birdə nəyə bənzəyir yuxarıda oturanların etdikləri? Evə qonaq gələndə plov cücə, təzə stekan, boşqab, onlar getdikdən sonra nə qədər təzə boşqablar stekanlar varıydısa yenidən hamısı yığılır gələn dəfə qonaq gələndə nədi çıxardıb onun qarşısında qoyacaq, birdən zay olacaq evdəkilərə versələr)) Demək nəyimiş genimiz beləymiş, bizlər düzələn deyilik) Təşəkkürlər.
21 iyul 2016 15:42
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
beli inan oz haqlarini bilib qorumalidir kimese tapdalatmamalidir is yerlerinde esas olurki mudriyyet terefinden esasda qadinlarin huquqlarini pozurlarki buda onlarin isden cixarilma qorxusuna gore olurki boyun eyirler daha bilmirlerki onlar hesh ne ede bilmez sen e qederki oz huququnu bilirsen hec kim senin qarshinda dura bilmez her kes esasda qadinlarimiz z huquqlarini bilib qorumali ona gore hereket etdirmeli ozlerini tapdalatdirmamalidirlar
21 iyul 2016 10:44
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Qadın haqqlarını əzənlər çoxdu ama
21 iyul 2016 10:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz