Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səs yazısının aparılması dəlil kimi istifadə edilə bilərmi?
Səs yazısının aparılması dəlil kimi istifadə edilə bilərmi?
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 290
Səs ver:
Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qeyri-hüquqi addımların atılmasına gətirib çıxarır ki, bunun da fəsadları daim ağır olmuşdur.

İOS, Android kimi əməliyyat sistemlərində gündən-günə çoxalan mobil tətbiq proqramları əlbəttə ki, öz operativliyi və asan olması ilə səciyyələnməkdədir. “Mobil Market”-lərdə artıq demək olar ki, hər birimizin rastına çıxan “Call recorder” kimi səs yazma proqramlarının əslində heç də düşünüldüyü kimi sevdiklərinizin səsini yazıb, saxlamaqdan ibarət olmadığını hamımız bilirik.

Bəs bu proqramlardan başqasının səsini yazmaqla ona qarşı dəlil kimi istifadə etmək mümkündür mü?

Əvvəla onu qeyd edək ki, qanunvericilik bu məsələni çox geniş bir şəkildə tənzimləmişdir. Əsas qanun sayılan Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Göründüyü kimi dövlət ali hüquqi sənəddə öz üzərinə belə bir öhdəlik müəyyən etmişdir. Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər “İnsan hüquq və əsas azadlıqları haqqında” konvensiyada da öz əksini tapmışdır. Belə ki, (1945-ci il 12 dekabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur.

Bundan əlavə biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Ceza Kanunu 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq da əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Onu da qeyd edək ki, bu əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır.

Biz həmçinin telefon danışıqlarının, səs yazılarının məhkəmə tərəfindən sübut kimi qəbulu ilə bağlı olaraq da qeyd edə bilərik. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

Mülki Prosessual Məcəllədən də bəllidir ki, səs və ya video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını, həmçinin yazıda şəxsi xarakterli məlumatın mövcudluğu məsələsini bildirməyə məcburdur. Hər bir halda səs yazısını qeyd edən şəxs bu yazıya görə mütləq qaydada məsuliyyət daşıyır.

Belə bir sual yarana bilər ki, bəs səs və video yazını, telefon danışıqlarına qulaq asmanı kim həyata keçirmək hüququna malikdir?

Cavab: Azərbaycan Respublikası “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.

Həmin şəxslər isə bu tədbirləri (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirir. Həmin qanunun 13-cü maddəsinə görə isə Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.

Göstərilən şəxslər isə bu tədbirləri tətbiq etdikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinə əsasən protokol qaydasında göstərilənləri əks etdirir və sonradan məhkəməyə sübut kimi təqdim edir.

Yekun olaraq qeyd edə bilərik ki, telefon danışıqlarına qulaqasma, səs və ya video yazı aparma sizə heç zaman başqasının həyatına müdaxilə etmə imkanı vermir. Hər bir şəxsin şəxsi həyatı dövlət tərəfindən müdafiə olunur.


Şərhlər: 4
Baxılıb: 290
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu barede melumat vardi tebiki her kesinde bunu bilmesi vagibdir cox onemli huquqi cehetcen melumatdir
12 iyun 2016 14:06
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Eslinde qanundan kenar oldugunu bilirdim,bu movzuda bu haqda diqqetle oxudum qanunu cercivede daha da aydin oldu mene.mesul wexsler ancaq delil ucun de olsa gizli ses yazma ve video cekiliw ede biler.tewekkurler paylawim ucun.
11 iyun 2016 22:41
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
menim de bildiyime gore qebu edilir
11 iyun 2016 21:44
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Bildiyim qederiyle xususi veziyyetlerde hu delil kkimi qebul edilir.
11 iyun 2016 21:41
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz