Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zorakılıq yalnız qadının problemi deyil!
Zorakılıq yalnız qadının problemi deyil!
Göndərən: Fialka
Şərhlər: 3
Baxılıb: 292
Səs ver:
Təhsil və psixoloji məsləhət Mərkəzinin psixoloqu Nuray Gültəkin qadın zorakılığınının yalnız qadının problemi olmadığını söyləmışdir. 
Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının, hüquq, ədalət, təhlükəsizlik və sağlamlıq işçilərinin bu mənfi halın aradanqaldırılmasında böyük köməkliyi ola bilər. Psixoloq Nuray Gültəkin qadına yönələn zorakılığın çox vaxt nəzarətsiz və cəzasız qalmasına diqqət çəkərək:"Halbuki, ailədaxili zorakılıq yalnız qadının problemi deyil.Konstitusiyamız ailəni cəmiyyətin təməli kimiqəbul edir və ailəni yaradan insanların qorunması, şəxsi təhlükəsizlikləri qanunla zəmanət altındadır.Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi vəzifəsi dövlətə verilmişdir.Buna gör də zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər tədbir alınmasa, zorakılıq təkrarlana bilər ki, bunun da mənfi nəticələri pis ola bilər "-xəbərdarlığını etdi. 
Gültəkin Nuray hesab edir ki,qadınlara qarşı belə rəftar onları işgəncəyə məruz etməklə yanaşı, haqlarını pozur və ləyaqətlərini tapdalayır.Əslində "etibarlı yer" kimi düşünülən ailədə zorakılığın olması acınacaqlıdır.Qadınlar çox vaxt ailədə gördükləri zorakılığı gizli saxlayırlar. Bunun səbəbi müxtəlif ola bilər:hədələnmə,uşaqların əlindən alınma qorxusu,abır-həya və s.Bu da çox ağır nəticələrə gətirib çıxarır.
"Zorakılığa məruz qalan qadınların fiziki, cinsi və reproduktiv sağlamlıqları pozulur.Zədə sonrası stress, çaxnaşma, fobiyalar başda olmaqla  depressiya kimi ruhi narahatlıqlar, intihar cəhdləri, spirtli içkilər və dərmandan sui-istifadə kimi dəhşətli anlar yaşanır".
Uşaq gördüyü zorakılığı nümunə götürə bilər! 
Zorakılığa məruz qalan qadınların yaşadıqlarının ən pis tərəfi uşaqların da buna şahid olmasıdır: "Uşağın gözü ilə baxdıqda bu zorakılığın ən dəhşətli nəticələrindən biri ananın vəfat etməsidir. Digər tərəfdən, ailədaxili zorakılığa şahid olan uşaqlar digər uşaqlara nisbətən daha çox davranış pozğunluqları yaşayırlar.Uşaqla digər davranışlar kimi bu davranışı da təqlid etməyə çalışırlar.Bu səbəbdən ailədaxili zorakılıq davranışlarına şahid olan, ya da bu davranışlara məruz qalan uşaqların problem ya da qarşıdurmaları həll etmə yolu kimi zorakılığı seçmək ehtimalı çox yüksəkdir.Bundan əlavə, həmişə zorakılıq görən ana uşaqları ilə də eyni üsulla davranar.Bütün bunlar da zorakılığın yaratdığı fəsadlardır".

Şiddət yalnız qadının problemi deyil! 
Psixoloq zorakılığın qarşısının alınması istiqamətində lazım olan tədbirlər və təkliflər haqqında bunları demişdir: "Böhran anlarında kömək edilməsi, məsləhət xidmətləri verilməsi, insanlar arasında münasibətlər, qadın-kişi bərabərliyi mövzularında şəxslərin və cəmiyyətin maarifləndirilməsi kimi işlərə əhəmiyyət verilməlidir".


Şərhlər: 3
Baxılıb: 292
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
zorakiliqin azalmasiycun qanunda en siddetli cezalar tetbiq edilmelidir ne olursa olsun qadin her zaman guclu olmali oz huquqlarini bilmeli oz huquqlarini kimese tapdalatmamalidirçesasda bu cur hallari usaq gorurse onun psixologiyasinda boyuk iz qoyur
23 iyun 2016 10:43
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 iyun 2016 10:22
# 2
Wirin Meleyim
Cox uzun daha oxumaya tenebllik eledim ama eziyet cekibsiz hazirlayibsiz ellerinze sagliq
23 iyun 2016 03:19
# 1
Imza aysu agazade
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz