Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səfeh qanunlar: Ər arvadı ayda bir dəfə döyə bilər
Səfeh qanunlar: Ər arvadı ayda bir dəfə döyə bilər
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 544
Səs ver:
Araşdırmalar nəticəsində belə bir qənaətə gəlmək olar ki, bu qanunların əksəriyyəti ABŞ-dadır. Belə ki, ABŞ-ın Hollivud şəhərində xüsusi qərarla şəhərin küçələri ilə sayı 2000-dən artıq qoyun sürüsünün otarılması qadağan edilir.
 
Alabama ştatında kilsədə süni bığ taxıb gülməli hərəkətlər etmək qadağandır. Yaxud Qatar relslərinə duz tökmək ölüm ilə cəzalandırıla bilər. Bundan başqa, burada şalvarın arxa cibində dondurma saxlamaq olmaz.
Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu ştatın Littl Rok şəhərində sürücülərə sərinləşdirici içkilər və buterbrod satılan ərazilərdə siqnal vermək qadağandır.

Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir.

Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.

Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır.

Alyaska ştatında təyyarədən maralların şəklini çəkmək olmaz.

Kaliforniyada parkda hovuzda velosiped sürmək qadağandır. Bu ştatda həmçinin hamam vannasında portağal yemək qadağandır.

Floridanın Pensakolada şəhərində yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır.

Corciya ştatının Quitman şəhərində toyuqların küçəni keçməsi qadağandır.

Oklohomada hamburger yeyərək arxaya addımlamaq qadağandır. Konnektikut ştatının Hartford şəhərində əllərinin üstündə küçəni keçmək qadağandır.

Arizona ştatında dəvə ovu rəsmən qadağan edilib (nəzərə alsaq ki, burada dəvə əslən yoxdur).

Ohayo ştatının Klivlend şəhərində ovçuluq sənədi olmayanların siçan tutması qadağandır.

Almaniya qanunvericiliyinə əsasən, bu ölkədə yastıq silah növü kimi təsbit edilib.

Böyük Britaniya qanununa əsasən, deputatın parlament binasında ölməyi qəti qadağandır.

İsrail qanununa əsasən, burun qurdalamaq qanunla qadağandır və buna görə inzibati qaydada cəza nəzərdə tutulur.

İtaliya qanunlarına əsasən, ətək geyinən kişilər həbs olunmalıdır.

Kanadanın Kanata bölgəsində qapı və pəncərələr mütləq çəhrayı boya ilə boyanmalıdır. Oşava ştatında ağaca çıxmaq, Ottava şəhərinin Bank Strit küçəsində dondurma yemək qadağandır. Kanada qanunvericiliyi yağış yağan zaman təsərrüfatların sulanmasını qadağan edir.

Bazar günləri İsveçrədə camaşır asmaq qadağandır. 1980-ci ildən etibarən Cenevrə və Sürix aeroportlarından havaya qalxan hər bir təyyarə "səs-küyə gör vergi” ödəyir. Bu verginin miqdarı 300 frankdır.

Sinqapurda metroda saqqız çeynəyən həbs olunur.

Danimarkada məhbusların həbsxanadan qaçmaq hüquqları var. Ələ keçdikdə isə onları heç bir cəza gözləmir. Məntiq də bundan ibarətdir ki, əgər kimsə həbsxanadan qaçırsa, deməli, fərasətli adamdır. Ona cəza tətbiq etmək ədalətsizlik olar.

Avstraliyanın Viktorio ştatında bazar günləri çəhrayı rəngli şalvar geyinmək qadağandır. Bu ölkədə azyaşlıların siqaret alması qadağandır, ancaq çəkməsi sərbəstdir.
Avstraliyanın Viktoriya əyalətində heç kəs öz evində elektrik lampasını dəyişə bilməz. Qanuna görə, bunu yalnız xüsusi lisenziyası olan elektrik edə bilər.
 
İngiltərənin York şəhərində hələ də, ingilislərə gözə dəyən şotlandı oxla vurmaq hüququ verən qanun var. Lakin bazar günləri xaçpərəstlərin istirahət günü olduğundan istisnadır.
Bu şəhərdə qadınların ictimai nəqliyyat vasitələrində şokolad yeməyi qadağandır.

İngiltərədə hamilələrin istədikləri yerdə tualetə getmələrinə icazə verilir. Monarx şəkli olan pulu tərs qoymaq vətənə xəyanət kimi qəbul olunur.
London limanına girən krallığın gəmiləri liman polisinə pul ödəməlidir.

Fransa qanunvericiliyində donuzlara Napoleon adının verilməsi və dəmir yolunda öpüşmək qadağandır.

Afrika ölkəsi olan Svazilenddə 30-35 yaşlı qadınların alt paltarı geymələri qanunla qadağan edilib.

Bazar günləri Şotlandiyada balıq tutmaq qadağandır.


Şərhlər:
Baxılıb: 544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz