Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (5-ci hissə)
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (5-ci hissə)
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 341
Səs ver:
VI HİSSƏ
Maddə 23

Hazırkı Konvensiyanın heç bir müddəası aşağıdakılarda təsbit edilən və kişilərlə qadınlar arasında hüquq bərabərliyinə nail olunmasına yardım edən heç bir müddəaya toxunmur:
a) iştirakçı dövlətlərin qanunvericiliyində; və ya
b) belə bir dövlət üçün qüvvədə olan hər hansı bir beynəlxalq konvensiyada, müqavilədə və ya sazişdə.
Maddə 24
iştirakçı dövlətlər, hazırkı Konvensiyada qəbul edilən hüquqların tam reallaşmasına nail olmaq üçün milli səviyyədə bütün lazımi tədbirləri görməyi öz öhdələrinə götürürlər.
Maddə 25
1. Hazırkı Konvensiya bütün dövlətlərin onu imzalaması üçün açıqdır.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Konvensiyanın depozitarisi təyin edilir.
3. Hazırkı Konvensiya təsdiq edilməlidir. Təsdiq fərmanları saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilir.
4. Hazırkı Konvensiya bütün dövlətlərin ona qoşulması üçün açıqdır. Qoşulma, bu barədə sənədin saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilməsi ilə həyata keçirilir.
Maddə 26
1. İstənilən iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibi adına yazılı məlumat göndərmək yolu ilə hazırkı Konvensiyanın yenidən nəzərdən keçirilməsini xahiş edə bilər.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, hər hansı bir tədbirin görülməsini zəruri hesab etdiyi halda, belə xahişlə əlaqədar məhz hansı tədbirlərin görülməsinin zəruri olduğu barədə qərar qəbul edir.
Maddə 27
1. Hazırkı Konvensiya, 20-ci təsdiq fərmanı və yaxud qoşulma sənədi saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verildikdən sonra otuzuncu gün qüvvəyə minir.
2. 20-ci təsdiq fərmanı və yaxud qoşulma sənədi saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verildikdən sonra hazırkı Konvensiyanı təsdiq edən və ya ona qoşulan hər bir dovlət uçün hazırkı Konvensiya, onun təsdiq fərmanı və yaxud qoşulma sənədi saxlanılmağa verildikdən sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 28
1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, dövlətlərin təsdiq və ya qoşulma anında elədikləri qeyd-şərtlərin mətnlərini alır və bütün dövlətlərə göndərir.
2. Hazırkı Konvensiyanın məqsəd və vəzifəteri ilə bir araya sığmayan qeyd-şərtlərə yol verilmir.
3. Qeyd-şərtlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin adına müvafiq xəbərdarlıq göndərilməklə istənilən vaxt ləğv edilə bilər və Baş Katib sonra bu barədə bütün iştirakçı dövlətlərə məlumat verir. Bu cür xəbərdarlıq alındığı gündən qüvvəyə minir.
Maddə 29
1. İki və ya bir neçə iştirakçı dövlət arasında, hazırkı Konvensiyanın şərhi və ya tətbiqi ilə bağlı meydana çıxan və danışıqlar yolu ilə həll edilməyən istənilən mübahisə tərəflərdən birinin xahişi ilə arbitraj araşdırmasına verilir. Əgər arbitraj araşdırması barədə ərizə veriləndən sonra 6 ay ərzində tərəflər arbitraj araşdırmasının təşkili ilə bağlı razılığa gələ bilməsələr, tərəflərdən istənilən biri həmin mübahisəni, Məhkəmə Statusuna uyğun olaraq ərizə vermək yolu ilə Beynəlxalq Məhkəməyə verə bilər.
2. Hər bir iştirakçı dövlət hazırkı Konvensiyanın imzaladığı və ya təsdiq etdiyi və yaxud ona qoşulduğu anda bəyan edə bilər ki, o, özünü hazırkı maddənin birinci bəndindəki öhdəliklərlə bağlanmış hesab etmir. Digər iştirakçı dövlətlər, belə bir qeyd-şərt etmiş olan hər hansı bir iştirakçı dövlətə münasibətdə həmin maddənin göstərilən bəndindən irəli gələn öhdəlikləri daşımırlar.
3. Hazırkı maddənin ikinci bəndinə uyğun olaraq qeyd-şərtlər etmiş olan istənilən iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etmək yolu ilə istənilən vaxt öz qeyd-şərtlərini ləğv edə bilər.
Maddə 30
Rus, ingilis, ərəb, ispan, çin və fransız mətnləri bərabər səviyyədə autentik olan hazırkı Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilir.
Aşağıda imza atmaqla, lazımi qaydada vəkil edilənlər hazırkı Konvensiyanın doğruluğunu təsdiq etdilər.
Baş Məclisin 18 dekabr 1979-cu il tarixli 34/180 nömrəli Qətnaməsi ilə qəbul edilmişdir.


Şərhlər:
Baxılıb: 341
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz