Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (3-cü hissə)
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (3-cü hissə)
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 363
Səs ver:
Maddə 12
1. İştirakçı dövlətlər səhiyyə sahəsində qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında tibbi xidmətə, əsasən də, ailə həcminin planlaşdırılması ilə bağlı xidmətə yol tapmağı təmin etsinlər.
2. Hazırki maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, iştirakçı dövlətlər, hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrlərdə qadınları müvafiq xidmətlərlə təmin edirlər, lazım gəldikdə pulsuz xidmət göstərir, habelə hamiləlik və uşağı əmizdirmə dövrlərində müvafiq qida təqdim edirlər.
Maddə 13
İştirakçı dövlətlər iqtisadi və sosial həyatın digər sahələrində qadınlara qarşı ayrı-seçkiliyi ləğv etmək üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında; əsasən də aşağıdakı bərabər hüquqları təmin etsinlər:
a) ailə müavinəti hüququ;
b) tərpənməz əmlakı girov qoymaqla borc, ssuda və digər formalarda maliyyə krediti almaq hüququ;
c) istirahətlə bağlı tədbirlərdə, idman məşğələlərində və mədəni həyatın bütün sahələrində iştirak etmək hüququ.
Maddə 14
1. İştirakçı dövlətlər kənd yerlərində yaşayan qadınların üzləşdiyi xüsusi problemləri və öz ailələrinin iqtisadi rifahının təmin olunmasında onların rolunun əhəmiyyətini, o cümlədən onların, təsərrüfatın mal istehsalı ilə bağlı olmayan sahələrindəki fəaliyyətini nəzərə alır və hazırkı Konvensiyanın müddəalarının kənd yerlərində yaşayan qadınlara tətbiq edilməsini təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər.
2. İştirakçı dövlətlər kənd rayonlarında qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında qadınların kənd rayonlarının inkişafında iştirakını və bu cür inkişafdan mənfəət götürmələrini təmin etsinlər və bunun üçün belə qadınlara, əsasən, aşağıdakı hüquqları təmin edirlər:
a) bütün səviyyələrdə inkişaf planlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
b) ailə həcminin planlaşdırılması məsələləri ilə bağlı informasiyalar, məsləhətlər və xidmət də daxil edilməklə müvafiq tibbi xidmətə yol tapmaq;
c) sosial sığorta proqramlarının faydalarından bilavasitə istifadə etmək;
d) funksional savadlılıq da daxil edilməklə, formal və qeyri formal təhsil hazırlığının bütün növlərindən bəhrələnmək, habelə icma xidmətinin kənd təsərrüfat məsələləri üzrə məsləhətçi idarələrin bütün vasitələrinin xidmətindən, əsasən də onların texniki səviyyəsinin yüksəldilməsi üçün istifadə etmək;
e) muzdlu iş və müstəqil əmək fəaliyyəti vasitəsilə iqtisadi imkanlara bərabər şəkildə yol tapılmasını təmin etmək üçün özünəyardım qrupları və kooperativləri təşkil etmək;
f) bütün kollektiv fəəliyyət növlərində iştirak etmək;
q) kənd təsərrüfatı kreditlərinə və borclarına, satış sisteminə, müvafiq texnologiyaya yol tapmaq və torpaq və aqrar islahatlarda, həmçinin torpaqların yenidən məskunlaşdırılması planlarında bərabər statusa malik olmaq;
h) lazımi həyat şərtlərindən, xüsusilə də mənzil şəraitindən, sanitar xidmətlərdən, elektrik və su təchizatından, habelə nəqliyyat və rabitə vasitələrindən istifadə etmək.

IV HİSSƏ
Maddə 15

1. İştirakçı dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini qəbul edirlər.
2. İştirakçı dövlətlər qadınlara kişilərlə eyni səviyyədə mülki hüquq subyekti olma səlahiyyəti və onu reallaşdırmaq üçün eyni imkanlar təqdim edirlər. Onlar, əsasən, qadınları müqavilələrin bağlanmasında və əmlakın idarə edilməsində bərabər hüquqlarla, həbelə məhkəmə və tribunal araşdırmalarının bütün mərhələlərində bərabər münasibətlə təmin edirlər.
3. İştirakçı dövlətlər bununla razılaşırlar ki, öz hüquqi nəticəsi etibarilə qadınların hüquq subyekti olmalarını məhdudlaşdıran bütün müqavilələr və istənilən növdən olan bütün digər özəl sənədlər etibarsız hesab olunur.
4. İştirakçı dövlətlər, insanların yerdəyişmələri ilə, yaşayış yeri və daimi yaşayış yerlərini sərbəst seçmələri ilə bağlı qəbul edilən qanunvericiliklərə münasibətdə kişi və qadınlara bərabər hüquqlar təqdim edirlər.
Maddə 16
1. İştirakçı dövlətlər, nikah və ailə münasibətlərinə dair bütün məsələlərdə qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər və əsasən də kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin edirlər:
a) nikah bağlamaqda eyni hüquqlar;
b) ərin və ya arvadın sərbəst seçilməsində və yalnız öz istəyi və tam razılığı ilə nikah bağlamaqda eyni hüquqlar;
c) nikah dövründə və nikahın pozulması dövründə eyni hüquq və vəzifələr:
d) valideynlər kimi, ailə vəziyyətlərindən asılı olmayaraq uşaqları ilə bağlı məsələlərdə kişi və qadınların eyni hüquqları və vəzifələri; bütün hallarda uşaqların mənafeləri üstünlük təşkil edir;
e) uşaqların sayı və onların doğulmaları arasındakı müddətlərlə bağlı məsələni sərbəst və məsuliyyətlə həll etməkdə eyni hüquqlər və onlara bu hüququ həyata keçirməyə imkan verən informasiyalara, təlimə və vasitələrə yol tapmaqda eyni hüquqlar;
f) uşaqların qəyyumu, hamisi, vəkalət verəni və övladlığa götürəni olmaqda və ya milli qanunvericilikdə nəzərdə tutulduğu hallarda anoloji funksiyaları həyata keçirməkdə eyni hüquq və vəzifələr; bütün hallarda uşaqların mənafeləri üstünlük təşkil edir;
q) kişi və qadınların eyni şəxsi hüquqları, eyni zamanda soyadını, peşəsini və məşğuliyyətini seçmə hüququ;
h) ərlə arvadın əmlaka malik olmaqda, onu idarə etməkdə, ondan istifadə etməkdə və ona həm pullu, həm də pulsuz sərəncam verməkdə eyni hüquqları.
2. Uşaq yaşında olan şəxsin nişanlanması və nikah bağlaması hüquqi qüvvəyə malik deyildir və minimum nikah yaşını və nikahların mülki vəziyyət aktlarında məcburi qeydə alınmasını müəyyən etmək məqsədilə, qanunvericilik tədbirləri də daxil edilməklə, bütün lazımi tədbirlər görülür.


Şərhlər:
Baxılıb: 363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz