Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (2-ci hissə)
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (2-ci hissə)
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 359
Səs ver:
II HİSSƏ
Maddə 7

İştirakçı dövlətlər, ölkənin siyasi və ictimai həyatında qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə bütün müvafiq tədbirləri görürlər və əsasən də qadınlara kişilərlə bərabər şərtlərdə aşağıdakı hüquqları təmin edirlər:
a) bütün seçkilərdə və açıq referendumlarda səs vermək və bütün açıq səsvermə yolu ilə seçilən orqanlara seçilmək hüququ;
b) hökumətin siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, habelə dövlət idarəçiliyinin bütün səviyyələrində bütün dövlət funksiyalarını həyata keçirmək hüququ;
c) ölkənin ictimai və siyasi problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin fəaliyyətində iştirak etmək hüququ.
Maddə 8
İştirakçı dövlətlər qadınlara, kişilərlə bərabər şərtlərdə və heç bir ayrı-seçkiliyə yol verilmədən öz hökumətlərini beynəlxalq səviyyədə təmsil etmək və beynəlxalq təşkilatların işində iştirak etmək imkanları təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər.
Maddə 9
1. İştirakçı dövlətlər qadınlara, öz vətəndaşlığını əldə etmək, onu dəyişdirmək və ya saxlamaq sahəsində kişilərlə bərabər səviyyədə hüquqlar verirlər. Onlar əsasən bunu təmin edirlər ki, qadının nə xarici vətəndaşla nikah bağlaması, nə də ərinin nikah dövründə öz vətəndaşlığını dəyişməsi, avtomatik olaraq onun öz vətəndaşlığını dəyişməsinə gətirib çıxarmasın, onu vətəndaşlığı olmayan şəxsə çevirməsin və ərinin vətəndaşlığını qəbul etməyə məcbur edə bilməsin.
2. İştirakçı dövlətlər, öz uşaqlarının vətəndaşlığına münasibətdə qadınlara kişilərlə bərabər səviyyədə hüquqlar verirlər.

III HİSSƏ
Maddə 10

İştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər ki, onlara təhsil sahəsində kişilərlə bərabər səviyyədə hüquqlar təmin etsinlər, əsasən də, kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin etsinlər:
a) peşə və ixtisas seçiminə yönləndirilmək üçün həm kənd, həm də şəhər rayonlarındakı bütün kateqoriyalardan olan təhsil müəssisələrində təhsilə yol tapmaq və diplom almaq üçün eyni şərait yaratmaq; bu bərabərlik məktəbəqədər, ümumi, ixtisas və ali texniki təhsil sahələrində, həmçinin, peşə hazırlığının bütün növlərində təmin edilir;
b) eyni təhsil proqramlarına, eyni imtahanlara, eyni ixtisas səviyyəsinə malik müəllim heyətinə, məktəb binalarına və eyni keyfiyyətli məktəb avadanlığına yol tapmaq;
c) bu məqsədə nail olmağa kömək edə biləcək birgə təlimi və təlimin digər növlərini təşviq etmək yolu ilə təlimin bütün səviyyələri və bütün formalarında kişi və qadınların rolu ilə bağlı istənilən stereotip konsepsiyaları aradan qaldırmaq;
d) təqaüd və digər təhsil müavinətlərini almaq üçün eyni imkanları yaratmaq;
e) əsasən kişi və qadınların bilik səviyyələri arasındakı istənilən fərqin, mümkün qədər sürətlə azaldılmasına yönəldilən, yaşlılar arasında savadlılığın yayılması proqramları və funksional savadlılıq proqramları da daxil edilməklə, təhsilin davam etdirilməsi proqramlarına yol tapmaq üçün eyni imkanlar yaratmaq;
f) məktəbi bitirməyən qızların sayını azaltmaq və məktəbi vaxtından əvvəl tərk etmiş qızlar və qadınlar üçün proqramlar işləyib hazırlamaq;
q) idman və fiziki hazırlıq məşğələlərində fəal iştirak etmək üçün eyni imkanlar yaratmaq;
h) ailənin sağlamlığına və rifahına yardım etmək məqsədilə, ailə həcminin planlaşdırılması haqqında informasiyalar və məsləhətlər də daxil edilməklə, təlim xarakterli xüsusi informasiyalara yol tapmaq.
Maddə11
1. İştirakçı dövlətlər məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkiliyi ləğv etmək üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında, əsasən aşağıdakıları təmin etsinlər:
a) bütün insanların alınmaz hüququ kimi işləmək hüququ;
b) muzdla işə götürülmədə eyni imkanlara malik olmaq hüququ, o cümlədən işə götürülmək üçün seçilərkən eyni meyarların tətbiq edilməsi hüququ;
c) peşə və ya iş növünü azad seçmək, vəzifədə yüksəlmək, məşğulluğa təminat, habelə bütün iş imtiyazları və şərtlərindən istifadə etmək hüququ, şəyirdlik, yüksək səviyyəli peşə hazırlığı və müntəzəm təkmilləşmə də daxil ediiməklə, peşə hazırlığı və təkmilləşməsi almaq hüququ;
d) bərabər dəyərdə olan əməyə görə bərabər şərtlərdə imtiyazlara malik olmaq, habelə işin keyfiyyətinin qiymətləndirilməsində bərabər yanaşma da daxil edilməklə, bərabər haqq almaq hüququ;
e) sosial təminat hüququ, əsasən də təqaüdə çıxma, işsizlik, xəstəlik, əlillik, qocalıq halında və iş qabiliyyətinin itirilməsinin digər hallarında sosial təminat hüququ, habelə haqqı ödənilən məzuniyyət hüququ.
2. Ərdə və ya ana olmaları səbəbindən qadınlara qarşı ayrı-seçkilik hallarını qabaqcadan önləmək və onlara səmərəli hüquqlar təmin etmək məqsədilə iştirakçı dövlətlər aşağıdakılar üçün müvafiq tədbirlər görürlər:
a) hamiləlik əsasında və yaxud hamiləlik və doğuma görə məzuniyyət əsasında işdən azad etməni və ya işdən azad etmə zamanı ailə vəziyyətinə görə ayrı-seçkiliyi, sanksiyalar tətbiq etmək təhdidi altında qadağan etmək;
b) əvvəlki iş yerini itirməmək şərti ilə hamiləliyə və doğuma görə haqqı ödənilən məzuniyyət və ya sosial müavinətlərlə müqayisə edilə bilən məzuniyyət, staja görə birincilik və ya sosial müavinət təşviq etmək;
c) öz ailə vəzifələrini əmək fəaliyyətləri ilə və ictimai həyatda iştirak etmələri ilə eyni zamanda yerinə yetirmələri üçün valideynlərə, əsasən də, uşaqlara qayğı müəssisələri şəbəkəsi yaratmaq və onu genişləndirmək yolu ilə lazımi əlavə sosial xidmətlərin təqdim olunmasını təşviq etmək;
d) hamiləlik dövründə qadınların sağlamlığı üçün zərərli olduğu sübut edilən iş növlərində onları xüsusi müdafiə ilə təmin etmək.
3. Hazırkı maddədə toxunulan hüquqların müdafiəsi ilə bağlı qanunvericiliklər elmi-texniki biliklərin səviyyəsinə uyğun olaraq vaxtaşırı müzakirə olunur, habelə yenidən nəzərdən keçirilir, mümkün olduğu qədər ləğv edilir və ya genişləndirilir.


Şərhlər:
Baxılıb: 359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz