Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar və ali təhsil
Qadınlar və ali təhsil
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 537
Səs ver:
Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur. Amerikada isə 2006-2007-ci təhsil ilində kollec məzunlarının 57 faizi qızlar olub. Bu ölkədə 45 yaşından aşağı ali məktəb məzunlarının çoxu qadınlardır. Bununla belə hər iki ölkədə şirkətlərin rəhbərləri arasında qadınlar çox azdır.

Britaniyada 100 əsas şirkətin rəhbərliyində qadınların 12,2 faiz təşkil edir. ABŞ-da isə yüksək vəzifəli qadınların sayı 15,2 faizdir. Lakin onu da qeyd etmək lazımdır ki, qadın məzunlar sürətlə artsa da, şirkət yaşına çatmaq üçün hələ var. Çünki 10 il keçəndən sonra indi universitetdə olduğu kimi şirkət rəhbərliyində də qadınlar üstünlük təşkil edəcəklər. Elə indini özündə bu prosesi müşahidə etmək olur.

ABŞ-da kollec məzunları arasında qadınların üstünlüyü ilk dəfə 1982-ci ildə olub. İndi həmin qızlar 50 yaşına çatıblar.

Amerikada 30-44 yaş arasında olan qadınların gəlirləri 2004-cü ildə 1970-ci illə müqayisədə 44 faiz artıb. Kişilərdə isə bu artım cəmi 6 faiz olub. 1970-də bu yaş qrupunda olan qadınların yalnız 4 faizi öz ərlərindən çox qazanırdı. 2007-ci ildə isə bu göstərici 22 faiz olub. Bununla belə ümumilikdə götürəndə qadınlar kişilərdən yenə az qazanırlar. Maraqlıdır, görəsən niyə?

Ənənəvi cavab ayrıseçkilikdir. Hələ də vəzifəyə təyin edən adamların bir çoxu düşünür ki, qadınlar məsuliyyətin öhdəsindən gələ bilmir. Ancaq bu tək cavab deyil. Başqa bir səbəbi uşaq beşiyində axtarmaq lazımdır. Çünki dünyaya uşaq gətirən qadın bir neçə müddət işdən uzaqlaşır. İşə qayıdanda isə çox məsuliyyət tələb edən işlərə girişmirlər. Bu da onların gəlirinin aşağı düşməsinə səbəb olur. Buna görədir ki, Britaniya hökuməti ötən həftə yeni qanunvericilik tətbiq edəcəyini bildirib. Bu qanunvericiliklə qadınlara verilən ödənişli analıq məzuniyyətinin sonuncu 3 ayı atalara veriləcək.


Şərhlər:
Baxılıb: 537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz