Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir!
Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir!
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 425
Səs ver:

Niyə həyatı tezləşdiririk?

 

Nə üçün zamanı qabaqlamağa çalışırıq,

 

saatın əqrəblərini tez-tez çevirib vaxtı irəlilətməklə yaşayırıq?

 


 

Bir insan doğuldu, bir ananın övladı dünyaya gəldi. Bu övlad qızdırsa, zamanı lap çox darıxdırırıq. Ana qızını böyütməklə, onun tərbiyəsi, təhsili ilə məşğul olmur, elə vaxt keçsin, 16-17 yaşına gələn qızını evləndirsin deyə fikirləşir. Hələ uşaq vaxtlarından cehizlər yığılır. Bahalı dəstlər, qab-qaşıq, yorğan-döşəklər hazır olur. Bircə qalır, qızın ərə getməyi... 

 


 

Özünü anlayandan qızlar analarından "cehiz” sözünü eşidirlər, bu sözün təsiri ilə böyüyürlər. Fikirlərinin bir nöqtəsində ərə getmək qəlibi özünə yer açır və yaş irəlilədikcə bu qəlib yerini böyüdür. Bu şəkildə böyüyən bir qız mütləq ərə gedəcəyinin doğrultusunda həyatının formatını bəlirləməkdə aciz olur. Nəticədə, insan həyatının axarının qarşısı alınır. Fikir olaraq düşündüyü bu situasiya artıq yaşamında təzahür edir. 

 


 

Ərə getmək, ailə qurmaq çox doğal bir haldır. Amma bu düşüncəni lap kiçik yaşlardan beyinə yeridib, həyatı bunun üzərinə odaklamaq, yaşamın formatından uzaqlaşmağa gətirib çıxarır. Ana qızına gözəl əxlaq, tərbiyə aşılamalı, bunun üzərində çalışmalıdır. Sonrasında yaxşı təhsil verməli, zəka və bilgi vəhdətində dünyagörüşünün genişlənməsini sağlamalıdır. Ona cehiz avadanlıqlarının gözəlliyindən və vacibliyindən yox, kültür, nəzakət qurallarının önəmliliyindən bəhs etməlidir. 

 


 

Bir qıza öncə kültür, sonra təhsil gərək olan ən önəmli amildir.

 

 

 

 

Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə

 

qadirdir, çünki insan qadın - ana tərbiyəsindən yetişir, formalaşır. 

 


 

Zaman məfhumunun tələsdirilməsindən bəhs etdik. Ananın qızına yalnız ərə getmək, cehiz toplamaq xüsusunda verdiyi, aşıladığı tərbiyə yalnışdır və nəticədə, bir insan yaşamı öz cığırından çıxaraq idarə olunmağa məhkum olur. Halbuki, insan həyatının iadrəsi insan əlində ola bilməz. Axarı ilə yaşanılan həyat ən düzgün və uyğun olandır.

 


 

Orta məktəbi bitirən, yaxud universitet təhsili alan bir gənc qızın beyninə "niyə evlənmirsən, evdə qalacaqsan, ərə getmək vaxtıdır” yeritməyin, əslində, insan həyatına müdaxilə etmək olduğunun fərqində deyilik. Həyatın qanunları onun öz idarəsindən asılıdır. Bəli, ailə qurmaq həyat quralıdır və bunu zaman, yaşam özü cızaraq insana gətirib çıxaracaq. Zamanı qabaqlamaq doğaya qarşı gəlməkdir ki, bu da ən böyük yalnışlıqıdır. 

 


 

İnsan həyatı kimsədən asılı ola bilməz və müdaxilə zəminində uçurum kənarına aparılmağa müvəffəqdir. Yaşam zamanla vəhdətdədir. Axarı ilə yaşanılan həyat ən doğru olandır. 

 


 

Övladlarınıza evlənməli, ərə getməli olduqlarının məcburiyyətindən bəhs etməyin. Onlar, zatən, doğallığın insana verdiyi xüsusları müəyyən yaşa gəldiklərində anlayacaq və dərk edərək qəbul edəcəklər.

 

 

 

 

Kiçik yaşlarından başlayaraq qızlarınıza cehiz toplamaq aksiyasından vaz keçin, onlar üçün kitab-dərgi toplayın, bilgi verin, təhsilə yönləndirin və gözəl bir yetişkin insan formalaşdıraraq əsərinizi dünyaya tanıdın.



Şərhlər:
Baxılıb: 425
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz