Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyvan haqları hansılardır, heyvanlarla necə rəftar etməliyik?
Heyvan haqları hansılardır, heyvanlarla necə rəftar etməliyik?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 482
Səs ver:
Heyvanlar da insan və bitkilər kimi canlıdır. Elə "heyvan” sözünün kökündə də "canlı” mənası var. İslam ümumbəşəri dindir, dolayısilə, haqq məsələsinə verdiyi əhəmiyyət və haqqa baxışı təkcə insanları deyil, bütün varlığı əhatə edir. Bəli, İslamda bütün haqlar qorunur. İslamiyyətdə heyvan haqları da mühüm yer tutur. Allah Rəsulunun (s.a.s.) qiymətli həyatında bu mövzu ilə əlaqədar bir çox hadisə vardır: Bir dəfə Sevgili Peyğəmbərimiz əshabı ilə birlikdə döyüşdən qayıdırdı. Yolda dayanıb dincələrkən səhabələrdən bir neçəsi quş yuvası tapmış, yuvadakı balaları götürmüşdü. Bu vaxt özünü yetirən ana quş balalarını onların əlində görüb havada dövrə vurmağa başladı. Allah Rəsulu (s.a.s.) bundan xəbər tutduqda bərk cəlallandı və quş balalarını dərhal yuvasına qoymağı əmr etdi. Allah Rəsulunun (s.a.s.) bu reaksiyası belə İslamın başqa mövzularda olduğu kimi, haqq məsələsində də hər şeyi ehtiva edən bir sistem olduğunu isbat edir. Heç bir sistemdə bu qədər əngin və mükəmməl haqq anlayışı tapmaq mümkün deyil.

Bəşər övladı heyvanlara insanlara faydalı olub-olmaması as­pektindən baxdığı üçün onların yaradılış hikmətini gözdən qaçırır. Ən müasir toplumlarda və İslamın heyvanlara verdiyi haqları bilməyən müsəlmanlar arasında belə heyvanlara xor baxanlar olmuşdur. Hər məsələ kimi, heyvanlara da Qurani-Kərim və Peyğəmbərimizin sünnəsi əsasında münasibət bəsləməliyik.

Birinci növbədə bilməliyik ki, Qurani-Kərim heyvanların da insanlar kimi, bir ümmət olduğunu və onların da müəyyən haqlara malik olduğunu bəyan edir: "Yerdə gəzən elə bir canlı, uçan elə bir quş yoxdur ki, sizin kimi cəmiyyətlər təşkil etməsinlər. Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbin hüzuruna toplanacaq”. Nümunə verdiyimiz bu ayə "Ənam” surəsindəndir. Ənam "iribuynuzlu heyvanlar” deməkdir. Surədə çox yerdə iribuynuzlu heyvanların yaradılış hikmətlərindən bəhs edildiyi üçün bu cür adlandırılmışdır. Seyyid Qutub insan və heyvanların növ kimi oxşarlığından bəhs edən bu ayə haqqında yazır: Ayə bütün canlıları əhatə edir. Yer üzündə nə qədər canlı varsa, hamısı ortaq xüsusiyyətə və həyat tərzinə sahib bir cəmiyyətə mənsubdur. Onlar bu baxımdan  insanlar kimidir. Allahın rübubiyyəti "Rəhman” və  "Rəhim” isimləri ilə hamısını və elmi də bütün canlıları əhatə etmişdir. Ayədə buyurulduğu kimi, insanlarla digər canlılar arasında bu cür bənzərlik vardır. Əgər hər cəhətdən bənzərlik axtarıb ifrata girsəydik, onda, gərək insanların əti də yeyiləydi. Peyğəmbərimiz də mübarək bəyanı ilə bu həqiqəti dilə gətirir: "Əgər itlər də digər ümmətlər kimi, bir ümmət olmasaydı, onları öldürməyi əmr edərdim”.

Həzrət Ömərin (r.a.) xəlifəliyi dövründə Mədinədə çəyirtkə qıtlığı baş verdi. Çəyirtkələr birdən-birə yoxa çıxdılar. Həzrət Ömər (r.a.) buna çox üzüldü. Yəmən, Şam və İraqa gedənlərə: "Oralarda çəyirtkə görsəniz, mənə xəbər verin”, – deyə tapşırıq verdi. Bir müddət sonra Yəməndən gələn bir nəfər gətirdiyi bir ovuc çəyirtkəni xəlifəyə göstərdi.  O da: "Allahu Əkbər” – dedi. Orada olanlar: "Ey Allahın Peyğəmbərinin xəlifəsi, niyə belə etdiniz?” – dedilər. Həzrət Ömər belə cavab verdi: "Allah Rəsulundan (s.a.s.) eşitmişəm. Buyurdu ki, "Allah min ümmət yaratmışdır. Bunların altı yüzü dənizdə, dörd yüzü də qurudadır. Ümmətlərdən biri də çəyirtkədir. Yer üzündə ən birinci çəyirtkə ümməti həlak olacaq. Onlar yox olduqdan sonra digərləri də onun ardınca bir-bir həlak olacaqlar”. Mən də aləmin nizamının mənim zamanımda pozulmasından və qiyamətin qopmasından qorxdum”.

Bir qərbli alim qaraleyləklər kütləvi şəkildə ölən ərəfələrdə çox narahat olmuşdu. Narahatçılığının səbəbini soruşanlara: "Uca Yaradanın kainatda yaratdığı hər şey bu kainatın tamamlayıcı hissəsidir. Bunlardan biri yox olanda dünyada da bir natamamlıq əmələ gəlir. İlan, əqrəb, bit, birə və parazitlərin belə varlıq içində özünməxsus yeri vardır və bunlar da kainatın tamamlayıcı ünsürləridir. Uca Xaliq kainatı bunlarla tamamlamış və hikmətini kamala yetirmişdir. Buna görə də birinin sıradan çıxması kainatda da çatışmazlıq  əmələ gətirir; bunlar bir-birinin ardınca məhv olur və kainatın sonu yaxınlaşır. Necə ki, insan orqanizmində zəruri maddələrdən biri çatışmayanda başqa xəsarətlərə də yol açır. Beləcə, vücudun ahəngi pozulur, başqa maddələr də bir-bir əskilməyə başlayır və inkişaf dayanır, tənəzzül başlayır. Kainat da onu tamamlayan parçalardan birinin sıradan çıxması ilə eyni aqibətə düçar olur”.

Qurani-Kərim bir çox ayədə heyvanlardan bəzən adlarını çəkərək, bəzən onların xüsusiyyətlərini sadalayaraq, bəzən də gördükləri işləri bildirməklə bəhs edir. Heç bir ayədə heyvanları pisləyən, alçaldan ifadə keçmir. Əksinə, bir çox ayədə heyvanlar təriflənir və hətta bəzən insani dəyərlərini itirən bir çoxundan daha üstün olduqları vurğulanmaqla heyvanlara baxış tərzi ortaya qoyulur.

Qurani-Kərimdə iyirmi səkkiz heyvanın adı çəkilir. Bunlardan on üçü məməlidir: Dəvə, qoyun, keçi, sığır (inək), şir, canavar, it, meymun, donuz, at, qatır, uzunqulaq və fil. Doqquzu həşəratdır: Ağcaqanad, milçək, birə, bit, kəpənək, çəyirtkə, arı, hörümçək və qarışqa. Üçü də quşdur: Qarğa, şanapipik (hüd-hüd) və bildirçin. Balıqların adı bir növ kimi çəkilir. Sürünənlərdən isə təkcə ilanın adı var. Bir də həm suda, həm də quruda yaşayan qurbağanın adı var. Bundan başqa, Qurani-Kərimin heyvanlara xüsusi dəyər verdiyini görürük. Belə ki, biri Quranın ən uzun surəsi olmaqla düz altı surənin adı heyvanlardan götürülmüşdür: "Bəqərə” (sığır, inək) surəsi, "Ənam” surəsi, "Nəhl” (bal arısı) surəsi, "Nəml” (qarışqalar) surəsi, "Ənkəbut” (hörümçək) surəsi və "Fil” surəsidir. Qurani-Kərim insanın ən böyük köməkçisinin heyvan olduğunu deyir. Heyvanların həm estetik baxımdan, həm də bir çox cəhətdən faydalarından bəhs edərək, onların insanlar üçün nə qədər önəmli olduğuna işarə edir. "Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s.) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer şumlamaq) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi elə uzaq diyarlara aparırlar ki, onlarsız xeyli zəhmət və məşəqqət çəkməli olardınız. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Həm minməkdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır!”

Əmrlərini insanlara çatdırmaq üçün vəhy vasitəsilə ən seçkin qullar – peyğəmbərlərlə danışan Allah-Təala heyvanlara­ da (sövqi-ilahi mənasında) vəhy etdiyini, ilham verdiyini Quranda bəyan edir. "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağac­larda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə göz-göz evlər tik (pətəklər düzəlt); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarnından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) şəfalı bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”[6] Quran heyvanların da insanlar kimi Allahı təqdis və təsbeh etdiyini xəbər verir: "(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!”


Şərhlər: 8
Baxılıb: 482
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Allah biləndir və görəndir hər şeyi, O heç nəyi əbəs yerə yaratmatı.
Heyvanlarda bir canlıdır, onlara zülüm vermək yerinə, qayğı, sevgi ilə yanaşsaq daha yaxşı olar.
11 dekabr 2015 08:22
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Grsu
DILSIZ AGIZSIZ HEYVANA YEM SU VERMEK BOYUK SAVABLARDANDIR
30 noyabr 2015 09:31
# 7
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Happy
Heyvanınkida candı. Əziyyət vermək günahdı. Onları qoruyub qayğı göstərməliyik
29 noyabr 2015 23:54
# 6
vipbetul
heyvanlari qorumaliiq onlari oldurmemeliyik
29 noyabr 2015 20:28
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sevgi qatarı
Beli heyvanlarla yaxwi reftar etmeliyik men heyvanlari cox sevirem meselen: it,piwiy,dovwan,cüce.menim balaca sari itim var balaca boy itdi
29 noyabr 2015 19:24
# 4
...
BARBI
Heyvanlarla yaxsi ve xos reftar etmek lazindir. Onlarda canlidir onlara da yaxsi davranmaq onlari sevmek ve tumarlamaq lazimdir. Heyvani sevmeyen insanlarida seve bilmez
29 noyabr 2015 18:44
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
heyvanlari cox seviem
29 noyabr 2015 18:05
# 2
arzum-aysum
Bu gözəl xəbər üçün Allah dönə dönə razi olsun, maraqla oxudum ve bilmədiyim bir cox şeyi öyrənmiş oldum
Qurban olum Allahimin hikmətinə, o hec bir şeyi əbəs yerə yaratmayıb
29 noyabr 2015 16:45
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz