Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Azad qadın" və "itirilən papaq"
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 755
Səs ver:
Yəgin ki, çoxunuz "Nizami" metrostansiyasının qarşısında ucaldılan heykəli görmüsünüz: başından çadrasını atan, bədənin əzalarını qabarıq şəkildə nümayiş etdirən və bununla da fəxr edən, Azərbaycanlı qadınını təmsil edən "Azad qadın" heykəli. Bu daş qadınla ilk tanışlığım məktəb illərində ağlımın yenicə kəsdiyi illərdə olub. Atamın əlindən tutub, o zaman mənə çox hündür görünən "soyunan qadının" yanından keçəndə ixtiyarsız içimdə bir nifrət yarandı bu daş qadına qarşı... O vaxtlar hələ İslam, din anlayışım yox idi, amma dərk edə bilmədim ki, soyunan qadına heykəl qoyularmı?! Axı mən belə görmüşəm ki, "ağıllı" qız heç corabını da atasının yanında geyinməz. Bəs bu nədir?! İsmət, namus idealı kimi gördüyüm anama bənzəyən qadın, küçənin ortasında, hündür bir yerdə hamının gözü önündə soyunur?! Uşaq ağlımda bu daş qadına qarşı olan hisslərim belə oldu...

Bir az da Azərbaycan qadınını soyunan şəkildə təsvir etməyə layiq görənlər barədə...

Heykəl 1960-cı ildə tanınmış heykəltaraş Fuad Əbdürrəhmanov və memar  Mikayıl Hüseynov tərəfindən hazırlanıb. Heykəltəraş öz "möhtəşəm" əsəri barədə : "Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. " - deyib. Heykəltaraş həqiqətən də bunu bacardı, yəni Azərbaycan qadının yeni simasını formalaşdırdı, belə ki, bu yeni sima artıq Azərbaycan qadınına bənzəmir! (Müəllifin sənətkarlığına heç bir söz demirəm, yanlış anlaşılmasın, Azərbaycanlı kimi xalqımın mədəniyyətinin inkişafına yalnız sevinirəm.)

Bu heykəl bolşevik rejiminin qalığıdır və nə qədər ki, ölkədə bolşevik düşüncəli insanlar var, bu daş qadın da olacaq. Təəssüflər olsun ki, namuslu, abır-həyalı, örtülü Azırbaycan qadınını soyunduraraq "azadlıq" verdilər. Əslində isə bununla qadının özünə azadlıq yox, ona "tamaşa" etməyə azadlıq verildi... Bəs bu heykəlin Azərbaycanda nə işi var? Axı Azərbyacan qadının geyimində soyunmaq yoxdur? Bəs milli dəyərlərimiz, tariximiz deyərək şüar etdiklərimiz necə olsun? Azərbaycan xanımının milli geyimi belədirmi? O daş heykəlin üzərində, Azərbaycanı tarixnin bir hissəsindən qopardılar...

Azərbaycan qadının geyimini əlindən almaqla bir tarixin üzərindən xətt çəkildi. Tarixi olmayan xalqın vətənpərvərlikdən danışmağa haqqı varmı? Qadınını soyunduran "kişisi" olan xalqın qeyrəti olarmı? Bəlkə də elə buna görə Qarabağı "verdik" - axı vətənpərvərliyimiz natamamdır... Bəlkə elə buna görə Xocalıda qız-gəlinlərin namusuna toxunanda qeyrət çəkəcənimiz olmadı?..

Azərbaycan qadını soyunmaqla qazandımı, uduzdumu?  Bəli, Azərbaycan qadını çadrada olduğu illərdə təhsildən, inkişafdan, əllərinə fürsət düşmüş cahillər tərəfindən yayındırılırdı. Amma bunun çarəsini ən asan və ən alçaq yolla həll etdilər "qeyrətlilər": soyundurmaqla. Başqa yol yox idimi? Əlbəttə var idi, həyatın istifadə qaydası kitabında çarə var. Amma bu çarə çoxuna sərf etmirdi... İndi də etmir. Qurana uyan İslam dini yaşansaydı, hər kəs iki dünyada da məsud olardı. Azərbaycan qadınını azadlığa çıxarmaq bəhanəsi ilə beyinlər yuyuldu, qeyrət, namus da yuyldu - çünki qeyrəti olmayan xalqı yıxmaq asandır! Qadını soyundurub, "kişisinin" əlinə də mikrofon verəndən sonra xalqı yıxmağa nə var ki! Qurd ağacı içindən yediyi kimi, azad qadın və əlimikrofonlu kişilər xalqı çürüdəcəkdi onsuz da... Necə ki, indi  şahidiyik...

Azərbaycan qadınını soyundurmaqla başlanan "oyunun" nəticəsi nə oldu?

Qəlbində imansızlıq toxumu olanlar "dövlətin əmridir" deyib soyundular, ərləri etiraz edənlər, dövlətinə arxalanıb ailələrinə soyuqluq saldılar... Bəs bu gün vəziyyət necədir? Bu gün gender bərabərliyi ən aktual mövzulardan birinə çevrilib. Niyə? Məgər İslama uyan bəndənin buna ehtiyacı varmı? Bu Yaradana qarşı çıxmaq demək deyilsə, bəs nədir? "Allahın haqq dini qadını kifayət qədər qorumur" -  düşünmədən, daha doğrusu dərin düşündüyümüzü sanaraq, əslində çox səthi düşünərək bu fikir yeridilir beyinlərə və qəlblərə. Allah qadını yad gözlərdən qoruyaraq ona örtünməyi əmr etdiyi halda, bunu səhv sanıb soyunmağın doğru olduğunu, Allahın mömin xanımlara boş-boşuna evdən çıxmamağı əmri qarşısında tam əksini şüar edirik. Nəticədə, bir çox qadınlar özlərinin ehtiyacı olmadan işləmək, evdən sərbəst çıxmaq, həyat yoldaşından xəbərsiz nələri isə etmək və s. hüququ olduğunu, hətta kişilərlə eynihüquqlu olduqlarını düşüncəsiylə əməl edirlər. Həm özlərini, həm də onlara tamaşa edərək günah qazanmalarına yol açdıqları kişiləri günaha batırırlar. Ailələrinə, övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Gənclik isə, qızlı-oğlanlı şoubiznesə can atır. Valideynlər "müasir" qızlarının yad ölkələrdə bədənlərinin gözəlliyinə verilən dəyəri alqışlayır. Televiziya ekranlarına baxmaz, küçəyə çıxmaz olduq - çünki hara baxırsan zina! Qadınlığımla bəzi qadınlara baxmağa, yanımdan keçəndə belə eyni cinsdən olduğumuza utanıram... (bu cümləni oxumaq belə qəlbimizi göynədir...)


Şərhlər: 12
Baxılıb: 755
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
çox maraqlı məqalədir. Azadlıq anlayışını hər kəs bir cür anlayır. Azadlıq soyunmaq deyil!!! İnsanın ruhu azad olmalıdır!

...666...
31 avqust 2015 22:05
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
qadin azad olmalidir musteqil olmalidir oz huquqlarini bilib qorumalidir lakin qadin abirli namuslu da olmalidir her seyden onge oz iffetini usdun tutmalidir
31 avqust 2015 19:58
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
cox gozel yazidi
hec o heykele baxanda bu cehetden dusunmemisdim...
qadin oz azadliqini qadin olduqunu geyimiyle gostermemelidir!

31 avqust 2015 18:54
# 10
Don't trust anyone ∆
Little girl
Qadınların azadlığının tərəfdarıyam,amma,o da normasında.Yoxsa qadının soyunaraq azadam deməsinin tərəfdarı deyiləm.
31 avqust 2015 18:26
# 9
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
tek umidim sen
Ramiz Rövşənin "Azad qadın heykəli" şerini de men elave edim!

Yox, sənin də canın daşdan deyilmiş,

Gör səni nə günə qoydular, qadın.

Əvvəlcə çadranı açdılar sənin,

Sonra paltarını soyundurdular…

Sonra səni soğan kimi qat- qat

Soydular, qadın.

Zalımların gözü də yaşarmadı,

Bu quldurlar içində, de,

Səni soymağı, kim bacarmadı?

Bir sevginin işığı düşmüşdü üz–gözünə

Soydular, o işığı da soydular.

Qurmadığın ev–eşiyi,

Doğmadığın uşağı da soydular,

Gör səni nə günə qoydular, qadın.

Sonra abrın-həyan soyuldu getdi,

Sonra səbrin, dözümün.

Göz yaşları taladı,

Soydu getdi gözünü...

Gözlərin lümlüt qaldı.



Sonra gözlərindən öpdülər yenə,

Adına nəğmələr qoşdular, qadın.

Səndən ötrüymüş sən demə

İnqilablar, savaşlar,

Axan qanlar,

Kəsilən başlar, qadın.

İnqilabı neynirdin ki?

Sən özün inqilabsan,

Sən başdan ayağacan

oxunmamamış kitabsan.

Kimsə səni gözlərindən

oxumağa başladı,

Kimsə ayaqlarından.

Amma heç kəs oxuyub sona çata bilmədi,

Ortada ilişib qaldı hamısı.



Nə üstdən aşağı baxırsan bizə?

Yoxsa bizi də sən doğmusan, qadın?

Sənin doğduqların azad deyilsə,

Özün necə azad olmusan, qadın?

Yox, sənin azadlığın yarımçıqdır deməli,

Sən də yarımçıqsan, biz də yarımçıq.

Yaxşımız da, pisimiz də yarımçıq.

Sən bizi təzədən doğ, "Azad qadın" heykəli,

Amma cırtdan doğma,

Sən bizi div doğ,

Amma yarımçıq yox, bizi bütöv doğ.

Onda sən də tamam azad olarsan!

Ey mənim daş anam, azad olarsan!



Yazilanlar tessufki dogrudur! -_- Meqaleye gore tesekkur edirem. Cox gozel movzuya toxunmusuz...
31 avqust 2015 17:42
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Xəbərdə hər şey qeyd olunub əslində...Qadın öz qadınlığını soyunmaqda və açıq - saçıq geyimlərdə göstərməməlidir ! Bu günah sayılır həm qadının özü üçün həmdə öz nəfsinə hakim ola bilməyən qarşı cins üçün. Bu fikir bəzilərinə gülməli gəlirsə demək ki, elə onların özlərinə sərf etmir və əsl gülünc olan isə qarşı cinsin gözlərini yummaq fikridir hansı ki, bu qeyri - mümkün olan bir şeydir ..Ona görə də qadın qapandıqca gözəl olar soyunduqca deyil təbii bunun əksini fikirləşənlər də çoxdur lakin onların fikirləridə başqa yöndədir . Bundan başqa açıq - saçıq geyinməyi başqaları ilə müqayisə edib özlərinə bəraət qazandırmaqda düzgün deyil çünki başqası o cür geyinirsə səndə o başqası olmalı deyilsən bəlkə o başqası sabah özünü öldürdü səndə o addımı atacağsan ? Əlbəttə ki, xeyr ona görə hər kəs özü olmalı və açıq - saçıq geyinənləri özlərinə nümunə götürüb ona olar mənədə olar düşüncəsində olmamalıdır. Əslində hər kəs öz əməlinə cavabdehdir lakin niyədə bu müsbətə doğru olmasın ki, ən azından bu cürdə düşünmək olar...Allah islah etsin sadəcə...
31 avqust 2015 15:07
# 7
efsane..
her sey cox gozel anladilib amma teessufki her sey duzelmir her kes exlaq anlayisini anlamalidi
31 avqust 2015 14:15
# 6
Dosta_inam
Maraqlı yazıdır, həqiqətən indi elə dövrdəyik ki, bəzi xanımlara baxanda məndə xanım oldiğuma utanıram, ancaq hərə özü üçün yaşayır, qoyunu qoyun, keçini keçi ayağından asırlar deyib atalar, hər kəs günahı da, savabı da özü üçün qazanır, təşəkkür.
31 avqust 2015 13:30
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Luna-90
Her bir qadin geyimine fikir vermelidiki kisiler soz atmasin.soyunmaqla oyunmek olmaz.yoldasim demis qadinin bedenini onun ancaq yoldasi gore bilir basqa kisi niye gormelidiki.soyunmuyub edebsiz geyinenlerde var ele kok qadinlar var damdar salvar geyinir cox iyrenc gorunurler .insan oz olcusunu bilib onada uygun geyinmelidi.
31 avqust 2015 12:17
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
TUN
dünya qadınlarının 90 faizi eyni geyinir.belə cixir ki azərbaycan qadınlarinı soyundurdular sonra qarabağı aldılar ?...qarabağı alanda qeyrətsiz millət cadralı qadınlarında namusuna toxunacaqdı.
31 avqust 2015 12:14
# 3
Leni
Maraqlidir- qadin evden cixdi, ve onu kimlerse gordu. Siz deyesi- hetta xanimin gunahi kisilerin ona baxib gunah etmesidir Hetta. Cox gulmelidir fikirleriniz. Umumiyyetle qadin olaraq dunyaya gelmek artiq boyuk gunahdir. Yeni sizin yazdiqlarinizda qadin ancaq kishilerin ona baxmasi ucun yaranib. Insan kimi sexsiyyet kimi qadin bir yoxluqdur. Ancaq bu fikirleriniz manyak, ozlerini idare ede bilmeyen, heyvani instinktlerle yasayan kisilere aiddir. Daha duzgun olardiki kisilerin gozlerini yumaq.
31 avqust 2015 07:42
# 2
BARBI
Geyimle qadinliq olculmez. Men de aciq ve qisa geyinirem o demek deyil men namussusaz. Her kesin secimi basqadir. Buna hormet yanasmaq lazimdir. O ki qaldi mende soyunmagin terefdari deyilem. Bezen kucede ele geyimli xanimlara rast gelirem ki men basimi asagi saliram utaniram o ise basi dik gezir. O etdiyinnen utanmirsa men niye utanmaliyam.
31 avqust 2015 07:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz