Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hüquq nədir?
Hüquq nədir?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 488
Səs ver:
Cəmiyyətin ümümi yararını təmin etmək üçün qoyulan və ictimai güc ilə dəstəklənən qaidə, haqq və qanunların bütünüdür. Fərdlərin bir-biri ilə, cəmiyyətlə və dövlətlə münasibətlərini yoluna qoyar. Qısaca, "Cəmiyyət hakimiyyəti ilə təmin edilən nizam” dır, deyə bilərik. Hüquq normaları, mövcud  olduğu cəmiyyətin dəyər mühakimələrini daşıyar. Buna görə, insanın davranışlarına nəzarət edər. Hər kəs üçün doğru olanı məqsəd qoyar amma heç bir zaman ümumi-keçərli olmamışdır. Hər zaman müzakirə olunmuş, zaman içində çox fərqli şəkillərdə qəbul edilmişdir.

Qəti gerçəklərə deyil, mövcud anlayışa söykəndiyi deyilə bilər. Nisbi olduğunu: müxtəlif hüquqi nizamlardan, mühakimə etmə quruluşundan, milyonlarla məhkəmə faylından anlaya bilərik. Onsuz da, ümumi keçərli bir hüquqi baza olsaydı, məhkəmələr olmazdı.  Vəkillər isə faydalı işlərlə məşğul olmaq məcburiyyətində qalardı. Hüquq: əxlaq, din və adət-ənənə kimi cəmiyyəti tənzimləyici qaydalardandır. Yalnız dövlət tərəfindən qorunmaya alınmağı və cəbri sanksiyalara sahib olması ilə bunlardan ayrılır.

Din qaydaları: İnsanın tanrı ilə münasibətini nizamladığı kimi, fərdlər arası və fərd-toplum münasibətlərinə də təsir edir. Dini qaydalar: mütləq riayət edilməyi lazım olan, dəyişkən olmayan qaydalardır. Sanksiyası, mənəvidir.

Əxlaq qaydaları: İnsanın özünə və başqalarına qarşı məsuliyyətləridir. Qınamaq, ayıblamaq, təcrid edilmək kimi sanksiyalara malikdir.

Ədəb qaydaları: Cəmiyyətdə riayət edilməsi lazım olan hörmət və incəlik qaydalarıdır. Yazılı deyil. Sanksiyası, mənəvidir. Cinayət təşkil etməz, ancaq qınamaq, ayıblamaq kimi sanksiyaları vardır.

HÜQUQ ANLAYIŞININ NÖVLƏRİ:

1. Pozitiv (müsbət ) hüquq:  Ölkədə qüvvədə olan yazılı və ya yazısız hüquq qaydalarının bütünüdür. Konstitusiya, qanun, nizamnamə, məhkəmə ictihadları olduğu kimi, ənənə və adətlər də bu çərçivədədir.
2. Qanunvericilik ( məktub) hüququ: Ölkədə, müəyyən bir dövrdə qüvvədə olan hüquq qaydalarının sadəcə yazılı olanlarıdır. Qanun, qanun hökmündə qərarnamə, nizamnamə kimi qaydalar qanunvericilik adını alır.
3. İdeal ( təbii) hüquq:  Ədaləti ən uyğun şəkildə qarşılayacağı düşünülən hüquq növüdür. Ən mükəmməl, ideala uyğun olan hüququ təmin etməyə çalışır.
4. Tarixi hüquq:  Keçmişdə tətbiq olunan və hal-hazırda praktikada olmayan hüquq qaydalarıdır.
5. Obyektiv hüquq: Cəmiyyət həyatında tətbiq olunması zəruri olan qaydalardır.
6. Subyektiv hüquq: Şəxslərlə bağlı, subyektə aid qaydalardır.

HÜQUQ QAYDALARININ NÖVLƏRİ:

1. Əmredici hüquq qaydaları: Uyulmağı məcburi olanlardır. Konstitusiya, nizamnamə, istiqamətvericilik kimi cəmiyyətin ümumisini düşünür və ümumi əxlaqa istiqamətlidir.
2. Tamamlayıcı hüquq qaydaları: Ortaya çıxan boşluqları dolduran qaydalardır. Bir müqavilədə, faiz nisbəti müəyyən olunmamış isə, qanuni faiz nisbətləri keçərlidir. Bu, tamamlayıcı bir qaydadır.
3. Təsviri hüquq qaydaları: Hüquqi bir anlayışın təsvirini edərlər. Bir terminin qanuni tənzimləmə baxımından nə anlama gəldiyi göstərilir. Təsviredici qaydalarla qanunvericinin iradəsi ifadə edilir. Təsviredici qaydalarla ifadə edilən anlayışların əksi iddia edilə bilməz.
4. Şərhçi hüquq qaydaları: Tərəflərin iradələri ilə açıq şəkildə ifadə edə biləcəkləri halda, ifadə edə bilmədikləri, bir mövzunun aydınlığa qovuşdurulmasını və ya bəyan və ya hərəkətin ixtilaf halında nə anlama gələcəyini göstərən qaydalardır.

HÜQUQ QAYDALARININ KEÇƏRLİ OLMAĞININ QAYDALARI

Hüquq qaydalarının da qaydaları vardır. Filosoflar tərəfindən, müxtəlif şəkildə ifadə edilmiş, hüququn ümümi bir formasına çatılmağa çalışılmışdır. 20-ci əsr hüquqçularından olan Lon Fuller belə bir sıralama edib:

1. Qanunlar ümüumi olmalıdır.
2. Qanunlar, vətəndaşların bağlı olacaqları standartları bilməklərinə imkan vermə üzrə elan edilməlidir.
3. Keçmişə doğru gedən qaydalar və tətbiqlər, minimuma endirilməlidir.
4. Qaydalar, anlaşıla bilən olmalıdır.
5. Qaydalar, bir-bir ilə ziddiyyət təşkil etməməlidir.
6. Qaydalar, xitab etdikləri insanlardan, qabiliyyətlərini aşan davranışlar ehtiva etməməlidir.
7. Qaydalar, nisbətən sabit olmalıdır. ( Tez-tez dəyişdirilməməlidir )
8. Elan edilən qanunlarla, onların feli şəkildə tətbiq olunmağı arasında bir uyğunluq olmalıdır.

HÜQUQUN TƏNQİDİ:
Hüquq, ərəbcə ( huqüq) haqqlar deməkdir. Haqq isə, "doğru, uyğun, gerçək” deməkdir. İngiliscə, "law” kəlməsi, proto-alman dillərində, "yerləşdirmək-nizamlamaq”  anlamına söykənir. Hüququn ictimai güclə təmin olunan nizam anlamının xaricində: "haqqlar və ya dostluq münasibətləri” kimi  anlamları da vardır.

"Hüquq nədir?” sualına ictimai gücə söykənən nizam cavabını veririksə, cəmiyyətin istəkləri, ən əhəmiyyətli mövzudur. Cəmiyyətə əsaslandığına görə, bəs cəmiyyət necə bir doğru anlayışına sahibdir? Bunu sorğulayaraq, hüququn və qanuni nizamın keçərli bir izahını edə bilərik. Cəmiyyətə əsaslansaq, bütün qanuni nizamlar məntiqə uyğun olmaqdadır. Məsələn, şəriətə uyğun və ya sekulyar nizamlar xalqa görə haqlı və ya haqsız ola bilər. Hüquqda, gerçəkdən çox, "gerçək görünən”in olduğunu; haqlıdan çox, "haqlı çıxan”ın olduğunu, minlərlə illik haqq anlayışından görə bilərik. Buna görə, ümumi keçərli bir anlayışdan çox, uyğun olanını hədəfləmək, bizim insanlığa olan borcumuzdur. Başqaları üçün doğru olanı etməkdənsə, azadlığa və fərqliliyə hörmət edərək, fürsət vermək yoluna getməliyik.

Fəlsəfə, hər nə qədər doğruya və gerçəyə çatmağa çabalasa da, bunun öncəsində sorğulama fəaliyyəti vardır. Hər şey sorğulmağa açıqdır və hər baxış ifadə edilməyə layiqdir. Buna görə də hər kəsi, hüququn ümumi bir sorğulamasını etməyə dəvət etmək gərəkdir. Toplumdakı insanları bir arada tutan, bir-birinə güvənməkdir. Ədalətin təmin     ediləcəyi fərziyyəsi ilə ilə yaşamaqdayıq. İctimai gücün haqları təslim  edəcəyinə olan inancımız, bizi bir çox zərərli hərəkətdən saxlayar. Buna görə də, fərqli haqq anlayışlarının necə təmsil edildiyini düşünməliyik. Hal-hazırda, din işlərini, dövlət işlərindən ayrı tuturuq, ancaq şəriət nizamının da xalqın tələbinə görə yaşanması gərək deyilmi? Əgər xalq, şəriət nizamına uyulacağını sanaraq qanun gücünə tabe olursa, başqa cür davranmağın keçərliliyi nədir? Bəlkə populist bir hüquq sistemi ilə haqqını axtaran çarəsiz insanların zərərləri aradan qaldırılar.

İllərlə ədliyyələrdə etdiyim müşahidələr nəticəsində, hüququn nisbiliyini təcrübə etdim. Ədliyyələrdə gördüyüm şey, vəkillərin özgüvəninə qarşılıq olaraq, sadə insanlar nə edəcəklərini bilmirdilər. Bürokratiya ilə əlaqəsi olmayan, qanunlarla uğrHüquq nədir?aşmamış insanlar fərqli bir hüquq dünyasında yaşayırdı.  Vəkil tuta bilənlər, vəkilin insafına qalmışdı.  Haqqı, doğrunu axtaran bir düzənin insanı bu dərəcə möhtac vəziyyətə salması çox maraqlı idi. Minlərlə səhifəlik qaydalar, ictihadlar, praktikalar haqq axtarışını əngəlləyir və haqqı pulla bağlı bir mövzuya çevirirdi.  Cəmiyyətin nizamını təmin etməyə istiqamətli bir fəaliyyətin cəmiyyətə uyğun olmaması vəziyyətində, əzilənin daha da əzilməsi; əzənin də daha da güclənməsi deməkdir.

Siz də ədliyyələrə gedərək məhkəmələri dinləyə bilərsiniz. Əksi ifadə edilmədiyi təqdirdə məhkəmələr hər kəsə açıqdır. Lakin müraciətlər zamanı bəzən çətinliklər ola bilir. Böyük ədliyyələrdə şansınızı yoxlayın. Ya da bununla bağlı, "Məhkəmə”, "12 hirsli adam”, "Bül-bülü öldürmək”, "Şeytanın vəkili” kimi filmləri izləyə bilərsiniz. Eyni adlı kitabları və ya ümumi şəbəkədəki  məhkəmə protokolları da düşüncənizə köməkçi olacaq.


Şərhlər: 6
Baxılıb: 488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
huququn her bir maddesini bilmek lazimdir en azindan sabah ozunu mudafe ede bilesen huquq ne qeder gozel edaletli olarsa bir o qederde sabitlik berqerar olar her zaman huququnuzu bilin deyin ozunuzu qoruyun kimseden nelerden qorxmadan oz haqqinizi sonuna qeder savunun o zaman sizden qorxageylar
3 avqust 2015 22:57
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
teri meri
Haqqını və hüququnu tələb etmək hər kəsin haqqıdı təəssüflər ki insanların çoxunun hüquqlarından xəbəri yoxdu və bu da onların haqqlarının əlindən alınması hüququnun pozulması ilə nəticələnir
3 avqust 2015 20:25
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Catwoman666
bu cür mövzuya niyə belə az şərh gəlib?? Çox maraqlı mövzudur. Daha doğrusu mühim mövzüdür. hüquqlarımız bilməliyik! heç kim haqlarımızı tapdaya bilməz! Eyni zamanda başqalarının hüquqlarını tapdamağa da bizim haqqımız yoxdur!

Ümumilikdə isə qanunlarla yaşamağı sevən biri deyiləm. amma bu mözü qanunlarla deyil, hüquqlarla bağlıdır. hüquqlarını bilən və haqqını qoruyan bir insana heç kim heç nə edə bilməz!

guler19
əslində qanunla hüquq eyni şey deyil. fərqli anlayışlardır. Qanun haqqında yazdığınız "Qanun cəmiyyətimizdə olar problemləri tənzimləyir insanları hüquq pozuntusundan qoruyur. həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri cəzalandırılmasını müəyyən edir." bu cümlə ilə də tamamilə razıyam.

...666...
3 avqust 2015 19:40
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Zeynep_Fatih
Huquq gozeldir.amma bizim cemiyyetimizde insanlar cox heyif ki oz huquqlarini bilmirler
3 avqust 2015 17:02
# 3
guler19
Qanun da Hüquq da ikisidə hüquqi böyük qüvvəyə malikdir. Qanun cəmiyyətimizdə olar problemləri tənzimləyir insanları hüquq pozuntusundan qoruyur. həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri cəzalandırılmasını müəyyən edir.
3 avqust 2015 11:55
# 2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Huquq ve qanunlar her seyden ustun gelir. Her zaman qanunlara riayet etmeli onlari pozmamaliyiq
3 avqust 2015 08:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz