Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə qadınların məzuniyyət və müavinət almaq hüququ var
Hamilə qadınların məzuniyyət və müavinət almaq hüququ var
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 662
Səs ver:
Dövlət Sosial Müdafiə Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimovun sözlərinə görə, qadınların hamiləliyə və doğuşa görə müavinət almaq hüququ var: "Bu müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuşa görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuşa görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır”.

Məzuniyyət günlərinin sayına gəlincə isə Qədimov bildirib ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir: "Bunun 70 günü doğuşdan əvvələ, 56 günü isə doğuşdan sonrakı günlərə düşür. Doğuş çətin olarsa, iki və ya daha çox uşaq doğularsa, doğuşdan sonrakı məzuniyyət 70 gün olur”.

Şöbə müdiri qeyd edib ki, uşaq salmağa görə də müavinət verilir. Hamiləliyə və doğuşa görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur: "Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günlərinə nəzərən hesablanır”.

Yalnız hamiləliyə görə deyil, 2 aylığadək uşağı övladlığa götürənlər də 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Lakin həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuşa görə müavinət verilmir.


Şərhlər: 6
Baxılıb: 662
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Melumatim vardi bu haqda...
15 iyun 2015 21:22
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
ALESSANDRA
maraqlı xeberdi..bildiyim qədəriylə məzuniyyət 3 ildi
15 iyun 2015 16:00
# 5
Don't trust anyone ∆
vipbetul
bu barede melumatim olsada melumati olmayanlarda az deyil yayqinki

bu barede melumatim olsada melumati olmayanlarda az deyil yayqinki
15 iyun 2015 14:41
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Azərbaycanda bilmirəm,rusiyada qadınlar hamiləliyin bir neçə ayından sonra məzuniyyət götürürlər,hətta maaşının hamısı olmasada bir qismi verilir...Amma bizdə çətinki bu hal olsun.İşdəyənlərin maaşı verilmir qalsın məzuniyyət götürənlərə.
15 iyun 2015 14:37
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
3 ildi men bilen yaxsi muddetdi bu ama ele analar var 3 il muddetinde 2 usaqla... yavrum
15 iyun 2015 10:51
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Sehv etmiremse analiq mezuniyyeti 3 ildir. Mence korpeni boyutmekcun yeterli zamandir.
15 iyun 2015 08:58
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz