Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarla bağlı cinayətlər haqqında
Qadınlarla bağlı cinayətlər haqqında
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 790
Səs ver:
Qanunlar ağır cəzaların tətbiqinə imkan verərsə, cinayətin qarşısını ala bilərmi? Təəssüf ki, əsrlər boyu davam edən bu səhv düşüncə günümüzə qədər gəlib çıxmış və bu gün də qadını insan kimi yox, kişinin əmlakı olaraq görən düşüncə sahibləri qalmaqdadır. Cinayətlərin əsl səbəbləri nələrdir? Onu törədənlərin ən ağır cəzaya- güllələnməyə, dar ağaçından asılmağa məhkum edilməsi, doğrudanmı, digər çinayətlərin aradan qalxmasına kömək edəcəkdir?! Əlbəttə ki, yox!
Əgər bir cəmiyyətdə cəhalət varsa, cinayətlər bitməz! Məşhur filosof Zeydan "Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır"- deyəndə, necə də haqlı fikir söyləmişdir.
Bir yerdə ki cəhalət hökm sürür, bir yerdə ki əxlaqsızlıq baş alıb gedir və şiddətə məruz qalan qadınlar savadlı deyillər, vəziyyət daha da gərginləşir, onlar heç olmasa özlərini belə müdafiə edə bilmirlər.
Öz hüquqlarını qoruya bilmədikləri üçün də gələcəkdə daha böyük cinayət və şiddətlərə boyun əyirlər.

Nə öz haqqlarını bilir, nə də həmcinslərinə tərəfdar ola bilirlər, onları düşündürən fikir də yalnız budur ki, xoşbəxt olmayan qadın xoşbəxtliyə işıq tuta bilməz.

Amma qadın həqiqətdə daha ağıllıdır, yalnız düşdüyü mühit qadını təzyiqlər və haqqı olmayan bir insan halına gətirər. Mən fikirlərimi bunları yaşamış birinin dilindən daha aydın ifadə etmək istəyirəm:
Orta məktəbi yarımçıq saxlayıb evləndirildim, həyat boyu bunun ağrısını yaşadım, lakin oxumağı heç buraxmadım, amma yazı yazmağı unutdum, kənddən şəhərə yeni köçdüyümüz illərdə çəkdiyim çətinlikləri sözlə ifadə etmək çox çətindir, getdiyim rəsmi yerlərdə əlimi alovlandıran yazıları oxuyub, imza ata bilmirdim və çox utanırdım, yazım pis idi...
Oxumuş insanlara qibtəylə baxırdım, onları özümdən çox üstün olaraq görürdüm. Onlar kimi olmaq üçün nələr verməzdim, savadsız qalmağımın günahkarı mən deyildim, amma özümü daima günahkar və əzik hiss etdim... Günahkar mən olduğumu zənn edərək illərcə utancaqlıq və əskiklik içində yaşadım. Tanrıma şükürlər olsun, o gün gəldi ki, bir kompüter sahibi oldum, uşaqlarımı izlədim, ondan istifadə qaydalarına yiyələndim, bir az da onlardan kömək aldım, illər boyunca dəftərlərə köçürdüyüm şeirlərimi üzə çıxardım, əskiklərini tamamladım, indi gəldiyim nöqtədə məktəbə getməməyimin ağrısını yox etdim və öz üzərimdə işləyərək müvəffəqiyyətli olmağı bacardım, nəhayət, mən uğur qazandım.

Uşaqlığımdan başlayan oxumaq sevgisi, bir gün də qarşıma "kitab yazmalıyam" məqsədi qoymağıma səbəb oldu: xəyal qurmağıma səbəb oldu ki, həyat hekayəmi yazmalıydım, 4 dəfə yazdım və hər dəfə başqa bir yazı çıxdı ortaya. Keçmişimdən xilas oldum, dünyagörüşüm dəyişdi, duyğuları və düşüncələri fərqli bir insana çevrildim. Bildiklərimi hər vaxt yazıb paylaşıram və özümü çox şanslı sayıram, özümü gözlədiyimdən daha yaxşı gördüyümə inanıram. Öyrənməyin əsla sərhədi ola bilməz, hədəfim daha da irəli səviyyələrə çatmaqdır, özümə söz verirəm. Lakin ədəbiyyat oxuma şansım olsaydı, indi müvəffəqiyyətli bir sənətçi ola bilərdim deyə düşünmürəm, heç düşünən də deyiləm.

Qadınlar ağıllıdır, onlara imkan verilməlidir. Bu cəmiyyətin memarı qadınlardır, cahil qalmış bir qadının yetişdirdiyi kişilər alimlik səviyyəsinə əsla çata bilməz, həmişə cahil qalarlar. Qızlar analarını nümunə götürər. Cahil kişi şiddət etməlidir, döyməkdən və öldürməkdən heç çəkinməz...

Qadın insanın o biri yarısıdır, kişinin köləsi deyil, nə olsun ki, fiziki olaraq bir az gücsüzdür, ağılı ki kişidən aşağı deyil. Unudulmamalıdır və bu, bir həqəqətdr ki, bu cəmiyyətdə cəhalətin əsarətindən qadınların hamısı nə vaxt xilas olacaq, problem yalnız o vaxt ortadan qalxacaqdır. Qadının şəxsiyyət azadlığı olmalı, yalnız bəzilərinin qızı, arvadı, sevgilisi, anası deyil, həm də azad fərdlər olmalı, həyatları ilə çox mühüm qərarları özləri verməlidir.


Şərhlər: 9
Baxılıb: 790
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur k-off
dovrumuzde qadinlarla kiwilerin huquqlari beraberdir butun qadinlar bunu bilmelidir qadinlar zerif ve gucludurler bu gucu gostermekden otru ise mence qadinin savadi olmalidir eger bele imkani yoxdursa hansisa bir sahede yaxwi baw cixartmalidir.iIndiki zamanlarda yaxwi kiwilerin sayi cox azalib biz oz gucumuzle oz qeyretimizle o kiwiciklere numune olmaliyiq
19 may 2015 16:27
# 9
SVETA
Fialka
Qadınlar öz hüquqlarını bilməli və ona görə davranmalıdır. Savadsız qadın ola bilər ki, müəyyən səbəblərə görə təhsil ala bilmir ancaq mənəviyyatı cahil deyilsə o öz üzərində işləyib özünü təkmilləşdirə bilər bunun üçünsə insanda əzmkarlıq , güclü iradə lazımdır.Qadınların savadsız olmasında, öz hüquqlarını bilməməsində ən çox valideyn günahkardı çünki məktəbi bitirmədən bir qız uşağını həyatın acımasız caynaqlarına təhvil verirlər sonrasını düşünmədən . Qadın düşüncəsiz valideyndən sonra daha betərinə şiddət göstərən ərin quluna çevrilir sonra təbii sözünü deyə bilməyən və qol gücünü üstün tutanlara insan demirəm nəinki kişi çünki kişi dediyin qolunun gücünü özündən görkəmcə qat - qat zəif olan qadın üstündə sınamaz ona əl qaldırmaz əgər qaldırırsa demək ki, öz sözünü deməklə keçirə bilməyib, zorbalıqla, vəhşicəsinə keçirir. Şiddət olan ailədə normal münasibətlərdən , psixoloqiyadan söz gedə bilməz , əgər istəyirlərsə ki, normal bir ailə olsun bu zaman kişilər daha anlayışlı və səbrli olub öz sözünü qol gücüylə deyil dil gücüylə deməyi bacarsınlar))...
18 may 2015 18:52
# 8
vipbetul
beli qadin cemiyyetin en boyuk en usdun dayaqidir,qadin oxumalidir savadli yetishdirilmelidir,qadincin tehsil vagiBdir,en esasi qadin ozune hormet etmeyi huquqlarini bilmeldir,savadli qadin savadli anadir savadli intiligent usaq boyugudegey demekdir,en bashligasi valideyinler qiz ovladlarina tehsil vermeye borcludur.qadin her zaman her yerde ozunu usdun tutmaqida bagarmalidir kimliyinden asli olmadan her kesde qadina hormet etmelidir qadinda qadina hormet etmelidir en azindan ikiside eyni cinsin numayendeleridir,qadinlarin gucu daha coxdur dozumu sebri daha coxdur bu iradeyle qadinlar isdedikleri her seye nail ola bilerler gerek qadina huquqlarini azadliqlarini verilsunki qadinlar oz guclerini gorsetSunler,QADINLAR ZERIFDIR, ZEYIF DEYIL...
18 may 2015 16:00
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Nə qədər yazı,məqalə sərfh edilsədə hər zaman qadına olan şiddəti göstərmək istəyənlər azalmıyacaq.Bir bəhanə olaraq savadı misal çəksədə savadlı şəxslərdə şiddətə məruz qalırlar.Demək bu təkcə qadınların günahı deyil bu cahil kişilərin alçaqlıq elədikləri bir şərəfsizlikdi.Dil gücündən çox əl gücünü qadınlara göstərməklə özlərini kişi sayanlara yazıqlığım gəlir.Halbuki çöldə danışıq qabiliyyəti belə olmayan kişi evdə kişilik rolunu oynamaqı özünə borc bilir.Az yaşlı qızımının amansızca öldürülməsi sizcə bunlar nədi?Savadsızlıqmı,yoxsa psixoloji problemmi?Mən insanların vəhşiləşməsini savadsızlıqla müqayisə etməzdim.Evdəki tərbiyə,valdeynlərin övladlarına düzgün qaydada və düzgün yolu göstərməkdən çox prinsipinə getməlisən deyimləri ilə uşaqların beyninə yedizdirməyin səbəbləridi indiki insanların aqresivləşməsi.Sanki nəinki ailədə olan qadınlara qarşı zorakılıq insanlar bi birilərini yeyəcəkmiş kimi baxmaqları belə bir nümunə deyilmi.Amma fərq bilirsinizmi nədədi iki tanımayan insaanlardan biri digərini şikayət etdikdə öz huququnu tələb etdikdə ,ailədə haqqın tələbini istəməklə cəmiyətin qınaq obyektivinə çevrilirsən.Bax budu qadınları geriyə çəkən,hürkmək,qorxuluq,huququnu tapdalamağa imkan yaradan.Nədənsə böyüklərddə qadının döyülməsinə biganə qalırlar.Tək işlətdikləri söz(Bizdə döyülmüşük ,ər arvadı döyərdə heçnə olmaz bir iki şillə )ilə kənardan izlədiyom insanları seyr etdikdə heyrətə gəlirəm.Mənim taleyimi səndə yaşamalısan ...içlərində bu sevinc var.Belə edərək kişilərə dahada güc bəxş edirlər halbuki qarşı gəlsələr bəlkə etdiklərinin nə qədər səhf olduqlarını anlayarlar.Sözümün canı savadlılıq hər qadına lazımdı bunu danmıram heç zaaman ,amma qadına qarşı zorakılıq bax bu cəmiyyətdən aslıdı.Kişi arvada normal danışıq tərzi göstərdikdə arxadan eşitdiyin söz "Ora bax arvad ağızdı"deyə deyimlər olur.Demək səbəblərdən ən başlıcası insanların baxış tərzidi,qadın və kişinin normal münasibətinə qarşı insanların fikirləri dede qodusu az olsa xoş kəlmələr istifadə etsələr düzələcək oda bəlkə deyirəm))
18 may 2015 15:07
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
qadinlar ince xerif mexluqlarçcox teessufki bezi 'kisiler' zerifin evezine zeyif anliyirlar.yeni ozlerine serf eden kimi.qadina sanki bir esya kimi baxirlar.ama anlamirlarki beseriyyetde ALLAHdan sona ikinci varliq qadindirki dunyayainsan bexs edir bu dunyaya.cemiyyeti qadinsiz tesevvur bele etmek olmaz! oz guclerini qadinlarin ustunde sinayan kisicikler anlamirlarki vaxt gelecek el qaldirdiqlari qadinlara mohtac olacaqlar...
bularinda baslica gunahkari qiz usaqlarinin valideyinleridir.qizarina duzgun terbiye tehsil savad dunya gorusu verseler hec vaxt hec bir varliq olara yuxaridan asagi basa bilmezler.usaq yaslarindan ere getmek evlenmek haqqinda usagin yaninda o qeder danisirlarki usaqda ele bilirki ele heyat yalnizca evlenmekden ibaretdir.ama gozlerini acib heyata baxsalar goreceklerki ondanda onemli vacib,gorub-goturulersi ne qeder seyler var.usaqlarda valideyinler tehsili,ayaqlarin ustunde durmagi heyatin cetinliklerini asilamalidirlar.evlenmeyi usaga baxmagi yox!! tebiiki oda vacibdir ama o ikinci planda olmalidir.evlenmek er tapmaq hemise olar,ama tehsil bir muddet sora soyuyb gedecek!!! qadinlar oz haqlarini huquqlarini bilmelive ozlerini mudafiye etmeyi bacarmalidirlar!!! tesekkur edirem gozel movzu ucun :)
18 may 2015 11:56
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Sitat: BARBI
Hemise demisem qadinlar her zaman oz huquqlarini qorumagi bacarmalidir her zaman ozunu mudafie etmelidir. Niye cinayet qurbani qadinlar olur cunki aciz mexluqdurlar gucsuzdurler ses cixarmirlar. Ona gore her zaman huququnuzu bilin onu teleb edin siddet gordukde sikayet edin. Dovrumuzde qadin cinayetleri bas alib gedir sebeb namus ustunde sebeb ay bele oldu men deyeni etmedi . Bir hec ustunde qadinlarimizi qetl edirler. Buna imkan vermeyek.

heqiqeten eledi gerek oz huququnu bilesen ve hec kimden qorxmayasan...
18 may 2015 10:26
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Hemise demisem qadinlar her zaman oz huquqlarini qorumagi bacarmalidir her zaman ozunu mudafie etmelidir. Niye cinayet qurbani qadinlar olur cunki aciz mexluqdurlar gucsuzdurler ses cixarmirlar. Ona gore her zaman huququnuzu bilin onu teleb edin siddet gordukde sikayet edin. Dovrumuzde qadin cinayetleri bas alib gedir sebeb namus ustunde sebeb ay bele oldu men deyeni etmedi . Bir hec ustunde qadinlarimizi qetl edirler. Buna imkan vermeyek.
18 may 2015 09:44
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Teessuf ki hele de ozlerini haqlarini mudafie ede bilmeyen qadinlarimiz var!!! Hec bir halda kimese boyun eeymek daha dogrusu kiminse sizinle pis davranmasina yola vermek olmaz! Oz haqlarini huquqlarini bilmeyen qadin her zaman ezilecek bir nov " ayaq altda" qalacaq hemise. Her zaman basindan vurub otuzduracaqlar!! En cox da aailelerde rast gelinir buna. Qaynan ve oglu geline siddet gosterirler sanki evin bir kolesi kimi davranilar hetta bezi atalar da oz qizlarina bele kole kimi davranir!! Bunlara susub oturub baxmaq olmaz! Unutmayin ki siz Zeif deyilsiz sadefe Zerif mexluqlarsiz. Zeif olmayin hec vaxt. Oz tapdalanan haqlarinizi mudafie edin cunki siz dde gelece bir ovlad vereceksiz ve o ovladin terbiye edilmesinde ananin daha cox rolu var. Hemise evde doyulen soyulen bir qadinin ovladi o aileden hansi terbiyeni goturecek??? Bele weylere diqqet eetmek lazimdir"" hec kim hec kimin esi nokeri deyil!!!
18 may 2015 09:27
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Beli sonuncu deyilenlerle tam raziyam
18 may 2015 07:50
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz