Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təhsil qızların ikinci xoşbəxtliyidir
Təhsil qızların ikinci xoşbəxtliyidir
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 852
Səs ver:
Bir çox cahil insanların fikrincə, dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. "Qurani - Kərim”də buyrulur : "Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də " Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.
Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. "Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?
Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru –dürüst övladlar yetişdirməkdə təbii digərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunarsa, deməli, gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Hətta sübuta yetirilmişdir ki, elm və biliyə sahib olan qadınlarımız həyat yoldaşları tərəfindən daha çox sevilib hörmət olunanlardı.
Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb: "Oğlan uşaqları təhsil almaqda birinci sırada olmalıdırlar, çünki onlar gələcək ailəsi üçün pul qazanmaq kimi məsuliyyətli bir problemlə qarşılaşacaqlar”. Doğrudur, kişi ailə başçısı kimi bu məsuliyyəti daşıyır və daşımalıdır. Ancaq bu o demək deyil ki, ailə qurduğu qızın ali savadı olmamalıdır. Olacağı halda nə qədər sağlam bir ailənin formalaşması daha qəbuledilən deyilmi?
Bu gün qızlara təhsil sarıdan diqqətin azalması səbəbləri nədir? Bir çox səbəblər var ki, məhz bu səbəbləri üstün tutaraq bəzi valideynlər qızlarını təhsil almaq hüququndan məhrum edirlər. Qızlar üçün ancaq "ev işləri, tikmə, naxış, mətbəxt işlərinin” daha çox vacib olduğunu üstün sayırlar. Bu doğrudanmı belədir? Həqiqətənmi qızlarımız təhsildən çox ev işlərinə diqqət ayırmalıdırlar? Bəs onda yuxarıda dediyimiz savadlı, bilikli, əxlaqlı övlad yetişdirmək üçün bu qadınlar çətinliklə qarşılaşmayacaqlarmı?
Bir başqa səbəb isə erkən nigaha üstünlük verilməsidir.Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır. Qızlar birmənalı olaraq ailə qurması üçün "hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib ictimaiyyət içinə çıxmağa qadağa qoyur. Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb onun köləsinə çevrilməsinə yol açmırmı? Savadı olmayan bir qadın haqqında kişinin düşündükləri ancaq bu ola bilər : "Sən otur yeməyini bişir”, "sənə söz demək düşmür”, "sənin haqqın yoxdur” və s. Bu məhz təhsili olmayanlar üçün deyilə bilən sözlərdi. Bunu da ancaq "vəzifəsindən” istifadə edən kişilər qadını susdurmaq üçün söyləyərlər. Hətta ailədə mübahisələr yarandığı halda kişilərin ən güclü "silahı” – "səni boşayaram, gəlib mənə möhtac olarsan yenə” sözüdür. Ağır kəlmədir, başa düşürəm,amma savadlı, ağıllı qadın kişinin bu düşüncələri qarşısında heç vaxt aciz qalmaz axı. Bu düşüncədə olan kişilər də əslində elmə, biliyə sahib olsalar da düzgün düşünmə təfəkküründən uzaqdırlar. Qadın deyib "susdurmaq” istədikləri onların övladlarının anası, evinin qadını deyilmi? Bütün bu xoşagəlməz hallarda, qadın hüquqlarını bilərsə, özünü daha yaxşı müadfiə etməyə nail olmazmı?
Bu gün bu fikir də elə bil dəb halını alıb: qız 22 yaşındadırsa, artıq kənardan ona "evdə qalmış” kimi baxırlar. Valideynlər isə gecə-gündüz qızının bəxti açılacağı günü həsrətlə gözləyir,sanki bir ağır "yükü” daşıyırlar kimi narahatçılıq keçirirlər. Bu əslində yanlış düşüncədir. Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Mən demirəm ki, biliyindən, savadından sui- istifadə edib qadınlar ailədə "hakimiyyət” davası döysünlər. Yaxud da bilikli olmaqlarını əsas tutub üstünlüklərini nümayişkarcasına önə çəksinlər.Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim milli dəyərlərimizin ən qiymətli olanlarından biridir. Qızlarımızı təhsildən yayındıran bütün valideynlər bu gün bunu anlamalı və qəbul etməlidirlər artıq. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Mən onu deyərdim ki, ən gözəl qız tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir.
Bu ikisi bir arada olarsa qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar!
Bu gün ali məktəbdə təhsil alan qızlarımızın sayı nə qədər çox olsa da, yenə də oxumağı ikinci plana keçirənlərə də rast gəlmək olur. Daha çox pedaqoji sahəyə üstünlük verən qızlarımız dəqiq sahalərdən uzaqdırlar. Bunun da özəl səbəbləri var təbii. Çünki qadın müəllimlik sənətinə sahib olarsa, kişilər işləməyə icazə verirlər. Bu gələcək xəbərlərdə bir başqa mövzunun müzakirəsi ola bilər deyə bu haqda çox yazmayacam. Bu günsə, deyəcəklərimi bu sonluqla bitirmək istəyirəm:
Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər!

Sevinc xanım


Şərhlər: 20
Baxılıb: 852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENI SENSIZ SEVDIM
Tehsil ikinci yox birinci xosbextlikdir.Qizlarimizin tehsilini yarimciq qoyub aile heyati qurmaqlarinin elehiyineyem.Hele Ali Tehsili qoyaq qiraqa ,ele olur ki,esas da(kend yerlerinde)qiz orta tehsil alan zaman,10,11 ci sinifde oxuyanda hetta 9 cu sinifde bele nisanlayirlar ve yaxud ere verirler..O cur vaideynleri basa duse bilmirem..Wukur ki oxumaqimi,savadli olmaqimi isteyen ve bunun ucun elinden geleni eden valideynlerim var
1 may 2015 00:36
# 20
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Catwoman666
her zaman menim ucun tehsil 1ci gelib. insallah yolumu bele de davam.etdirecem. tehsilli deyende o demek ddeyilki mutleq ali tehsilli olasan. ali tehsil bizim secdiyimiz ixtisasa uygun bizi hazirlasdirir. umumiyuetle qadin kisi ferq yoxdu tehsil mutleq olmalidir. bawimiza ne gelirse cahillikden gelir. savadli wexs elbette ki caliwsa geleceye saglam ve zavadli nesil vere bilecek
21 mart 2015 02:37
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
Yusif Ulker
mence tehsil vacibdi cunki. gelecekde insana lazim olur ve dunya gorusu qazandirir
21 mart 2015 02:32
# 18
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Aysel Tatli
duzdur tehsil vacibdir savadinb dunya goruwun artir ancaq allah adama er coreyi qismet elesin el coreyi yox
11 mart 2015 22:23
# 17
leyla_258
elbetdeki dogrudur,ama oxuyana demek lazimdir...
10 mart 2015 15:25
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergizz
elbetdeki qadina kiwiden cox vacibdir tehsil almaq,,
9 mart 2015 21:20
# 15
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
SENSİZ
tehsil vacibdir insallah qizima oqluma qismet olsun amin
9 mart 2015 21:15
# 14
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Tomris Müslümova
duzdu..esas oduki bextin olsun ama tahsilde onemlidide
9 mart 2015 19:16
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
gulunnn
Agilda savatda lazimdir
9 mart 2015 18:22
# 12
vipbetul
kisilerede vacibdi ancaq yeri geldiyinde onlar gedib fehlelik ede bilerler ona gorede en birinci valideyinler qizlarina tehsil vermelidirler hemdeki aile qurarken tehsilsizdi diyib xanimina hekaretler eden kishiye kishi demerem qadin ince bir mexluqdur qadinin savadsizida gucludur savadlisi ise daha da guclu olur.gelegeyde ne bas verdiyini bilmek olmaz ona gorede qiz usaqlarini oxutmaq lazimdi,filankesin qizi tehsillidi sozu ele ozu qurur vericidi bezi cahil valideyinlerse bu cur sozu ele bil tehqir kimi gorur tesufki,dinde deyirki en yaxsi valideyin ovladina terbiye tehsil verenidir
9 mart 2015 17:59
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Qadının savadlı,təhsilli olması vacibdir,çünki heç kəs sığortalanmayıb ki,gələcəkdə nə baş verəcək.Ən azından gələcəkdə uşaqlarını saxlamaq üçün kiməsə əl açmıyacaq.Həm savadlı qadının övladı da ,savadlı olur,hərtərəfli həyat yoldaşına dəstək olur,çətin günlərində dost olur.
9 mart 2015 14:37
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Bir kişinin təhsil alması sadəcə bir insanın savadlı olması deməkdir.
Bir qadının təhsil alması isə böyük bir ailənin savadlı olması deməkdir.
9 mart 2015 13:30
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Elbette tehsil ikinci xosbextlikdir.Beli cox duzgun fikirdir insan gelecekde basina ne geleceyini ne olacagini bilmir ona gore tehsil mutleqdir . Qadin her zaman oxumalidir en azinnan oz geleceyi ucun valideyn var usaq dersden sual verir hec bir anlayisi yoxdu bele valideyn usaga ne kimi ornek vere biler
9 mart 2015 11:07
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Elbetteki tam raziyam... Tehsil her seyden vacibdir!
9 mart 2015 11:06
# 7
Kadın derin ama adam yüzme bilmiyor...
gunesli1
Bes neee.tehsil oldugda daha dogrusu hem gerek tehsılın ola hemde ısleyesen.onda ela olur.aıle qurdukdan sonra işlemey usagnsn aıleynen cetın olsada en yaxsısıdı.evdarlıgdan her sey yaxsıdı

Ne olsunkı erındı,adam heckımın elıne baxmag ıstemır.ıstırsenkı ozuvun pulun olsun.iş qadını olanda cox vaxt ınsan ozune fıkır verır hemde evde komeydıde maddı cehetden.

Odurkı qızlar tehsıl alın,hetda ıs tapın sonra aıle qurun
9 mart 2015 10:20
# 6
Melissa
duzdu birinci tehsildi qadin ucun
9 mart 2015 09:24
# 5
Fialka
Təhsil qadın üçün ən vacib şərtdir, təəssüf ki, bir çox ailələrdə ya məcburi yada uşaq yaşlarından onları böyüyəndə ancaq ərə vermək haqqında düşünürlər, və çoxları öz hüquqlarını bilmir qarşı tərəfdən bir çox zorakılıqlara məruz qalırlar...onlar düşünmürlərki savadlı qadın öz savadı və dünyagörüşü ilə ailəsinə nə qədər maddi , mənəvi dəstəkdi..
9 mart 2015 09:24
# 4
lili)
tehsil mutleqdi qadinin gozu acilir dunyagorusu cox olur isleyib oz ayaqlari usde durur hec kese mohtac olmur
9 mart 2015 07:34
# 3
aziz a
Savad alan ve savad almayan qadinin dunyagoruslerinde yerden goye ferq var amma men hemiseki kimi bunu yenede insanlqla baglamaq isteyirem , beleki agilli, terbiyeli, boyuk kicik yeri bilen biri olmaq ucun savadli olmaq sert deyil, bunun ucun sadece insan olmaq lazimdi, amma duzdu bezi meseleler varki,burda dumya gorusu, savad, elm oz yerini gosterir
9 mart 2015 06:33
# 2
Qelbim doludu !!!!
xeyalperest
Tehsil tebii qadinlarcun onde gelmelidi.hemcininde dunya goruşunun artmasinda,daha gozuaciq olmasinda,ozunj rahatliqla mudafie etmesine komek olur mence tewekkur
9 mart 2015 06:28
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz