Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 795
Səs ver:
Son dövrlərdə Azərbaycanda boşanmaların sayı xeyli artıb. Əgər son əvvəlki iki ilin statistikasına nəzər salsaq bunu açıq-aydın görə bilərik. Belə ki, 2011-ci il tarixdə respulikamızda 88145 nikah bağlanması, 10747 nikahın isə lğv edilməsi qeydə alınmışdır. 2012-ci il ərzində isə 78480 nikahın bağlanmış, 11182 nikah isə ləğv edilib. Nikahların ləğv edilməsi 25-34 yaş həddində olan şəxslər arasında olması daha çox müşahidə edilir.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirir ki, nikahların ləğv edilməsindən, hər bir halda, daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir. Valideyinlər arasında baş verən problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür. Hesab edirik ki, ər-arvad arasında nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri daha üstün olaraq qorunmalı, uşağın hansı valideyinin yanında qalması məsələsinə baxılarkən ilk öncə uşağın mənafeləri, onun hansı valideyinlə qalmasının gələcək inkişafına, tərbiyəsinə və s. hallara necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır.
"Elə bu hallardan da irəli gəlir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir", deyə hüquqşünas qeyd edib.

Hüquqşünasın dediyinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

"10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər" deyə hüquqşünas Zamanlı vurğulayıb.

Hüquq məsləhətçisi bildirir ki, məhkəmələr bu tipli mübahisələri həll edərkən hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdırlar. Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.

Uşaq hüquqları haqqında Konvensiysı müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.

Hüquqşünasın sözlərinə görə, ər-arvad arasında nikah ləğv edilərkən və valideyinlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr, həm də valideyinlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların gələcək inkişafını düşünməlidirlər.
"Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən biridir", deyə Pərviz Zamanlı bildirib.


Şərhlər: 7
Baxılıb: 795
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu barede danishsoq gerek kitab danishaqmAllah hec bir usaqi bu cur sinamasin
11 mart 2015 01:11
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
huquq olur ki?
1 fevral 2015 20:35
# 6
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ayan97
mencede ayriliqlarda en cox boyuk zerbe usaglara vurulur, bir omur boyu atasiz ve ya anasiz yasayan usaglarin geleceyi pisixologiyasi ve.s. kimi risk altindadi
31 yanvar 2015 16:54
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
en cox eziyyet ceken ele usaqlar olur..
31 yanvar 2015 13:07
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Atam hüquqşünas olduğu üçün,bu cür halları daha çox görürəm,çox təəssüf ki,boşananların çoxu 2-3 il evli olub boşananlardı,bu qədər müddətdə,yəni evliliyin ən gözəl çağlarında boşanırlar...Ya evlənməmişdən qabaq düşünün,uyğun olub-omamağınızı bilin,daha evlilyi oyuncağa çevirməyin,uşaqları da düşünün,əziyyət çəkən tərəf uşaq olur,ata və ana intriqası uşağa zərər verir...bu psixologiya ilə böyüyən uşaq necə xoşbəxt ola bilər..doğru vurğulanıb ki,boşanan valideyinlər özzlərini deyil,uşaqları düşünməlidirlər..
31 yanvar 2015 12:37
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melissa
ortada qalan usaq olur. amma birden elke olurki usaga gore neyese dozmek olmur
31 yanvar 2015 09:14
# 2
lili)
ne yaziqki usaqlari dusunen yoxdu ata ana intiriqasini aparir
31 yanvar 2015 09:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz