Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda siqaret çəkən qadınlar çoxalıb
Azərbaycanda siqaret çəkən qadınlar çoxalıb
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 992
Səs ver:
Siqaret cinsindən asılı olmayaraq hər kəsə ziyandır. Bunu hamı bilir.
Hətta satışda olan bütün siqaret qutularının üzərində Səhiyyə Nazirliyinin qadağası barədə xəbərdarlıq da yer alır. Amma nə fayda...
Hər gün insanlar bilərəkdən "zəhər”i öz ciyərlərinə çəkmək üçün müəyyən məbləğdə pul da xərcləyir.
Araşdırmalar göstərir ki, hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. Amerika alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretlə bağlıolacaq. Hər il təxminən 10 milyon insanın ölümünə məhz siqaret səbəb olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü olub. Alimlər bunu sırf siqaret kimi pis vərdişin olması ilə əlaqələndirirlər.
Dünya ölkələrində qadınların siqaret çəkməsi normal qəbul edilsə də, bizdə bu, birmənalı qarşılanmır, həm sağlamlıq baxımından, həm də zərif cinsin nümayəndəsi olaraq onlara yaraşdırılmır. Kişilərə "kişi” olduqları üçün nə qədər siqaret çəkdiyinə görə haqq verilsə də, hərçənd ki, bu da doğru deyil, qadınların bu vərdişə aludə olması qəbuledilməzdir. Dövlət Staistika Komitəsinin bu yaxınlarda verdiyi açıqlamaya əsasən Azərbaycanda siqaret çəkənlərin 11%-ni qadınlar təşkil edir. Müşahidələr göstərir ki, siqaret çəkən qadınların sayı atrmaqda və bəzi kişi nümayəndələri də bunu normal qəbul etməkdədir. Daxil olduğunuz restoranda damağında siaqret olan xanımın rahatlıqla kişilərin yanında oturmasını yəqin ki, siz də görməmiş deyilsiniz.
Maraqlıdır, Azərbaycan cəmiyyətində müəyyən məqam sahibi olan qadınlar bu haqda nə düşünür?
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Domitəsinin sədr müavini, tanınmış şahmatçı Aynur Sofiyeva da Modern.az-a açıqlamasında siqret çəkməyin birmənalı əleyhinə olduğunu bildirib:
"Əlbəttə ki, siqaret çəkilməsinin əleyhinəyəm. Birinci növbədə siqaret qadının öz sağlamlığına, bununla yanaşı həm də dünyaya gətirəcəyi övladının sağlamalığına zərərdir. İknicisi isə mən siqareti milli mentalitetimizə, dəyərlərimizə uyğun görmürəm. Və heç kimə də siqaret çəkməyi məsləhət etməzdim”.
Hüquq müdafiəçisi, həm də cəmiyyətdə fəal bir qadın olaraq tanınan Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, uzun illərdir siqaret çəkməsinə baxmayaraq heç kimə siqaret çəkməyi məsləhət görmür: "Qətiyyən, xüsusilə cavanlara siqaret çəkməyi məsləhət görmürəm. Çünki hazırda onun fəsadları mənim səhhətimdə özünü göstərir. Həm tez qocalacaqlar, həm də üzlərində qırışlar əmələ gələcək. Xüsusilə ağciyərlərdə böyük problemlər, immun çatışmazlığı yaradır. Düşünürəm ki, cinsindən asılı olmayaraq hər kəsə siqaret çəkmək yasaqdır, xüsusilə zərif cinsin nüamyəndələrinə. Həqiqətən də yaxşı vərdiş deyil. Bir neçə dəfə istmişəm ki, tərgidim, amma alınmır. Onu da deyim ki, siqaretsiz qala bilirəm. Bir ay xəstə olduğum müddətdə dilimə də vurmadım, yəni siqaretsiz dözə bilirəm, amma atmağı bacarmıram. Yalnız onu deyə bilərəm ki, iradəsi möhkəm olanlar çox asanlıqla ata bilərlər”.
Millət vəkili Məlahət İbrahimqızı isə ümumiyyətlə, siqaretə qarşı "allergiya”sı olduğunu dilə gətitib: "Mənim tibbi nöqteyi nəzərdən deyil, psixoloji nöqteyi-nəzərdən siqaretə qarşı "allergiyam” var. İstər qadın, istər kişi, istər cavan, istər qoca, siqaret çəkənlərə qarşı kəskin münasibətdəyəm. Heç cür siqaret çəkilməsinə bəraət qazandıra bilmirəm. Kim nə cür əsas gətirərsə belə, mən onu qəbul etmirəm. İnsan bilə-bilə zəhəri qanına doldurursa, bu, normal qəbul edilə bilməz. Ümumiyyətlə, ətrafımda siqaret çəkən xanımlar da yoxdur. Azərbaycanda hələ sovet dövründən formalaşan çox gözəl bir ənənə var ki, qadınların siqaret çəkməsinə çox pis baxılır, mən də elə bu qəbildən olan insanlar sırasındayam.
Hesab edirəm ki, heç bir qadından siqaret qoxusu gəlməməlidir. Təkcə sağlamlıq nöqteyi-nəzərdən deyil, həm də gözəllik, etik baxımdan bunu yolverilməz hesab edirəm”.
Təəssüf ki, siqaretin zərərləri barədə nə qədər yazılsa, nə qədər maariflənmə işləri aparılsa da bir çox qadınlar arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə SİQARET potensial ÖLÜMDÜR.

Gülşən RAUFQIZI


Şərhlər: 19
Baxılıb: 992
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
demeki qadinlarimiz yollarinida itirib
11 mart 2015 00:18
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
cox sagolun,maraqliydi,twk...
6 yanvar 2015 20:20
# 18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
neri
iyi narahat edir hem niye cekimki canimi colden tapmamisamki
6 yanvar 2015 18:36
# 17
Sert
Menim balam
siqarete fikir yoxdur narkomanların sayı çoxalıb.
6 yanvar 2015 15:34
# 16
Fiorella
Muasir olmusux axi, men erimle ne mubarize aparmramki atsn deye yoxsa qadin bi de crksin
6 yanvar 2015 03:57
# 15
ece uslu
siqaretin iyine doze bilmirem qaldi ki qadinin cekmesine bunlara sozum yoxdu
5 yanvar 2015 22:05
# 14
Aysel Tatli
onlar qadin deyil weytandirlar
5 yanvar 2015 19:44
# 13
Gulu-Qezi
KIWIDEN IYI GELENDE DOZE BILMIREM OKI QALDI QADINDAN
5 yanvar 2015 17:58
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
tek umidim sen
nifret eliyirem siqarete!
5 yanvar 2015 17:21
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
ismayilova ulker
Menim yoldasim siqaret cekir. Nifret edirem siqaretin iyine. Deyirem deyir az cekirem. Gun erzinde 5-6 dene. Yenede olmaz cox ziyandi. Hele qadinlar gerek umumiyyetle bele seylerden uzaq dursunlar.
5 yanvar 2015 15:53
# 10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
my_angel
Cahillik baş alıb gedir e siqaretin üstünda yaza-yaza ki "Siaqret çekmek sizin sağlamlığınıza ziyan vurur" yene de siqaret çekirler..Bir şey ki bu siqaret ziyanıdır ne siqaret istehsal etsinler ne de ki insanlar siqaret çeksin ne olar ki? Guya ki tütünden başqa bir şey hazırlaya bilmezler da.

Cahillik baş alıb gedir e siqaretin üstünda yaza-yaza ki "Siaqret çekmek sizin sağlamlığınıza ziyan vurur" yene de siqaret çekirler..Bir şey ki bu siqaret ziyanıdır ne siqaret istehsal etsinler ne de ki insanlar siqaret çeksin ne olar ki? Guya ki tütünden başqa bir şey hazırlaya bilmezler da.
5 yanvar 2015 12:44
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
talis balasi
Sitat: Miss_Oxatan
Azerbaycanda qadinlar uje o qeder menfi emellere yol verirler ki,siqaret cekmek o emellerin yaninda sifir qalir.

Aynen
5 yanvar 2015 11:33
# 8
sona
coxdandi gormediyim bir qonwu qizi gordum dunen. Dukannan siqaret alirdi. Ureyim o an ele pis sixildi bilmirem niye. Men umumiyyetle qadinlarin pis verdiwlerini qinamaqdan cox uzuntu kecirirem. biliremki atasi cekmir qardawida belkede gizlin ceekir buna aldirmaz. Soruwdum. Birinci demek istemedi sora dediki 12 illik sevgilisinnen ayrilannan siqarete bawlayib. Cox pis oldum. Bir xeyli soz dedim inwaAllah netice goturer.
Men iyine doze bilmediyim iki wey var biri siqaret biride benzin. Her ikisindexe ureyim bulanir. Atam siqaret cekib sora opmuwdu meni butun uzum sepdi.
5 yanvar 2015 10:27
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
FISTIK
Xerceng əmələ getrir cox pis verdisdi.
5 yanvar 2015 10:07
# 6
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
BARBI
Cox pis verdisdir siqaret ceken qadin dusunmur onun orqanizmine ziyandir
5 yanvar 2015 09:53
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
tersine olub hersey kisiler deyirlerki tergiyek ta cekmeyek qadinlarda yeni basdiyir hele
5 yanvar 2015 09:09
# 4
Fialka
Ziyanlarını bilsələrdə yenə əl cəkmirlər.Qadınların siqarət cəkməsinə hec də yaxşı baxıram...
5 yanvar 2015 08:49
# 3
Miss_Oxatan
Azerbaycanda qadinlar uje o qeder menfi emellere yol verirler ki,siqaret cekmek o emellerin yaninda sifir qalir.
5 yanvar 2015 07:51
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
xeyalperest
Bu insanlar aagilsizdi bile bile ozlerini teleye salirlar.cammat pul qazanacaq bularda ciyerlerindrn kececek neyse twk
5 yanvar 2015 06:24
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz