Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadına qarşı zorakılıq
Qadına qarşı zorakılıq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1692
Səs ver:
Qadına qarşı zorakılıq mövzusu çoxdandır zehnimdə dolaşan bir mövzudur. Bu haqda fikrimdə canlandırdıqca anlama qabiliyyətimi itirirəm, düşüncələrim kütləşir, bir anlıq sistem çökür. Qadının fiziki, cinsi, iqtisadi və ya psixoloji olaraq zorakılığa uğraması və ya acı çəkməsi heç cür anlaşılan deyil. İstər cəmiyyət qarşısında, istər şəxsi həyatda, istərsə ictimai məkanlarda baş verən belə hallar hər zaman rədd edilməlidir. Zorakılıq  bəzən hakimiyyət, bəzən ata və böyük qardaş olaraq qarşımıza çıxır.

Mən burada bütün diqqətləri sırf qadına qarşı zorakılığa yönəltmək istəyirəm. Çünki, Azərbaycan cəmiyyətində feodal düşüncəli insanlar çoxdur. Demək olar, əksər ailələrin ən xoşbəxt günü odur ki, kişi onu döymür, yəni kişi evdə öz xanımına acıqlananda o, sevinir ki, şükür Allaha, bu gün əzilmədim, döyülmədim. 

Əslində, zorakılğın təməlini bəzən biz özümüz qoyuruq. Misal üçün, övladımız məktəbə gedərkən müəllimə deyirik ki, "ay müəllim, bu uşağın əti sənin, sümüyü mənim”. Adi təhsilə bu cür başlayaraq, döyməyə, döyülməyə alışırıq. Yazıq, zavallı kişi nə etsin, evdə bişməyib, qonşudan gəlməyib. Hardan görsün ki, nəinki əl qaldarmaq olmaz, hətta güldən ağır söz də demək olmaz. Necə ki, İslam peyğəmbəri buyurub: «Qadına «səni sevirəm»,-  deməklə, ona dünyaları bəxş edin».

Qadına qarşı olan zorakılığın qarşısını almaq, ictimaiyyətdə onların ucalığını hamıya çatdırmaq,  zorakılığın kökünü tapmalıyıq.

Xanıma qarşı zorakılıq yaradılışın təməl prinsiplərinə üsyandır. Bir insanın qüruru, istər qadın olsun, istərsə də kişi, müqəddəs hesab edilməlidir və bu amallar tapdanılmamalıdır. Qadın döyülməklə alçalır və özünü təcrid olunmuş hesab edir. Əslində xanımın üstünə çığırmaq kişinin acizliyidir. Evdə həyat yoldaşı  yeməyi gec gətirdiyinə görə, onu acılayan kişi, belə halla restoranda rastlaşanda niyə səsini udur? Demək qadına əl qaldıran kişilər acizdir, ləyaqətsizdir.

Zorakılq vaildeynlərinin məcburiyyəti ilə evləndirilən ailələrdə daha çox baş verir. Bu isə Azərbaycan rayonlarında müşahidə olunmaqdadır. Bu cür evliliklər zorkılığa zəminə hazırlayır. Sevgi, tanışlıq, ehtiram mühtində olmayan ailə. Ata və analar məcbur şəkildə evləndirdikləri qızlarının müqavimətin və qürurun elə həmin gündən etibarən qırırlar. Bundan sonra döyülən qadın kiminlə məsləhətləşsin, dərdini kimə desin?! Onun üçün artıq bir həmdəm var: o da evinin daş divarları. Ailəsini tərk edib, sevdiyi fərdlə evlənən və yaxud onun ağuşuna sığınan qadınlar. Onlarda zorakılığa məruz qalarkən çarəsiz qalırlar.

Məhşur bir deyim yadıma düşdü: "Ərimdi, sevər də, döyər də". Bu  kimi ifadələrlə bəzən zorakılığı özümüz könüllü olaraq qəbul edirik. Hələ də anlaya bilmirəm ki, belə insafsız deyimlər bizim dilimzə hardan gəlib?! Ay balam, adam sevdiyini döyər?!

Və yaxud da "Pişik balasını çox istədiyindən yeyər”. Bu deyimə isə açıqlama verməkdə çətinlik çəkirəm. Zorakılıq edir bir yana, hələ heyvanla müqayisədə edir. Qəribə cəmiyyətdə yaşayırıq.

Kişinin içki içməsi, qumar oynaması, qeyri-qanuni həyatı, başqa qadınlarla əlaqəsi, nəfsinə həddindən artıq qulluq etməsi, qadının isə bunlara qarşı müqaviməti zorakılğıa səbəb olan başqa bir aimildir (Əslində, kişi dediyin ailəsini bu cür faydasız adətlərə qurban verməməlidir).  Qadın bu dediklərimizə qarşı mübarizə edəndə döyülür, susanda  isə alçalır.

Kişinin və qadının mənəvi duyğulardan məhrum olması zorakılığa şərait yaradan digər amildir. Sərhədsiz nəfsi istəklər, Allaha imansızlıq, axirəti kifayət qədər düşünməmək, qarşı cinsi insan yerinə qoymamaq kimi xislətlər zorakılığı alovlandırır. Əlbəttə, bu zorakılığ təkcə evdə tamalanmır. Yavaş-yavaş cəmiyyətə sıçrayır. Və nəticə hamıya məlumdur.

Bəs qadın bunlara layiqdirmi? Onda niyə evlənməliyik niyə ailə sahibi olub döyülməliyik?
Çarə… Çox sadə Allaha tapınmaq. Çünki, həyatda heç bir şeyə dəyər verməyən insan ailəsini heç qiymətləndirməyəcək. Yaradanını sevməyən, hardan gəlib, hara gedəcəyini bilməyən insan təbii ki, hər yerdə zorakı olmağa çalışacaq. Ailədə belə halların baş verməsi bəzən bizim həqiqi İslamdan uzaq düşməyimiz səbəb olur. İslam — bizə ailә münasibәtlәrindә çəkişmədən, söz güləşdirməkdən çəkinməyi tövsiyə edir.

Bütün ailədaxili tünd mübahisələrin olduqca böyük mәnfi tәsirlәri olur. Hәtta bu söhbәtlәr nәticәsindә insanlar bir-birindәn inciyir, ayrılır. Çox vaxt görürük ki, qadın vә ya kişi öz fikrini bildirir. Onu başqalarına qәbul etdirmәk istәyir. Qarşı tәrәf isә ona qarşı çıxaraq müqavimәt göstәrir. Bu zaman isə hücum vә müdafiә әhatәsi genişlәnir vә iş dava-dalaşla nәticәlәnir. Tәcrübəyə əsaslanaraq deyirəm ki, әksәr vaxtlarda mәqsәd haqqın yox, şәxsiyyәtin qәbul etdirilmәsi olur. Yəni kişi deyir ki, burda mənəm, Bağdad da Səddam. Amma İslamla tanış olan və ümumi əxlaq prinsiplərinə riayət edən insanlar hәtta haqlı olduqları zaman sәmәrәsiz çәkişmәlәrә yol vermir, dartışmaya qatılmırlar. Onlar bilirlәr ki, ilk addımda mәqsәd haqqın sübutu olsa da, mübahisә gedişindә haqqın yerini şәxsiyyәt tuta bilәr. Bu sayaq söhbәtlәrin arxasında, adәtәn, inadkarlıq vә kin-küdurәt dayanır. Belәcә, әgәr tәrәflәrdәn biri inadkarlıq göstәrirsә, qarşı tәrәf onunla mübahisәdәn çәkinmәli, söz sükutu ilә söhbәtin davamına maraq göstәrmәdiyini anlatmalıdır. Ailəsinin xoşbəxtliyini istəyən ailə başçısı әn çox gözəl əxlaqa ehtiyacı var. Pis әxlaqlı insan ailә hәyatını sәfa-sәmimiyyәtdәn mәhrum edir, bәzәn onu özü vә hәyat yoldaşı üçün yandırıcı cәhәnnәmә döndәrir. Yersiz sәrtliklәr, danışıq vә rәftarda tündlük, güzәştdən uzaqlıq, kin-küdurәt vә bu kimi digәr xasiyyәtlәr ailə hәyatını tәbii axarından çıxaran amillәrdәndir.

Əslində qadın və kişi, gözəl bir ailə qursunlar, bu ailənin ən gözəl meyvəsi olan uşaqlara sahib olsunlar, bir-birlərini günahdan qorusunlar, həyatın çətinliklərinə qarşı birgə mübarizə aparsınlar, gözəl bir dünya qursunlar, sirlərini paylaşsınlar, imtahan dünyasından müvəffəqiyyətlə keçsinlər deyə birləşdilər, əl-ələ verib bütün çətinliklərə sinə gərdilər. Evlilik, isti yuva qurmaq. Mənim  bildiyim budur. Bəlkədə bundan yüksək və sözlə ifadə olunmayacaq dərəcədə.


Şərhlər:
Baxılıb: 1692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz