Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyada qadına baxış tərzi dəyişilməlidir
Dünyada qadına baxış tərzi dəyişilməlidir
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1166
Səs ver:
Pakistanlı şagird Malala Yusifzai uzun müddətdir bir çox insanın görmək istəmədiyi bir dramı ən təmiz, ən səmimi şəkildə dünyaya yenidən xatırlatdı: İslam dünyasında qız olmaq çox çətindir… Əslində, təkcə İslam dünyasında deyil, bütün dünyada qadın olmaq çətindir, ancaq bəzi müsəlman ölkələrində xurafatçılığın qazandığı güc və zorakılığa meyillilik bu çətinliyi daha diqqətçəkən edir.

BMT-nin məlumatlarına əsasən, dünya əhalisinin 49.7%-i qadındır və bir çox ölkədə qadınlar ancaq məruz qaldıqları təzyiq və zorakılıqla yadda qalırlar. İş, siyasət, təhsil kimi həyatın müxtəlif sahələrində qadınlar hər cür cəmiyyətdə gizli və ya açıq ayrı-seçkiliklə qarşılaşırlar. Dünyanın 500 böyük firmasının sadəcə 13 qadın idarəçisi var. Siyasətdə də vəziyyət fərqli deyil, milli məclislərdəki qadınların sayı sadəcə 23 ölkədə 30%-dir. Digər tərəfdən, dünyada 2 milyon yoxsulun 70%-ini qadınlar təşkil edir, oxuma-yazma bilməyənlərin 2/3-si qadınlardır.

Müsəlman ölkələrə baxdıqda isə bütün bu sualların daha ciddi ölçüdə olduğunu görürük. Bunun səbəbi bir çox İslam ölkəsində qadının ikinci sinif hesab olunmasına dair müxtəlif İslam mənbələrindəki xurafatların dəlil göstərilməsidir. Başqa sözlə, qadına din adı altında təzyiq göstərilməsi qadın azadlığı tərəfdarlarının dini dəyərlərə qarşı çıxırmış kimi göstərilməsidir.

Ancaq istər Peyğəmbərimizin (s.ə.v) həyatını təhlil etdikdə və istərsə də Quran ayələrinə baxdıqda görürük ki, İslama görə qadın indiki müsəlman ölkələrində olduğu vəziyyətdən fərqli mövqedə olmalıdır. Quranda qadın və kişi hər cəhətdən bərabərdir. Peyğəmbərimizin (s.ə.v) dövründə də qadınlar kişilərlə birlikdə hər sahədə yer tutublar. Rəsulullahın xanımı hz. Xədicənin bölgənin ən tanınmış iş qadınlarından biri olması qadının sosial həyatda necə aktiv olduğunu göstərən mühüm dəlildir. Həmin dövrdə həm İslamla yeni tanış olanların təhsilində, həm cəmiyyətdə nizamın təmin olunmasında, həm də mübarizələrdə qadın və kişi səhabələr bərabər vəzifələri üzərilərinə götürüblər.

Xurafatçılığın qadına baxışının kökündə (bu sadəcə müsəlman dünyasındakı xurafatçılara xas deyil) qadını dini və əqli cəhətdən yarımçıq hesab edən anlayış durur. Ona görə də düşünürlər ki, qadın idarə edilməli və istiqamətləndirilməlidir. Hətta çox vaxt qadını o qədər ağılsız hesab edirlər ki, sadəcə varlığını belə təhlükə ünsürü kimi görülür, nəzarət etmək üçün evdə bağlı saxlanılmasını ən yaxşı həll yolu zənn edilir.

Bəziləri üçün qadının evdə qalması kifayət etmir, evin pəncərələrinin bazara açılmaması, qadının küçəyə baxa biləcəyi dəliklərin belə örtülməsi fikrindədirlər. Qadının vəzifəsinin ərinə və uşaqlarına xidmət etmək olduğunu düşünürlər. Xurafatçılıq qadını o qədər alçaldan çirkinlikdir ki, namazı pozan şeylər arasında heyvanlarla birlikdə qadın da sadalanır.

Qadına zülm sisteminə çevrilən bu yanlış baxışın dəyişməsi üçün İslam dünyası ortaq hərəkət etməli, İslam ruhuna zidd olan bütün xurafatlar təmizlənməli, dinin bu cür əxlaqsızlığı əmr etmədiyi müsəlmanlara hərtərəfli təhsil proqramları ilə öyrədilməlidir. Müxtəlif İslam mənbələrində bu xurafatlar qaldığı müddətcə müsəlman ölkələrində qadının layiq olduğu yerdə olması üçün edilən hər təşəbbüs yarımçıq qalacaq.

İslam dünyasında olduğu kimi, dünyada da qadına baxış tərzi dəyişilməlidir. Qadın kişinin nəzarətində olmaq üçün yaradılmayıb. Həyatını kişiyə görə istiqamətləndirməli deyil. Hər qadın hər kişi kimi həyatından, öz ağlı və vicdanı ilə verdiyi qərarlardan özü məsuldur. Qadının geyimi, təhsili, peşəsi, sosial həyatdakı yeri kişilər tərəfindən kişilərin ehtiyacına görə müəyyən edilməməlidir.

Əgər bir qadın dekolte geyinmək istəyərsə, istədiyi kimi geyinməli, nə geyəcəyinin standartları onun əvəzinə başqaları tərəfindən müəyyən edilməməlidir. Əgər qadın başını örtmək istəyirsə, baş örtüyünü istədiyi üslubda örtə bilər və baş örtüyü ilə həyatın hər sahəsində iştirak edə bilər. Əgər qadın işləmək istəyirsə, qarşısına yüzlərlə maneə çıxarılmamalı, siyasətdə olmaq istəyirsə, hüquqları məhdudlaşdırılmamalı, incəsənətlə məşğul olmaq istəyirsə, yolu açılmalıdır. Qısası, qadınlar dünyanın hər yerində çox azad, rahat olmalıdır ki, insanlar həsrətində olduğu nemətlərə qovuşa bilsinlər.

Unutmayaq ki, dünyanın ucqar yerində belə olsa, bir qadın təzyiqə məruz qalırsa, bu, bütün dünyanın vicdanını hərəkətə keçirməlidir. Qadınların asılı olduğu, həyatın müxtəlif sahələrində yer tutmadığı dünyada sülhdən, əmin-amanlıqdan bəhs etmək mümkün deyil. Bu səbəbdən, bütün insanların qadınların dünyanın zinəti olduğunu anlaması vaxtı artıq çatıb. Gəlin birlikdə, əvvəlcə, qadınlara edilən zülmü aradan qaldıraq və daha gözəl, daha işıqlı, daha sevincli dünya üçün bu zinətin dəyərini bilək. Dünya qadınlar azad olduqda gözəl olacaq….


Şərhlər:
Baxılıb: 1166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz