Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir Dünyada Qadın Hüquqları.
Müasir Dünyada Qadın Hüquqları.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2262
Səs ver:
Ənənəyə görə bu gün qadınlar kişilərdən təbriklər, xoş sözlər, gül və hədiyyə gözləyirlər. Amma çox az adam tapılar ki, 8 Martın tarixi ilə bağlı məlumatı olsun. Ona görə də qeyd etdiymiz beynəlxalq qadınlar gününün tarixinə qısa nəzər salmaq istəyirik. 
Bu gün SSRİ-nin keçmiş respbulikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada martın 8-i qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb. 
Dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstralyi, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puça bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Analar günü Serbiyada marağlı formada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana «əsirlikdən» qurtarmaq üçün bir gün əvvəldən balışın altında hazır qoyduğu hədiyyələri uşaqlara verməli olur. 
8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Kopenhagendə keçirilən ikinci beynləxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib. 
Beynəlxalq qadınlar bayramı günü üçün məhz 8 mart tarixinin seçilməsi qərarı bir qədər müəmmalıdır.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbələrini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. 
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda hər il bayram eyni gündə qeyd edilir. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə respbulikamız «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qalıdırlması» haqqında Konvensiyaya qoşulub. 
Bütün dünyada qadınlar hüquqi bərabərsizilik və digər problemlərlə qarşılaşırlar. Bu problemlər qadının yaşadığı dövlətin qanunlarından asılı olaraq müxtəlifdir. Son 40 ildə dünyada qadın hərəkatlarının fəallaşmasıyla qadınlar hüquqi bərabərlik yolunda müəyyən uğurlar əldə etsələr də, kişilərlə qadınların tam hüquqi bərabərliyinə nail olmağa hələ çox var. Çünki qadınlara qarşı məişətdə zorakılığ, cinsi zorakılığ hələ də bir çox cəmiyyətlərdə mövcuddur. 
Rusiyalı qadınların fikrincə böyük biznesdə, idarəetmədə və digər bəzi sahələrdə onlar kifayət qədər təmsil olunmurlar və hətta olunanlar da müdüriyyət və kişi kolleqaları tərəfindən ciddi qəbul olunmurlar. Bir çox dövlətlərdə, həmçinin Azərbaycanda da vəziyyət eynidir. 
Dünya ölkələrinin əksərində belə bir fikir formalaşıb ki, ailədə zorakılığ şəxsi problmedir və qadınların çoxu cəmiyyətdə rollarının məhdudlaşdırılması ilə sakitcə barışmağa üstünlük verirlər. Ancaq, Amerikalı qadınlar bunula razılaşmırlar, onların fikrincə qadınlar cəmiyyətdə rol almaları üçün çox əziyyətlər çəkiblər. Amerikada qadın hərəkatı son 40 ildə fəallaşsa da onun kökü 150 il əvvələ gedib çıxır. 
60-cı illərin irqi ayrı-seçkiliyə son qoyulması ilə bağlı hərəkatı və 1964-cü il Mülki hüquqlarla bağlı aktı cinsi ayrı-seçkiliyə qarşı mübarizənin partlayışı və əsası oldu. Buna görə də 1970-ci illərdə qadın hüquqları uğrunda mübarizənin yüksəlişi hesab edilməsi təsadüfi deyil. Qadın hüquqları uğrunda mübarizənin iştirakçılrarı olan amerikalı qadınlar kişilərlə qadınlara bərabər peşəkar və hüquqi müdafiə imkanlarının verilməsini tələb edirdilər. 
Keçən əsrin 60, 70 və 80-cı illərinin nəticəsi olaraq, ABŞ Konqresi və Ali Məhkəməsi qadın hüquqlarının müdaifəsi ilə əlaqədar vacib qərarlar qəbul etdi. Ali Məhkəmənin 1965-ci il qərarı qadınlara əvvəllər ancaq «kişi işi» hesab olunan işlərdə çalışmaq imkanı verdi; 1970-ci il q\ərarı dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarında cinsi ayrı-seçkiliyə qadağa qoydu; 1971–ci il qərarı işəgötürənlərə məktəb yaşına qədər uşağı olan qadınların işə qəbul edilməməsini qadağan etdi. 
Qadınların daxili siyasətdə təşəbbüsləri artsa da hələ də gender bərabərliyi problemi qalmağda davam edir. ABŞ Senatında 100 yerdən 14-nü, Nümayəndələr Palatasında 425 yerdən 59-nu (qanunverici orqanlarda qadınlar 22,4%-dən çox deyil), Ali Məhkəmədə 9 yerdən 2-ni, Prezident Aparatında 15 yerdən 3-nü qadınlar təşkil edir. Nazirlər Kabinetində isə bir nəfər də olsun qadın təmsil olunmur. 
ABŞ Senatının hüquqi statistikasına əsasən, hər il 700 min ailə zorakılığı ilə bağlı hadisə qeydə alınır. FBR-in verdiyi məlumata əsasən isə, son 25 ildə təxminən 57 min insan ailə-məişət zəmnində olan mübahisələr zamanı öldürülüb. ABŞ Hüquq Departamentinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, cinsi zorakılıq və zorlama cinayətləri tanışlar tərəfindən törədilir. Cinsi zorakılığın qurbanı olan hər 3 nəfərdən ikisi 18-29 yaşlarında olurlar və cinayətkarlar əvvəlcədən tanıdıqları adamlar olurlar. 2005-ci ilin rəsmi statistikası göstərir ki, cinsi zorakılığa məruz qalmış hər 10 nəfərdən 6-ı qurbanın yaxın və ya uzaq qohumları və ya dostları olurlar. 
Azərbaycanda qadınlar daha çox səhiyyə və təhsil sistemində çoxluq təşkil edirlər. Belə ki, səhiyyədə 82%, təhsildə 75% qadınlar çalışır.
Azərbaycan Respublikası Milli Məclisi deputatalarının 13%-i qadınlardır. 
Məncə Azərbaycan qadınlarına müəyyən qədər verilən hüquqi bərabərlik onların xanım olmalarına mane olmur. İnanıram ki, xanımlarımız hər bir fəaliyyət sahəsində kifayyət qədər uğurlu iştirak edə bilərlər və edirlər də. 
Hörmətli xanımlarımız, Bayramınız Mübarək!!!
Fondun icraçı direktoru:
Sədaqət Nəcəfzadə


Şərhlər:
Baxılıb: 2262
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz